Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə39/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   35   36   37   38   39   40   41   42   ...   402

 

80 


Bu  dövrdə  eyni  zamanda  islam  dini  doqmatikasının 

rasionallaşdırılmasına  ehtiyac  yaranmışdı.  Həmin  bu  ehtiyac  isə 

ortodoksal  islam  sxolastikasını  formalaşdırdı.  Ərəb  fəlsəfəsinin  əsas 

istiqamətlərindən  biri  olan  kəlam  təlimi  belə  bir  sxolastika  idi.  Dini 

həqiqətlərin mütləqləşdirilməsi kəlamın özəyini təşkil edir. Bu təlimin 

tərəfdar


ları  -  mütəkəllimlər  -  özlərini  mötəzilə  tərəfdarlarına  qarşı 

qoyurdular. 

Kəlam  ortodoksal  islam  sxolastikası  olaraq  özünün  ilkin 

formasında,  protofəlsəfi  səviyyədə  YIII  əsrin  başlanğıcında  Misirdə 

meydana  gəlmişdi.  908-ci  ildə  isə  kəlamın  əşərilik  adlanan  bir 

qolunun da əsası qoyuldu. Bu vaxta kimi mötəzilə nümayəndəsi kimi 

tanınan Əbü-l-Həsən Əşəri həmin il mötəziləni bir günah kimi etiraf 

etdi,  təntənəli  surətdə  tövbə  edərək  ondan  üz  döndərdi,  «mötəzilə 

çirkabı»ndan  təmizləndiyini  bildirdi.  Lakin,  Əşəri  öz  keçmişinin 

üstündən tamamilə xətt çəkə bilmədi. O, mötəzilə üçün səciyyəvi olan 

rasionalizmi dinə gətirdi. Heç də təsadüfi deyildir ki, Əşəridə Quranın 

da Allah qədər mütləq, əbədi və əzəli olduğu fikri irəli sürülür. 

Əşərizmdə  şəhərli  rasionalizmi  aşkar  olaraq  duyulur.  Əgər 

mötəzilə  başlıca  olaraq tacir dünyaduyumunun nəzəri ifadəçisi  idisə, 

əşərilik  daha  çox  dövlət  məmuruna  xas  olan  dünyaduyumu  ifadə 

edirdi. 


İctimai  həyatda  məmurun  oynadığı  rolun  əhəmiyyəti  artdıqca 

müsəlman aləmində bu rolun ən uğurlu ifadəsi olan fars fenomeninin 

də  cəmiyyətdə  əhəmiyyəti  və  rolu  artırdı.  Bağdadda  siyasi 

hakimiyyətə əslində büveyhilərin, Orta Asiyada isə samanilərin sahib 

olması  fars  fenomeninin  və  bununla  bağlı  olaraq  şəhərli  təfəkkür 

tərzinin islam cəmiyyətində əhəmiyyətinin artmasından xəbər verirdi. 

Əşəriliyin təkamülü büveyhilərin hakimiyyətə doğru irəliləyişi 

ilə  paralel  baş  verirdi.  Səciyyəvidir  ki,  əşərilik  Quranı  müsəlman 

əxlaqının  bir  rasional  kodeksi  olaraq  qavramış  və  onu  Allahın 

yaratdıqlarından,  sadəcə  olaraq,  biri  kimi  deyil,  Allahın  özünün 

təcəssümü kimi qəbul etmişdir. 

Ümumiyyətlə,  götürüldükdə  isə,  əgər  mötəzilə  təliminin 

davamçıları  dini  ehkamların  mütləqliyini  qəbul  etməyib,  əksinə 

dünyəvi  şüuru  mütləqləşdirirdilərsə,  ortodoksal  təlimin  tərəfdarları 

dini şüuru mütləqləşdirirdilər. 

Fərabi müsəlman təfəkkürü meydanına  belə  bir  tarixi  şəraitdə 

çıxdı. 


Fərabi  dövlət  məmuru  ailəsindən  idi.  Onun  özü  də  bir  dövlət 

məmuru  idi.  Odur  ki,  Fərabi  daha  çox  bir  dövlət  məmurunun 

dünyaduyumunu  rasionallaşdıran  fəlsəfə  yaradırdı.  Aristotelin 

fəl


səfəsi elə bu səbəbdən də Fərabiyə 

yaxın idi. 




 

81 


Fərabi  deyirdi:  Əgər 

mən  Aristotelin  zamanında  dünyaya 

gəlsəydim, onun ən gözəl şagirdlərindən biri olardım. 

O,  hələ  sağlığında  ikinci  müəllim  (

Aristoteldən

  sonra  nəzərdə 

tutulur) adlandırılırdı. 

Fərabi  həm  də  türk  təfəkkürünü  təmsil  edirdi.  Görünür  elə  bu 

səbəbdən də

 Fərabinin elmi fəaliyyətində təkcə şəhərli ruhunun deyil, 

həm  də  cəngavər  ruhunun 

rasionallaşdırılmasına  meyl  müşahidə 

olunur.  Və  bu  meyl  aristotelizmdən  platonizmə  üzvi  bir  keçidlə  öz 

ifadəsini  tapır.  Fərabi  dünyanın  Platon  tərəfindən  yaradılmış  ümumi 

mənzərəsini Aristotelin məntiqi ilə vahid bir dünyagörüş çərçivəsində 

birləşdirməyə  çalışmış  və  müəyyən  mənada 

öz  məqsədinə  nail 

olmuşdur.  Fərabi  yunan  fəlsəfəsinin  özündən  əvvəlki  şərhçilərindən 

fərqli  olaraq  müsəlman  dünyasına  Platonun  və  Aristotelin  təkcə 

əsərlərini və sözlərini deyil, həm də onların ruhunu gətirdi. 

Bu  hal 

Fərabinin  estetik  baxışlarında  özünü  daha  qabarıq  bir 

şəkildə  göstərir.  Fərabi  yazırdı:  hər  hansı  bir  predmetin  gözəlliyi, 

doğrudan  da,  onun  mahiyyətinin  reallaşması  və  kamilliyə  nail 

olmasıdır. 

Bu  fikir  həddindən  artıq  platonik  görünür.  İndi  isə  Fərabidən 

daha  bir  səciyyəvi  sitat:  “Ahəng  və  simmetriya  isə  gözəlliyin  obyek 

tiv əsaslarıdır” 

İndi  isə  Fərabinin  estetikasının  aristotelist  mənbələri  barədə. 

Fərabi  yazırdı:  “Aristotel  tamamilə  doğru  deyirdi.  Sənətin  və  bədii 

yaradıcılığın  əsasında,  həqiqətən  də,  təqlid  dayanmalıdır.”  Fərabi 

Aristotelin  bir  ardıcılı  olaraq  gözəlliyə  atributiv  nöqteyi-nəzərdən 

yanaşırdı. Fərabi belə hesab edirdi ki, sənətkar öz təxəyyülü sayəsində 

ümumi  ideyaları  vahid  nümunələrdə  təcəssüm  etdirir.  Fərabi  də 

Aristotel kimi incəsənətə əsasən katarxik nöqteyi-nəzərdən baxırdı. Bu 

hal  xüsusilə  onun  musiqiyə  dair  baxışları  üçün  səciyyəvi  idi,  musiqi 

həm mənəvi-təmizləyici, həm də tibbi-müalicəvi əhəmiyyətə malikdir. 

Buradan  həmçinin  incəsənətdən  praqmatizmə  və  utilitaristə  də  bir 

çıxış sezilir. 

Fərabi  Aristotelin  bir  ardıcılı  olaraq  həm  də  nəzəriyyəçiliyə, 

məntiqçiliyə,  logistikaya  meylli  idi,  o,  cümlədən  də  estetikaya, 

incəsənətə musiqiyə baxışlarında da. Musiqi haqqında elm, hər halda, 

bütövlükdə iki yerə bölünməlidir: birincisi – musiqi haqqında təcrübi 

elm  və  ikincisi  isə  –  musiqi  haqqında  nəzəri  elm.  Musiqi  haqqında 

təcrübi  elmin  vəzifəsi  təbii  səs  (boğaz,  dil,  dodaq,  səs  telləri)  və  ya 

müxtəlif  sənət  alətlərinin  köməyi  ilə  hissi  şəkildə  qavranıla  bilən 

melodiyaların yaradılmasından ibarətdir. Musiqi haqqında nəzəri elmə 

gəldikdə  isə  onun  məqsədi  ahəng  və  melodiya  haqqında  insana  bilik 

verməkdən, melodiyanı doğuran amillərdən bəhs etməkdən ibarətdir. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə