Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə41/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   37   38   39   40   41   42   43   44   ...   402

 

84 


Bəxtiyar Vahabzadə bu fikri bir vaxt çox gözəl ifadə etmişdi: 

 

Nəsimi söylədi: Allahdır insan, 



 

Onun qüdrətilə dünya bir zaman  

Gülüstan olacaq, cənnət olacaq!

 

 

Zadəgan yönümlü sufizmin ilk nümayəndəsi Həllac oldu. Onun 



güclü  ruhi  həyəcan  vəziyyətində  işlətdiyi  «Mən  haqqam»  («Ənə  əl-

həq») ifadəsi zadəgan yönümlü sufizmin çıxış nöqtəsi oldu. 

Həllac  insani  təbiətin  ilahi  təbiətdən  yalnız  yenilik  və  əzəlilik 

sarıdan  fərqləndiyini  söyləyirdi.  Qurana  insani  təfəkkürün  məhsulu 

olan bir əsər kimi baxaraq «Mən də beləsini yaza bilərəm», - demişdi. 

Həllac  özünün  bu  düşüncələrini  bir  qədər  yumşaq  desəydi, 

cəmiyyət bu qəbildən olan fikirləri qəbul etməyə demək olar ki, hazır 

idi.  Lakin,  Həllac  bu  fikirləri  son  dərəcə  kəskinliklə  söyləyirdi  və  bu 

səbəbdən də həbs edildi və edam olundu. 

Bəsrə 


şəhərində 

yaradılan 



Saflıq 

qardaşları 

adlı  bir  cəmiyyət  Həllac  tərəfindən  söylənilən  mülahizələrə  bənzər 

mülahizələri  gizli  də  olsa  son  dərəcə  aydınlıqla  ifadə  etdi.  Saflıq 

qardaşları  cəmiyyəti  üzvlərinin  hazırladıqları  dörd  cilddən  ibarət 

əsər


23

 bütöv bir ensiklopediya idi. 

Lakin  Saflıq  qardaşlarının  təqdim  etdikləri  bu  ensiklopediya 

zadəgan ruhundan daha çox şəhərli ruhunu ifadə edirdi. 



Saflıq qardaşlarının ensiklopediyası bir də onunla səciyyəvi idi 

ki,  bu  ensiklopediyada  orijinal  elmi  təfəkkürün  nəticələrindən  daha 

çox,  müxtəlif  xalqlar  tərəfindən,  hətta  müxtəlif  dillərdə  yaradılan 

faktiki elmi material toplanmışdı. 

İslam aləmində şəhərli ruhunu ifadə edə bilən ilk orijinal elmi 

fikrin yaradılması missiyası Fərabidən sonrakı bu dövrdə İbn Sinanın 

və Biruninin üzərinə düşdü. 

İbn  Sina  da  həmçinin  təkcə  filosof  deyil,  eyni  zamanda,  

həkim,    astronom,  geoloq,    siyasətçi,    şair,    zooloq  və    musiqiçi 

olmuşdur.O,yüzdən  artıq  əsər  yazmışdır.  Onun  tərəfindən  yaradılmış 

«Təbabət  kanonu»  isə  daha  məşhur  olmuşdur.  Bu  əsər  Qədim 

Yunanıstanda,  müsəlman  dünyasında  və  Hindistanda  əldə  olunmuş 

tibbi  məlumatları  özündə  birləşdirmiş  və  XYII  əsrə  qədər  Şərq  və 

Qərb  təbibləri  üçün  başlıca  vəsait  olmuşdur.  Əsas  fəlsəfi  əsərləri  isə 

aşağıdakılardır:  «Göstərişlər  və  qeydlər  kitabı»,  «Ədalət  kitabı»  və 

«Bilik kitabı»

 

                                                



23

 

Riyazi  elmlər  (1),  Təbiət  elmləri  (2),  Əqli-nəfsani  elmlər  (Metafizika,  3), 

İlahi-qanuni və dini-şəri elmlər (4). 

 


 

85 


İbn  Sinanın  fəlsəfi  əsərləri  içərisində  ən  məşhuru  olan  «Bilik 

kitabı»  klassik  fars  dilində  yazılmışdır.  İbn  Sina  farsdilli  fəlsəfənin 

əsasını qoymuşdur. İbn Sinaya kimi əsasən poeziya dili olan fars dili 

(Rudəki) İbn Sinanın qələmi ilə həm də fəlsəfə dili oldu. 

İbn  Sina  fəlsəfəni  iki  qola  -  nəzəri  və  əməli  qollara  -  ayırır: 

onun  fikrincə,nəzəri  fəlsəfə  həqiqətin,  əməli  fəlsəfə  isə  dünyəvi 

nemətlərin  əldə  olunmasına  xidmət  edir.  Onların  hər  ikisi  məntiqdən 

qidalanır. Məntiq isə idrak 

vasitəsi, 

təfəkkür aləti kimi başa düşülür. 

İbn Sina məntiqi təfəkkürə və elmi idraka nə qədər bağlı olsa 

da, həyatın  estetik aspektlərinə  də  biganə  deyildi.  Bunu ən azı  ondan 

görmək  olar  ki,  o,  farsdilli  poeziyanın  Rudəkidən  sonrakı  ikinci 

nümayəndəsi  hesab  olunur.  Lakin,  burada  da  rasional  aspekt 

emosional, estetik aspektlərə nisbətən daha önəmli idi. 

Bundan  da  daha  çox  deyilsə,  İbn  Sina  həyatın  emosional 

formalarını  rasional  formaların  bir  zahiri  ifadəçisi  kimi  görürdü. 

Bununla  bağlı  iki  xarakterik  nümunəyə  diqqət  yetirək.  Bu 

nümunələrin  birincisi  İbn  Sina  tərəfindən  poeziyaya  verilmiş  təriflə 

bağlıdır.  Beləliklə,

  poeziya  -  təxəyyülə  təsir  edə  bilən  və  bir-biri  ilə 

uyuşan,  oxşar,  eyniölçülü,  təkrarlanan ritmlərdən qurulan  bir nitqdir. 

İkinci  nümunə  isə  musiqinin  mənşəyi  ilə  bağlıdır:  Musiqi  –  insani 

nitqin intonasiya zənginliyindən doğulmuşdur. Diqqət yetirin: insanlar 

yaltaqlanarkən  səslərini  necə  aşağı  salırlar,  başqalarını  hədələyərkən 

və  ya  qürur  nümayiş  etdirərkən  isə  səslərini  necə  ucaldırlar.  Səsin 

modulyasiyası insanın əhvali-ruhiyyəsinin dəyişilməsini təqlid edir və 

tədricən müstəqil dəyərə malik olaraq musiqini yaradır. 

Lakin  estetikaya,  emosional  düşüncə  tərzinə 

İbn  Sinanın 

göstərdiyi maraq əsasən onun 

özü üçün səciyyəvi idi, onun  yaratdığı 

məktəb  İbn  Sinadan 

əsasən  rasional  momentləri,  bir  qədər  kəskin 

deyilsə, quru məntiqiliyi götürdü. 

İbn  Sinanın  şagirdləri  və  davamçıları arasında  Bəhmənyar  da 

müəyyən yer tutmuşdur. Onun bir sıra əsərləri dövrümüzə qədər gəlib 

çatmışdır:  «Təhsil  kitabı»,  «Metafizika  elminin  mövzusuna  dair 

traktat»,  «Mövcudatın  mərtəbələri»  adlı  əsərlər  Bəhmənyar  irsinin 

öyrənilməsində daha mühüm əhəmiyyətə malikdir. 

İbn  Sina  və  onun  ardıcılları  elmin  məqsədini  dünyəvi 

nemətlərin  əldə  olunmasında  görürdülər.  Bu isə  əlbəttə  ki hər  şeydən 

öncə ondan irəli gəlirdi ki, İbn Sina da, onun şagirdləri də, həmçinin 

elə Biruni də şəhərli ruhunun ifadəçisi idilər. 

Şəhərli  ruhunun  hökmranlığı  hökmdar  aristokratizminin 

zəiflədiyi 

dövrlərdə  müşahidə  olunmuşdur.  Əgər  müsəlman 

dünyasında  şəhərli  ruhunun  hökmranlığının  birinci  tarixi  mərhələsi 

Əməvi ruhunda daşınan aristokratizmin tükənməsi ilə meydana gəlmiş 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə