Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə42/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   38   39   40   41   42   43   44   45   ...   402

 

86 


, qədərilik  və mötəzilə  fəlsəfələrini  ön  plana  çıxarmışdısa, əl-Kindi  – 

Ər-Razi - əl-Fərabi – İbn Sina - Biruni zənciri üzrə inkişaf edən ikinci 

tarixi  mərhələ  Abbasi hakimiyyətinin zəifləməsi  və taqətdən  düşməsi 

ilə  başlamış,  qüdrətli  səlcuqilərin  meydana  çıxması  ilə  isə  başa 

çatmışdı. 

1055-ci  ildə  səlcuqilərin  Bağdadı  tutması  ilə  bağlı  şəhərli 

ruhunun  fəlsəfi  təkamülü  Pireney  yarımadasına,  Müsəlman  dünyasının 

Bağdaddan  sonra ikinci  elm mərkəzi  olan Kordovada davam  etmişdir. 

Bu  təkamül  əsasən  məşşailik  təlimi  zəminində  baş  verirdi.  Ərəb-

müsəlman fəlsəfəsində özünə geniş yer tapmış aristotelizm, peripatetizm 



məşşailik 

adlandırılırdı. 

Kordovada 

aristotelizmin 

müsəlman 

dünyasındakı inkişafının ikinci istiqaməti - qərb istiqaməti öz həyatına 

başlayır.  Əgər  şərqi  aristotelizm  əsasən  əl-Kindinin,  əl-Fərabinin,  İbn 

Sinanın  adları  ilə  bağlı  idisə,  qərbi  aristotelizm  başlıca  olaraq  İbn 

Bəccanın, İbn Tüfeylin və İbn Rüştün adları ilə bağlı olmuşdur. 

O  dövr  Avropasının  müsəlman  mənşəli  filosoflarını  xristian 

mənşəli  həmkarlarından  fərqləndirən  ən  əsas  cəhət  onlara  xas  olan 

azadfikirlilik  idi.  Bu  isə  ilk  növbədə  müsəlman  aləmində  şəhərlərin 

yüksəlişi, ticarətin genişləndirilməsi ilə əlaqəli idi. Ərəb filosoflarının 

əsasən  həkim,  əl-kimyaçı,  astroloq  kimi  sosial  funksiya  daşımaları 

onların  empirik  biliyə  və  təbii  elmlərə  daha  çox  meylli  olmalarını 

şərtləndirirdi.  Bu  dövrün  xristian  mənşəli  Avropa  filosofları  isə  din 

xadimləri idilər. 

Bir daha səlcuqilərə qayıdaq. Məmur kütləsinin artımı ilə bağlı 

Səlcuqi imperiyası öz tarixi inkişafının elə dövrünə qədəm qoymuşdu 

ki,  artıq  təkcə  cəngavər  instinktləri  deyil,  həm  də  məmur  instinktləri 

mühüm  siyasi  əhəmiyyət  daşıyırdı.  Fars  fenomeni türk  fenomeni ilə

şəhərli  ruhu  cəngavər  ruhu  ilə  getdikcə  daha  çox  eyni  əhəmiyyətli 

olurdu.  Cəngavər  səlcuqi  ruhunun  zəifləməsi  ilə  müsəlman 

dünyasında  şəhərli  ruhunun  hökmranlığının  növbəti  tarixi  mərhələsi 

başlayır. Bu mərhələ daha çox Ömər Xəyyamın adı ilə bağlı idi. Ömər 

Xəyyam  müsəlman  dünyasında  şəhərli  ruhunun  hökmranlığının  

simvolu oldu. 

Ömər  Xəyyam  şəhərli  hedonizminin  ən  parlaq  ifadəçisi  idi. 

Hedonizm isə, əlbəttə ki, səlcuqilərin cəngavər ruhuna bir o qədər də 

yaxın deyildi. Ömər Xəyyamın poeziyası da, elmi də köçəri-cəngavər 

mənşəli  səlcuqilərə  qarşı  əslində  müxalifət  idi,  amma  bu,  yalnız 

mənəvi müxalifət idi, siyasi müxalifət deyildi. Səlcuqi dövlətinə qarşı 

siyasi müxalifət isə ismaililiyin timsalında formalaşdı. 

İsmaililər 

mərkəzi 

Ələmut 


qalası 

olmaqla 


bir 

dövlət  yaratdılar.  Banisi  və  ilk hökmdarı  (1090-1124)  Həsən  Səbbah 




 

87 


olan  bu  dövlət  əsasən  şəhərlilərin  -  sənətkarların,  xırda  tacirlərin 

ictimai hərəkatı nəticəsində yaranmışdı. 

İsmaililik  şiə  imamı  Cəfər  Sadıqın  oğlu  İsmayılın  adı  ilə 

adlandırılmışdır.  İsmaililik  şiizmin  ümumi  teoloji  mülahizələrini 

saxlasa  da,  burada  Allah  dərk  edilməsi  qeyri-mümkün  olan 

transsendent  şəxsiyyət  kimi  deyil,  dünya  ruhu  kimi  səciyyələndirilir. 

Lakin  ismailizm  bütövlükdə  panteist  xarakterli  deyildi.  Panteizmin 

ümumiyyətlə, kamil insana aid etdiyi ləyaqəti ismailizm yalnız imama 

aid  edir.  Burada  imam  Dünya  Ruhunu  özündə  daşıdığından  canlı 

Allah kimi qavranılır. 

Səlcuqilər  ismailizmin  şiə  ideologiyasına  qarşı  yeni  bir  sünni 

ideologiyasını  yaratmalı  idilər.  Belə  bir  sünni  ideologiyası  sufizm 

zəminində Qəzali tərəfindən yaradıldı. Qəzali sufizmi mötədilləşdirdi 

və səlcuqilərin rəsmi fəlsəfəsinə çevirdi. 

Qəzali sufizmində dərviş tərki-dünyalığı və ümumiyyətlə tərki-

dünyalıq  yox  idi.  Bu  nöqteyi-nəzərdən,  məsələn,  Əd-Dəhləvinin 

musiqi  ilə  bağlı  düşüncələri  ilə  Qəzalinin  musiqi  ilə  bağlı 

düşüncələrini  müqayisə  etmək  maraqlı  olardı.  Əd-Dəhləvi  yazırdı

musiqi,  şer  və  s.  dinləmək  dinləyiciləri  sanki  sərxoş  edir  və  onlara 



eyni  ilə  şərabın  vurduğu  ziyanı  vurur,  həssaslığı  artırır,  insanı 

zəiflədir, nəticədə isə korlayır. 

Qəzalinin mövqeyi isə bunun tamamilə 

əksinədir:

  Musiqi  o  kəslər  üçün  haramdır  ki,  onlar  musiqidə  bir 

şadyanalıq vasitəsini görürlər. Musiqi o kəslər üçün halaldır ki, onları 

musiqi  nəcabətə  və  allah  yoluna  səsləyir.  Bu  nöqteyi-nəzərdən 

Qəzalinin fikirləri başqa bir ərəb mütəfəkkirinin fikirləri ilə son dərəcə 

səsləşir:  Musiqi  bir  ilahi  sirrdir  və  yalnız  seçmə  adamlar  üçün 

əlçatandır.  Qəzali  yazırdı:

  xoş  musiqidə,  gözəl  melodiyalarda, 

ümumiyyətlə, qəbahətli bir şey görmürəm. Amma, məsələ ondadır ki, 

onları  kim  və hansı niyyətlə  dinləyir.  Musiqi  dinləməyi həddi-buluğa 

çatmamış  gənclərə  və  ondan  yalnız  eyş-işrət  vasitəsi  kimi  istifadə 

edənlərə  qadağan  etmək  lazımdır.  Gözəl  musiqidən  məqsəd 

güdmədən,  fayda  ummadan  ləzzət  alanlara  onları  dinləməyə  icazə 

vermək  olar.  Kimdə  ki,  musiqi  nəcib  və  yüksək  hisslər,  məsələn, 

müqəddəs  yerləri  ziyarət  etmək,  yaxud  haqq  uğrunda  müharibədə 

iştirak  etmək  hisslərini  oyadır,  onların  musiqini  dinləməsi  arzu 

olunandır. 

Bu 

fikir 


vaxtı  ilə  Süleyman  peyğəmbər  tərəfindən 

söylənilənlərlə  də  müəyyən  qədər  uyuşur:  “Abırsızın  nəğmələrinə 

qulaq  asmaqdansa,  müdrikin  öyüdlərini  dinləmək  daha  yaxşıdır.” 

Qəzalinin  və 

Süleyman  Peyğəmbərin  söylədikləri,  əsasən,  əxlaqi 

kontekstə 

aiddir. 

Ərəb  təfəkkürünün  inkişafı  tarixində  bu 

münasibətlərə 

məntiqi, 

filoloji 

baxımlardan, 

sənətşünaslıq 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə