Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə40/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   36   37   38   39   40   41   42   43   ...   402

 

82 


Fərabi  həm  şəhərli,  həm  də  cəngavər  instinktlərinin  özündə 

daşıdığından həm 

Platona, həm də 

Aristotelə qarşı simpatiya duyurdu. 

Özünün  həyati  instinktlərini  onların  hər  ikisinin  fəlsəfəsinin  dilində 

anlaya və ifadə edə bilirdi. Ayrılıqda götürüldükdə isə, 

Platon zadəgan 

instinktlərinin,  Aristotel 

isə  məmur 

instinktlərinin

 ifadəçisi idi.  Ərəb-

müsəlman  fəlsəfəsində  cəbrilik  təlimi,  elə  bu  səbəbdən  də  Platona, 

əşərizm isə Aristotelə yaxın idi. 

Cəbrilik  sünnizmin  ifadəçisi  olduğu  kimi  əşərizm  həmçinin  də 

qədərilik  və  mötəzilə  öz  mahiyyəti  etibarı  ilə  şiəliyin  ifadəçisi  idi  c 

Həm  sünnizmdə,  həm  də  şiizmdə  müsəlman  icmasının  fundamental 

yaşayış  prinsipləri  təhrif  olunur.  Şiizm  icma  prinsiplərini  cəmiyyət 

prinsiplərinəsünnizm isə tayfa prinsiplərinə transformasiya edir. 

Şiəlik  şəhərlərin  çiçəklənməsi  prosesində,  sünnilik  cihad 

zamanı güclənir, öz əhəmiyyətini artırır. Hər iki halda icma prinsipləri 

sıxışdırılır.  İslam  icmasının  nəzəri  özünüdərki  icma  prinsiplərinə 

həsrət duyğusu üzərində qərarlaşır. 

Müsəlman  icma  şüuru  Əməvilərin  timsalında  sünniliyin 

hökmranlığına  müxalif  olduğu  qədər,  Abbasilərin  timsalında  şiəliyin 

hökmranlığına müxalif idi. Xaricilik isə ilkin müsəlmanlığın sünnizmə 

qarşı, başqa sözlə, icma mədəniyyətinin cəngavər mədəniyyətinə qarşı 

mənəvi  müxalifətinin  ifadə  edirdi.  Müsəlman  icma  şüurunun 

Abbasilər  dövrünə  təsadüf  edən  tarixi  formaları  ilkin  müsəlmanlığın 

şiizmə  qarşı,  başqa  sözlə,  icma  mədəniyyətinin  şəhər  mədəniyyətinə 

qarşı əksliyi və barışmazlığı ilə şərtlənirdi. 

Müsəlman icma şüurunun tarixi təkamülünün hər bir dövründə 

icma  əxlaqı 

əsasən  onun  mütləq  ilahi  mənşəyi  fonunda 

səciyyələndirilmişdir. 

Müsəlman  davranış  kodeksinə  Allahın 

iradəsinin ifadəçisi olmaqla ilahi mahiyyət şamil edilmişdir. 

Lakin,  əlbəttə  ki,  istisnalar  da  olmuşdu.  Xürrəmilik  də  islam 

dünyasının icma prinsiplərinə həsrətindən yaranmışdı. 

İslam  aləmində  öz  təcəssümünü  tapan  icma  şüuru  bir  qayda 

olaraq,  ilahi  fonda  səciyyələndirilmişdir.  Xürrəmilik,  əlbəttə  ki,  artıq 

qeyd  olunduğu  kimi,  istisna  təşkil  edirdi.  Əgər  Məhəmməd 

Peyğəmbərin  başçılığı  altında  Mədinədə  mövcud  olan  müsəlman 

icması  ilkin  müsəlmanlığın  birinci  tarixi  təcəssümü  idisə,  əgər 

xaricilik onun ikinci tarixi təcəssümü idisə, xürrəmilik icma şüurunun 

qeyri-islami zəmində ifadəsi oldu. 

Qeyd  etmək istərdim ki, icma şüuru, əlbəttə ki, islamdan daha 

öncə  də  mövcud  idi.  İslamdan  öncə  mövcud  olan  icmaçı  şüur, 

məsələn,  məzdəkizm  formasında  öz  ifadəsini  tapmışdı.  İslam  icma 

şüuruna  müəyyən  monoteist  dini  məzmun  verdi.  Mədinə  icmasını 

yaşadan  ilkin  prinsiplər  də,  xaricilik  də,  xürrəmilik  də  icmaçı  ruhun 



 

83 


müxtəlif  təzahürləri  idi.  Xürrəmizmdə  icma  şüurunun  müsəlman 

kontekstindən  qopub  ayrılması  həm  də,  ondan  irəli  gəlirdi  ki, 

müsəlman  əxlaqını  qoruyub  saxlamalı  olan,  onun  keşiyində  durmalı 

olan  ruhani  təbəqəsi  öz  səmimiyyətini  itirmişdi.  Bu  hal  müsəlman 

icmasının  mərkəzi  olmalı  olan  Bağdadda  özünü  daha  aşkar  şəkildə 

göstərirdi.  Bağdadlı  Əbu  Abdullah  əl-Mühasibi  Allah  qarşısında 

səmimiyyəti  ruhanilərin  ikiüzlülüyünə  və  zahiri

 

möminliyinə  qarşı 



qoyur  və  bu  əsasda  da  insanın  əməlləri  ilə  onun  ülvi  arzuları 

arasındakı  münasibətlərin  insanın  özü  tərəfindən  müşahidə  oluna 

bilməsi problemini öz nəzəriyyəsinin əsasına qoyur. 

Bu problem həm də sufizmin qayəsini təşkil edirdi. Sufizm də 

ilkin olaraq icma şüurunun ifadəçisi olaraq meydana gəlmişdi. Sufizm 

təliminin  daşıyıcıları  sufilər  adlanırdılar.  Sufilər  dərviş  dəstələrində, 

müxtəlif  icmalarda,  ordenlərdə  birləşərək,  kənd-kənd,  şəhər-şəhər 

gəzir, öz ideyalarını yayırdılar. 

Sufizmdə  rasional  idrak  metodlarının  inkarı,  asketizm,  fəhm 

üstünlük təşkil edir. 

Qeyd edilməlidir ki, icma şüuru sufizmin şəxsində özünün yeni 

mərhələsinə  başlasa  da,  sufizm  bütövlükdə  yalnız  icma  şüurunun 

ifadəçisi  deyildi.  İcmaçı  yönümlü  sufizmlə  yanaşı  sonradan  qeyri-

icmaçı yönümlü sufizm də formalaşacaqdı. 

İcmaçı yönümlü sufizmin ən

 

parlaq ifadəçisi  Cüneyd  Bağdadi 



idi.  Heç  də  təsadüfi  deyildi  ki,  Cüneyd  Bağdadi  sufilərin  həm  də  ən 

nüfuzlularından  idi,  seyyid  ət-taifə  (sufi  tayfasının  ağası) 

adlandırılmışdı. 

İcmaçı  yönümlü  sufizm  Allahı  dərk  edərək  həqiqətə  çatan 

insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, 

müxtəlif  icmaları  yaradırdı.  Sonradan  sufizmin  başqa  yönümü  - 

zadəgan yönümü formalaşdı. 

Əgər  sufizmin  icmaçı  yönümü  Allahın  anlaşılmasında  teizm 

mövqeyində,  transsendental  mövqedə  dururdusa,  sufizmin  zadəgan 

yönümü  Allahın  mövcudluğunu  panteist  mövqedən  mənalandırırdı. 

Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm 

tərəfdarlarının  antropomorfizminə  qarşı  çıxaraq  Allahı  təbiətin 

fövqündə  duran  bir  varlıq  kimi  deyil,  bir  Dünya  Ruhu  olaraq  qəbul 

edir  və  əslində,  bununla  da,  zadəgan  dünya  anlamını  bərpa  etmiş 

olurdular.  Sufizmin  zadəgan  yönümü  həqiqətə  qovuşan  insanı  ən 

kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün 

təcəssümünü  tapır.  Zadəgan  yönümlü  sufizm  Allahı  kamil  insan 

simasında  gördüyündən,  dünyanı  zülmdən.  xəstəlikdən,  aclıqdan, 

ədalətsizlikdən  xilas  etmək,  dünyanı  gözəlləşdirmək  zərurətini  məhz 

kamil insanın missiyasına aid edir. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə