Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə44/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   40   41   42   43   44   45   46   47   ...   402

 

90 


daxil  oldu.  Eyni  zamanda,  Şərq  məişəti  və  Şərq  təsərrüfatı  ilə  bağlı 

nemətlər  də  Avropada  intensiv  olaraq mənimsənildi.  Avropada  düyü, 

şəkər qamışı, ərik kimi kənd təsərrüfatı məhsulları yayılmağa başladı. 

Beləliklə,  Qərbi  Avropa  islamın  təkcə

 

maddi  mədəniyyətini 



deyil,  mənəvi  mədəniyyətini  də  mənimsəyir.  Avropaya  təzə 

məmulatlarla,  məhsullarla  və  sənətlərlə  birgə  yeni  ideyalar  da  axır. 

Qərbi  Avropaya  islamın  göstərdiyi  mənəvi  təsirin  ilkin  parlaq 

nümunəsini  Herbertin  şəxsində  görə  bilərik.  O,  müsəlman 

aristotelizminə  əsaslanmaqla  orta  əsr  məntiqini  -  «dialektika»nı  

formalaşdırmağa və onu teoloji axtarışların əsas metoduna çevirməyə 

çalışmışdır. 

Qərbi  Avropanın  müsəlman  dünyasına  siyasi  münasibəti  də 

dəyişir.  «Qərbi  Avropa  yalnız  XI  əsrin  sonunda  islam mədəniyyətinə 

yaxınlaşa  bildi.  Bu  zamana  qədər  isə,  avropalılar  islamdan 

qorxurdular,  onun  siyasi  qüdrətindən  təlaşa  düşürdülər  və 

mədəniyyətinə şübhə edirdilər»

24



Lakin  artıq  qeyd  olunduğu  kimi,  XII  əsrin  sonlarına  doğru 



islam özünün bu siyasi qüdrətini, demək olar ki, itirmişdi. 

İslam  dünyasının  mürgüləyən  cəngavər  və  zadəgan  ruhunu 

oyatmaq üçün XII əsrin sonlarında - XIII əsrin başlanğıcında ən azı üç 

böyük  nəzəriyyə  yaradıldı:  işraqilik  təlimi; 

Razi  Fəxrəddinin  və  İbn 

əl-Ərəbinin sufizmi. 

Ərəb-müsəlman  fəlsəfəsinin  işraqilik  adlanan  mühüm 

cərəyanının  əsası  Yəhya  əs-Sührəvərdinin  «İşıq  haqqında»,  «İşraq 

hikməti» 

və 


«İşığa 

dair 


traktat» 

adlı 


əsərlərində 

qoyulmuşdur. 

İşraqilik  təlimində  bütün  varlığın  vahid  işıqdan  yaranması 

qəbul  olunur.  Burada  işıq,  eyni  zamanda,  həqiqətdir,  bərabərlikdir, 

düzgünlükdür.  Sührəvərdi  inanırdı  ki,  dünyəvi  proses  işığın  qələbəsi 

ilə də başa çatacaqdır. 

İşraqilik Sührəvərdinin fəlsəfi təkamülündə ikinci mərhələ idi. 

Sührəvərdi ilkin olaraq fəlsəfəyə bir peripatetik olaraq gəlmişdi. Onun 

aristotelizm  ruhunda  yazılmış  «Qısa  risalələr»,  «Həqiqətə  dair 

baxışlar»,  «Qarşıya  qoyulmuş  məsəllər»  adlı  bir  sıra  əsərləri  də  var 

idi.  O,  İbn  Rüştün  məşhur  «Təkzibin  təkzibi»ni  müəyyən  mənada 

davam etdirən «Filosofların görüşləri» adlı bir əsər də yazmışdı. 

Sührəvərdi  işraqilik  təlimini  yaradarkən  aristotelizmdən 

aralanır  və  platonizmə  yaxınlaşır.  Platononizmin  emanasiya 

nəzəriyyəsi  işraqiliyin  mühüm  mənbələrindən  birini  təşkil  edir. 

                                                



24

 

Zeki Ali. İslamiyyet ve Bati Dünyası. İstanbul, 1964, s. 45

 


 

91 


Sührəvərdinin  dünyagörüşünə  zərdüştçülüyün  də  təsiri  aydın 

duyulmaqdadır. 

İşraqilik  zadəgan  yönümlü  sufizmə  son  dərəcə  yaxındır  və 

bəlkə də sufizmin bir tarixi forması kimi qiymətləndirilə bilər. 

Sührəvərdi  sufizmi  özünə  ruhən  doğma  bilirdi  və  sufi  təlimi 

ruhunda  əsərlər  («Qızğın  əql»,  «Bir  gün  sufi  cəmiyyətlə  birlikdə», 

«Eşqin  həqiqəti,  yaxud  aşiqlik  munisi»)  də  yazmışdı.  Sufizm 

Sührəvərdinin fəlsəfi təkamülündə üçüncü mərhələ idi. 

Sührəvərdidə  sufizm  azad  ruhun  ifadəsi  idi  və  bununla  da 

rəsmi  sufizmdən,  məsələn,  Razi  Fəxrəddin  tərəfindən təqdim  olunan 

sufizmdən  fərqlənirdi.  Qəzalinin  davamçısı  olan  Razi  Fəxrəddin 

peripatetizmi  inkar  edir,  maddiyyatın  əbədiliyi,  qanunların  obyektiv-

liyi  haqqında  peripatetizm  tərəfindən  söylənilən  fikirləri  ənənəvi 

qaydada təkzib edirdi. 

Sufizmin  ən  uca  zirvəsi  isə  İbn  əl-Ərəbi  oldu.  İbn  əl-Ərəbi 

neoplatonizmin  güclü  təsirinə  məruz  qalmışdı,  panteist  ruhlu  və  şair 

qəlbli  sufi  idi. 

Onun  yaradıcılıq  üslubuna  xas  olan  şeiriyyət 

İbn  əl-

Ərəbinin, hətta sufizmin başlıca anlayışına - Allah anlayışına – verdiyi 

səciyyədə də özünü göstərir

: mövcudatın ən gözəli – Allahdır. Allahı 

gözəl qadın simasında görmək isə ən böyük mükəmməllikdir. 

İbn  əl-Ərəbi  fəlsəfəsinin  nüvəsini  vəhdəti-vücud  təlimi  təşkil 

edir. Bu təlimdə Allah bütün hadisə və predmetlərin ümumi mahiyyəti 

kimi  səciyyələndirilir,  hər  şeyin  Allahda  birləşib  vəhdət 

əmələ 

gətirdiyi  qəbul  edilir:  Xəlq  edən  Allahla  xəlq  olunan  dünya 



vəhdətdədir,  bunlar  yalnız  dünyanı  idrak  edən  insanın  ağlında 

fərqləndirilə bilər. 

İbn  əl-Ərəbinin  s

ufizm  təlimində  insan  həyatının  mənası 

dünyanı  vəhdətdə  görərək  Allaha,  həqiqətə  qovuşmaqda  axtarılır. 

Lakin  müsəlman  dünyasında  bu  təlimi  gerçəkləşdirəcək,  dünyanı 

vəhdətə  gətirərək  həqiqətə  qovuşduracaq  bir  kimsə  tapılmadı.  İslam 

dünyasının 

həqiləşdirilərək 

və 


ədalətliləşdirilərək 

Allaha 


yaxınlaşdırılması  işini  müsəlman  olmayanlar  -  monqollar  həyata 

keçirməli  oldular.  1258-ci  ildə  sonuncu  Bağdad  xəlifəsi  monqol 

sərkərdəsi  Hülakü  xan  tərəfindən  öldürüldü.  Bağdad  xəlifəsi  çoxdan 

idi  ki,  Allahın  iradəsinin  ifadəçisi  deyildi,  daha  çox,  islami 

sivilizasiyasının  dayağı  idi.  Monqollar  islami  sivilizasiyanı 

darmadağın etsələr də, Allaha həqiqi yaxınlıq səadətini müsəlmanlara 

bir daha qaytardılar. 

Monqol hakimiyyətinin zəifləməsi ilə isə şəhər mədəniyyətinin 

- sivilizasiyanın - hökmranlığının növbəti tarixi mərhələsi başlayır. Bu 

mərhələnin  tanınmış  nümayəndəsi  olaraq  Mahmud  Şəbüstəri  (1287-

1320) göstərilə bilər. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə