Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə60/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   56   57   58   59   60   61   62   63   ...   402

 

124 


 

Demokrit 

 

Barışdırıcı filosoflar - Empedokl və Anaksaqor - başlıca olaraq 



naturfəlsəfənin  Demokritə  və  onun  atomizm  təliminə  doğru 

istiqamətdə inkişafında oynadıqları rol sayəsində maraq kəsb edirlər. 



Həyatı.  Belə  qəbul  olunmuşdur  və  belə  hesab  etmək  olar  ki, 

Demokrit (Democritus) b.e.ə. 460-cı ildən 370-ci ilə qədər yaşamışdır. 

Deməli,  o,  Platonun  (427-347)  bir  qədər  yaşlı  müasiri  idi.  Demokrit 

Frakiyada,  Abder  koloniyasında  anadan  olmuşdur.  Onun  Afinada 

olduğu,  Şərqə  və  Misirə  bir  sıra  uzun  səyahətlər  həyata  keçirdiyi 

məlumdur.  Çox  ehtimal  ki,  o,  məhz  idraki  və  tədqiqi  məqsədlərlə 

səyahət etmişdir. 

Əsərləri.  Demokritin  geniş  bilikləri  vardı.  O,  özünə  müasir 

olan  elmlərin  əksər  sahələrində  məhsuldar  olaraq  işləmişdir.  Onun 

maraq dairəsinin genişliyini göstərmək üçün onun bir sıra əsərlərinin 

adlarını  sadalamaq  kifayətdir  -  Böyük  Diakosmos,  Təbabət  elmi, 

Ölümdən  sonra  olacaqlar  barədə,  Təbiətin  quruluşu  barədə,  Dünya 

Nizamı  və  təfəkkürün  qaydaları  haqqında,  Ritm  və  harmoniya 

haqqında,  Poeziya  haqqında,  Əkinçilik  haqqında,  Riyaziyyat 

haqqında, Düzgün nitq və anlaşılmayan sözlər barədə, Ahəngdar olan 

və  ahəngdar  olmayan  hərflər  haqqında  və  i.a.  Demokritin 

əsərlərindən  200-dən  300-ə  qədər  fraqment  saxlanılmışdır.  Müəyyən 

mənada  bu  çoxdur,  amma  Demokritin  böyük  yaradıcı  fəaliyyəti 

müqabilində biz onun əsərlərinin nisbətən kiçik hissəsinə malikik. Biz 

öz  şərhlərimizdə  Demokrit  haqqında  həm  də  ikinci  dərəcəli 

əhəmiyyətə  malik  informasiyalardan  da  çıxış  etməli  olacağıq.  Bizim 

şərhlər,  elə  buna  görə  də,  onun  baxışlarının  bir  rekonstruksiyası 

olaraqdır.  

Demokritin  atomizmi  məhz  onun  sadəliyi  ucbatından 

dahiyanədir.  İlk  başlanğıcların  yalnız  bir  şəkli  mövcuddur  –  kiçik 

bölünməz  hissəciklər.  Onlar  boşluqda  hərəkət  edir  və  onların 

hərəkətini  müstəsna  dərəcədə  mexaniki  səbəblər  müəyyənləşir. 

Demokritə 

görə, 

təbiət 


özünün 

bütün 


zənginliyində 

və 


mürəkkəbliyində,  nəhəng  "bilyard  oyununa"  bənzəyir.  Burada 

boşluqda dolaşan maddi hissəciklərin sonsuz miqdarı iştirak edir. Bu 

hissəciklərin  bütün  yerdəyişmələri  onların  qarşılıqlı  toqquşmaları  ilə 

şərtlənir. Boşluq Demokritdə yoxluqla eyniləşdirilir və yoxluq varlığın 

müqəddəm  şərti  kimi  vurğulanır.  (Bu  hipotez  Parmenidə  və  onun 

eleyli ardıcıllarına aşkar olaraq ziddir). 




 

125 


Atomizmin  məğzi  bir  sxem  vasitəsi  ilə  təsvir  oluna  bilər.  Bu 

sxem  özündə  iki  sualı  -  nə  və  necə  mövcuddur  suallarını  -  və  onlara 

verilmiş cavabları birləşdirir. 

Sual 


 

Cavab 


(Nə?) 

Kiçik bölünməz hissəciklər 



 

Boşluq  



(Necə?)  3 

Mexaniki determinizm 

 

 

 



Kiçik  maddi  hissəciklər  fiziki  olaraq  bölünməz  (yunanca, 

atomos)  hesab  edilir.  Onların  xassələri  müstəsna  dərəcədə  kəmiyyət 

xarakteri daşıyır, yəni bu xassələri sadə riyazi anlayışların köməyi ilə 

təsvir  etmək  olar.  Bunlar  -  ölçüyə  yatımlılıq,  forma,  ağırlıq  və 

ilaxırdır, rəng, dad, qoxu, ağrı və i.a. deyildir 

Atomlar son dərəcə kiçikdirlər, hissi olaraq qavranıla bilmirlər. 

Beləliklə,  hisslərlə  qavranıla  bilən  obyektlərin  (ev,  daşlar,  balıq  və 

i.a.)  izahı  yalnız  düşünülə  bilən,  prinsipial  olaraq  hislərlə  qavranıla 

bilməyən mahiyyətlərin köməyi ilə baş verir. 

Bütün  atomlar  eyni  materialdan  ibarətdir.  Amma  onlar  forma 

və ölçülərinə görə fərqlənirlər, forma və ölçülər ayrıca götürülmüş hər 

bir atom üçün isə daimidir. Müxtəlif atomlar müxtəlif formaya malik 

olduqları üçün, onlardan bəziləri bir-birləri ilə asanlıqla, digərləri isə 

çətinliklə  birləşirlər.  (Bu halda  kimyanın  valentlik  problematikası  ilə 

bir  analogiyanı  da  görmək  olar!).  Şeylər  o  zaman  yaranırlar  ki, 

atomlar  "birlikdə  ilişirlər".  Bu,  o  səbəbdən  baş  verir  ki,  mexaniki 

toqquşmalar bəzən toplumların yaranmasına aparıb çıxarır və atomlar 

bu toplumlarda bir-biri ilə birləşə bilirlər. Şeylər o zaman yox olurlar 

ki,  onları  təşkil  edən  atomlar  bir-birindən  uzaqlaşırlar.  Atomların 

hərəkəti, Demokritin fikrincə, ilahi və ya insani zəkadan asılı deyildir. 

Hər  bir  şey  bilyard  oyunundakı  kürələr  kimi  mexaniki  olaraq  baş 

verir.  (Demokrit,  əlbəttə  ki,  bilyard  daşları  ilə  bağlı  analogiyadan 

istifadə etməmişdi). 

Beləliklə, 

təbiətin 

yunan 


fəlsəfəsinin 

daxili 


inkişafı 

substansiyanın  və  dəyişikliyin  ən  uğurlu  izah modelinin  qurulmasına 

gətirib  çıxardı.  O,  müasir  kimyəvi  nəzəriyyəni  son  dərəcə  xatırladır. 

Amma  yunanlar  öz  nəzəriyyələrini  təsdiq  etmək  üçün  eksperiment 

keçirmirdilər (eksperiment hipotezi antik yunanların zamanında aşkar 

bir  anaxronizm  olardı).  Elə  buna  görə  də,  atomizm  onlar  tərəfindən 

təbiət  haqqında  digər  təlimlərlə  yanaşı  nəzərdən  keçirilmişdir. 

Beləliklə,  çoxları  Aristotelin  təbiət  fəlsəfəsini  Demokritin  təbiət 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə