Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə38/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   34   35   36   37   38   39   40   41   ...   402

 

78 


diktəsini  ifadə  edir.  Tale  kultu,  görünür,  elə  bu  səbəbdən  də, 

cəsarətliliyə  xidmət  edir.  Həqiqətin  gerçəkləşdiricisi  olaraq  insanın 

oynamamalı olduğu rol qabaqcadan müəyyənləşdiyindən, burada şərin 

və bədbəxtliyin xüsusi izahlarına ehtiyac qalmır. 

Dünyanı  hərəkətə  gətirən  həyat  axını  öz  təcəssümünü  Tale 

tapmaqla  cəngavər  mədəniyyətinin  mütləq  dayağını  və  istinadgahını 

təşkil edir. 

Cəngavər  mədəniyyəti  kişi  əxlaqının  dəyərlərinə  söykənir, 

onun  başlıca  əxlaqi  keyfiyyətləri  cəsarət  və  ürəklilikdir,  ürəyin 

çağırışına inam və sədaqətdir. Cəngavər ağlına deyil, ürəyinə daha çox 

inandığından, onun üçün əməlin nəticəsi deyil, əməlin özü dəy

ərlidir. 

Əməldən  doğula  bilən  n

əticənin  qorxusundan  ürəyin  səsinin 

boğulması  cəngavər  üçün  yolverilməz  olduğundan,  Tale  kultu 

cəngavər davranışının nüvəsini təşkil edir. 

Cəngavər  dəyərləri  çərçivəsində  rəiyyət  yoxdur,  burada  heç 

vətəndaş da yoxdur, burada igidlər vardır. Burada varlı yoxdur, burada 

kasıb  yoxdur,  burada  yalnız  mərd  və  onun  əksi  olan  namərd  vardır. 

Burada  mərd  olmayan  kəs  insan  deyildir.  Cəngavər  mədəniyyətinin 

dəyərləri  çərçivəsində  namərd  insan  kimi  deyil,  nəsə  iyrənc  bir  əşya 

kimi qavranılır. 

Cəbrizm  şəhər mədəniyyəti  tərəfindən  arxa  plana  sıxışdırılmış 

mifologiyanın Tale ideyasını yenidən həyata qaytarır. 

Cəbrilik  şəhərli  utilitarizmi  ilə  mübarizəyə  girərək,  onun 

mənən  qırılmasına  yönəlmişdi.  Şəhərli  ruhu  özünü  ifadə  etmək  yolu 

ilə  özünü  müdafiə  etmək  məcburiyyətində  qaldı.  Şəhərli  ruhu  ilə 

cəngavər ruhu arasındakı bu təfəkkür mübarizəsinin gedişində şəhərli 

ruhu da, cəngavər ruhu ilə birgə müəyyən qədər rasionallaşdırıldı. 

Əgər  cəngavər  mədəniyyəti  Tale  kultuna  istinad  edirsə,  şəhər 

mədəniyyəti ağıl kultu üzərində qurulur. Əgər tale kultu cəsarətliliyin 

dünyagörüş  zəminini  yaradırsa,  ağıl  kultu  varlanmaya  xidmət  edir. 

Əgər  Tale  kultu  döyüşçü  ruhu  ilə  uyuşursa,  ağıl  kultu,  müəyyən 

mənada tacir ruhu ilə uyuşur. 

Şəhərli ruhu öz ilkin ifadəsini qədərilik təlimində tapdı. Qədər 

ərəb  dilində,  elə  Azərbaycan  dilində  də,  tale  mənasını  verir.  Lakin, 

qədərilik  təlimi,  gözlənildiyi  kimi,  tale  ideyasının  müdafiəsinə  deyil, 

əleyhinə  yönəlmişdir.  Qədərilik  tale  ideyasının  əleyhinə  öz 

arqumentlərini  yönəldərkən  ,əslində,  iradə  azadlığından  çıxış  edirdi. 

Lakin,  qədərilik    təsdiqedici  bir  cərəyan  olmayıb,  təkzibedici  bir 

cərəyan  olduğu  üçün  şəhərli  ruhunun  ontoloji  prinsiplərinin 

yaradılmasından  daha  çox,  əks  mövqenin  təkzib  olunması  ilə 

qayğılanırdı. 



 

79 


Şəhərli  ruhunun  ontoloji  prinsiplərinin  yaradılması  daha  çox 

başqa bir cərəyanda, mötəzilə cərəyanında baş verdi. Mötəzilə şəhərli 

təfəkkürünün  ontoloji  əsası  olan  determinizm  prinsipini  müəyyən 

qədər rasionallaşdırdı və mütləqləşdirdi. 

Mötəzilənin banisi Vasil İbn Əta (700-749) qədərilikdə olduğu 

kimi  tale  kultunu  təkzib  edir,  lakin  qədərilikdən  fərqli  olaraq  tale 

ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə 

şəhər  mədəniyyətinin  azadlıqsevərlik  meylləri  aşkar 

olaraq  duyulur. 

Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab 

edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə 

azadlığında  axtarılır.  Mötəzilədə  əxlaqın  ilahi  mənşəyi  əslində  inkar 

edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının 

əsası  müqəddəs  yazılarda  deyil,  dünyəvi  prinsiplərdə  axtarılır.  Hətta 

Quranın  əzəli  olması  belə  inkar  edilir

Mötəzilə  tərəfdarları  - 



mutazilitlər  -  dini  ehkamların  mütləqliyini  qəbul  etməyib,  əksinə, 

zəkanın,  ağlın  qüdrətini  etiraf  etdiklərindən,  yalnız  zəkanın 

önəmliliyini  tanıdıqlarından  ilk  müsəlman  rasionalistləri  kimi  çıxış 

etmiş olurdular. 

Zəkanın  qüdrətinə  olan  inam  iki  fəlsəfi  cərəyanın  əslində 

şərikli  başlanğıcını  təşkil  edir.  Birinci  istiqamət  cəngavər 

dünyaduyumunun  və  onun  zəminində  formalaşmış  aristokratizmin 

rasionallaşdırılmasından  ibarətdir.  Həmin  istiqamət  insan  zəkasını 

fövqəlbəşər  və  fövqəltəbii  zəkanın  təzahürü  kimi  başa  düşür,  insan 

zəkasının  kamilliyini  ilahi  zəkaya  uyğunluq  dərəcəsində  görür.  İnsan 

zəkasının qüdrətindən çıxış edən digər istiqamət isə praqmatik cərəyan 

idi.  Zəka  burada  insanın  dünyadan  faydalanma  vasitəsi  idi  və  bu 

zəmində  də  qiymətləndirilirdi.  Praqmatik  zəminli  zəka  kultu  əslində 

analitik  təfəkkürün  insan  qarşısında  duran  bütün  problemləri həll  edə 

biləcəyinə olan inam idi. 

Mötəzilənin  yaranması  və  tərəqqisi  Əməvilərin  hakimiyyəti 

illərinin ikinci yarısına təsadüf edir və bu illərdə şəhər mədəniyyətinin 

kifayət qədər inkişaf etdiyini ifadə edir. Mötəzilə, əslində, Abbasilərin 

hakimiyyəti üçün mənəvi zəmin hazırlayırdı. 

Deterministik  fikir  ənənələrinin  möhkəmlənməsi,  əlbəttə  ki, 

ateizmlə  nəticələnməli  idi  və  bu,  İbn  əl-Rəvandinin  şəxsində  baş 

verdi. 


Ateistləşmə  müsəlman  aləmində  mutazilitlərə  və  onları 

dəstəkləyən xəlifə sarayına qarşı gizli bir nifrət doğurdu. Bəlkə də bu 

nifrətdən  qorxan  xəlifə  əl-Mütəfəkkil  (847-861)  mötəziləçiləri  -  əl-

Kindini,  İbn  əl-Rəvandini  daha  himayə  edə  bilmədi.  Bu  insanlar  hər 

tərəfdən təqiblərə məruz qaldılar və belə bir şəraitdə də mötəzilənin və 

ümumiyyətlə, dünyəvi fəlsəfənin inkişafı bir müddət səngidi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə