Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə25/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   21   22   23   24   25   26   27   28   ...   402

 

52 


brahmana və aranyaka qatlarına daxil olsa da, upanişada təbəqəsindən 

kənarda  qalır.  Əksinə,  bu  təbəqəyə  daxil  olan  abidələrə  -Çhandoqya 

və  Kena  -  isə  eyni  adlı  brahmana  və  aranyaka  uyğun  gəlmir.  Bu 

əlamətlə "qara" Yacuverdaya daxil olan Mayttrini"ağ" Yacurvedaya 

daxil  olan  Brihadaranyaka,  İşani,  Atharvavedaya  daxil  olan 

Mundaka, Mandukya və Praşna da səciyyələndirmək olar. Əgər 

"ağ"  Yacurvedanın  brahmana  və  aranyaka  təbəqəsini  təşkil  edən 



Şatapatha  onun  upanişada  təbəqəsindən  kənarda  qalarsa,  Qotama 

Atvarvavedanın  ancaq  bir  təbəqəsini  -  brahmananı  -  yaradır. 

Atharvavedanın  aranyaka  təbəqəsi  isə  Şriti  korpusunda  boş  qalmış 

yeganə oyuqdur. 

Veda kanonunun struktur təhlili ilə məhdudlaşmaq heç olmasa 

ona  görə  düzgün  deyildir  ki,  bu  kanon  heç  də  vahid  təfəkkürün 

fəaliyyətindən 

deyil, 


əsrlər 

boyu 


ən 

müxtəlif 

təfəkkür 

mexanizmlərinin  sintezindən  yaranmışdır.  Ən  ümumi  halda  onu 

demək  olar  ki,  əgər  samhidalar  bütövlükdə  ari  təfəkkürünü  əks 

etdirirlərsə, -  burada  Atharvaveda,  qeyd  olunduğu  kimi,  istisna  təşkil 

edir  -  onlara  yazılmış  şərhlər  isə  artıq  aborigen  təfəkkürün  təsirinə 

məruz  qalmışdır.  Brahmanalarda  o  qədər  də  əhəmiyyətli  olmayan  bu 

təsvir  vedaların  sonrakı  qatlarında  güclənmişdir.  Ari  təfəkkürü  isə 

bütövlükdə öz qabarıq ifadəsini Qədim Hindistanın başqa mədəniyyət 

abidələrində - Mahabharatada və Ramayanada - tapmışdır. 

Mahabharatanın 

və 


Ramayananın 

mövzuları  üzərində 

qurulmuş  teatrlaşdırılmış  rəqs  tamaşaları  hind  klassik  pozalarını  və 

jestlərini formalaşdırmışdır. 



Mahabharata  və  Ramayana  bədii  şəkildə  veda  ideyalarının 

gerçəkliyini,  tarixi  praktikasını  təqdim  edir.  Mahabharatanın  tərkib 

hissələrindən  biri  isə  demək  olar  ki  bilavasitə  fəlsəfi  problematikaya 

həsr  olunmuşdur. 



Bhaqavad-gita 

adlalan  bu  hissə  Skirbekk  və  Gilye 

tərəfindən geniş təhlil olunur. 

Hind  təfəkkürü  ənənələrinə  uyğun  olaraq  vedalardan  sonra 

gələn  bütün  fəlsəfi  məktəblər  ortodoksal  və  qeyri-ortodoksal  olmaqla 

iki qrupa bölünürlər. Ortodoksal təlimlər qeyri-ortodoksallardan fərqli 

olaraq vedaları ehkam kimi qəbul edirlər. 

Öncə  ortodoksal  təlimləri  nəzərdən  keçirək.  Ortodoksal  qrup 

aşağıdakı fəlsəfi təlimləri özündə birləşdirir; mimansa, sankhya, yoqa, 

nyaya, vayşeşika və vedanta. 

Ortodoksal  təlimlərdən  birincisi  olan  mimansanın  əsası 



Caymini  tərəfindən  təxminən  b.e.ə.  200-cü  ildə  qoyulmuşdur.  Bu 

təlimin ilkin şərhi "Mimansa-sutra" əsərində verilmişdir. 

Mimansa tərəfdarları  vedaların mətnlərində əks  olunmuş  səsləri 

müqəddəsləşdirərək  onların  əbədiliyini  və  kamilliyini  qəbul  edirdilər. 




 

53 


Səslərin  bir  mütləq  varlıq  kimi  qəbul  olunması  mimansada  musiqinin 

ilahiləşdirilməsinə  gətirib  çıxarmışdır.  Burada  səs,  hər  şeyin  səbəbi, 

dünyanın  mahiyyətidir.  Mimansa  tərəfdarları  əmindirlər  ki,  dünya 

bütövlükdə ilk səsdən yaranmışdır. Həmin bu ilk səs yerdə qalan bütün 

səsləri  doğurmuş  və  dünyada  hər  şey  səslərdən  törəmişdir.  Səslə 

doğulan dünya səsləşən bütövlükdür. Məlakələr oxuyur, hər şey səsləşir, 

hər  şey  danışır.  Səslər  xırda  titrəyişlərdən  yaranır.  Ətrafda  hər  şey 

titrədiyindən Yer, Səma, bütün dünya səslərlə doludur. Kainat, ulduzlar, 

torpaq, dağlar, çaylar, ağaclar səsləşir. Bütün bu səslər insan qəlbinə yol 

salır,  insan  bütün  bu  səsləri  nizamla  düzməyə  başlayır  və  bununla  da 

musiqini  yaradır.  Musiqi  insan  aləmini  ilahi  aləmlə  birləşdirir.  Musiqi 

mürəkkəb səs dünyasından doğulsa da, musiqidə səslər müxtəlif olsalar 

da,  harmonik  bir  vəhdətdə  birləşirlər.  Kamil  musiqiçi  dünyanın  ilahi 

mahiyyətini  dərk  edir.  Musiqiçilər  səma  harmoniyasını  qəbul  etməyə 

qadir insanlardır, onlar səma musiqisi ilə harmoniyada ola bilir, öz qəlbi 

və səsi, yaxud musiqi aləti ilə onu yenidən yaratmağı bacarır, öz sənəti 

sayəsində  səma  harmoniyasını  hamının  malı  edə  bilir.  Musiqinin 

köməyi  ilə  hər  bir  adam  Aliyə  toxunmağa  imkan  tapır,  ilahi  ekstaz 

vəziyyətinin nə olduğunu başa düşür, ən yüksək həzzə nail olur. 

Mimansada  musiqi  ilahi  mənşəlidir.  Musiqi  və  səs  bütün 

canlılar üzərində hakimiyyətə malikdir. Musiqi müdrik şahlar üzərində 

də, meşə heyvanları üzərində də hakimdir. 

Veda  mətnini  ilahi  səslərin  bir  ifadə  forması  kimi  görən 

mimansa dolayısı ilə veda mətninin özünü də ilahiləşdirmişdir. Lakin 

ortodoksal məktəblərdən ikincisi olan sankhya ilahi mənşəyi vedaların 

fonetik məzmununda deyil, semantik məzmununda axtarırdı. 

Ənənələrə görə, sankhyanın banisi Kapila hesab olunur. Lakin 

onun  və  digər  bir  çox  sankhya  tərəfdarlarının  əsərləri  dövrümüzə 

qədər gəlib çatmışıdır. Sankhya təlimlərinin şərh olunduğu bizə qədər 

gəlib  çatmış  ən  qədim  əsər  -  Sankhya-karika  -İşvarakrişnaya 

məxsusdur. 

Sankhya  təliminin  daşıdığı  ad  sanksrit  dilində  öz  mənşəyi 

etibarı  ilə  ədəd  sözünə  gedib  çıxır.  Bu  ad  kosmosu  təşkil  edən 

elementlərin bir-birinin ardınca növbə ilə təşəkkül tapması ideyası ilə 

bağlıdır. 

Sankhya  iki  qrup  reallığın  -  prakritinin  və  puruşanın  -  ilkin 

mövcudluğundan çıxış edir. Puruşa sərbəst və aktivdir, amma şüurdan 

məhrumdur;  o,  hər  cür  mövcudluğun  əsasıdır.  Prakriti  üç  qumadan  - 

sattva, racas, tamas - ibarətdir. Sattva müsbət emosiyaların - sevincin, 

həzzin,  qürurun  əsasında  durur  və  onların  mənbəyini  təşkil  edir. 

Bunun  əksinə  olaraq  racas  əzabları,  tamas  isə  biganəliyi  doğurur. 

İstənilən bir obyektdə bu və ya digər quna üstünlük təşkil edir və bu 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə