Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə21/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   17   18   19   20   21   22   23   24   ...   402

 

44 


Bütün  bunlarla  yanaşı  onu  da  qeyd  etmək  lazımdır  ki, 

Hindistanı  cənubdan,  cənubi-şərqdən  və  cənubi-qərbdən  əhatə  edən 

Hind  okeanı  digər  təbii  amillərdən  fərqli  olaraq  bütövlükdə  hind 

təfəkkürünün formalaşmasında son dərəcə az əhəmiyyət kəsb etmişdi. 

Spesifik  hind  təfəkkürünün  formalaşması  hind  okeanı  sahillərindən 

çox-çox uzaqlarda, Hind və Qanq sahillərində baş vermişdi. 

Hind 

təfəkkürü 



müəyyən  mənada  hind  təbiətindən 

doğulmuşdu.  Lakin  hind  təbiəti  hind  təfəkkürünü  formalaşdıran 

baş

lanğıclardan  yalnız  biri  idi,  metaforik  olaraq  deyilsə,  hind 



təfəkkürünün  qadın  başlanğıcı,  feminin  başlanğıc  idi.  Hind 

təfəkkürünün  kişi  başlanğıcı, maskulin  başlanğıc  isə  bu  təbii məkana 

kənardan, dağlardan axıb gələn ari tayfaları idi. 

Ari  sözü  bir  çox  dillərdə  yüksək,  yaxşı, nəcib,  igid mənalarını 

verir.  Bu  söz  türk  mənşəli  ər  sözü  ilə  tam  hüquqla  müqayisə  edilə 

bilər və elə müqayisə edilir də. Yunan dilində ari sözü yaxşı mənasını 

verir.  Fikir  verirsinizmi,  yunan  mənşəli  aristokratiya  sözü  ari 

("yaxşı")  və  kratos  ("hakimiyyət")  sözlərinin  birləşməsindən  ibarət 

olub,  "yaxşıların  hakimiyyəti"  mənasını  verir.  Azərbaycanın 

şimalında, Böyük Qafqaz dağlarının bir yamacında Buduq adlı bir dağ 

kəndində və onun ətrafında məskunlaşan, bu Ön sözün müəlliflərindən 

birinin  də  mənsub  olduğu  budad  tayfasının  dilində  ari  sözünə  yaxın 

bir  hari  sözü  vardır  və  bu  söz  təsadüf nəticəsindəmi,  yoxsa  bəlkə  də 

mənşə ümumiliyi nəticəsindəmi ari sözü ilə təkcə fonetik olaraq yox, 

həm də semantik olaraq uyuşur: hari sözü Qafqaz dilləri ailəsinə daxil 

olan Buduq dilinin bir parçası olsa da, Hind-Avropa dil ailəsinə daxil 

olan  qədim  yunan  dilinin  ari  sözü  ilə  eyni  mənanı  -  yaxşı  mənasını 

verir. Ari sözü bütün hallarda müsbət məna kəsb edir. 

Hind fəlsəfəsi də məhz ari təfəkkürü əsasında formalaşdı. 

Qədim  Hind  fəlsəfi  təfəkkürünün  təşəkkülü  e.ə.  II-I 

minilliklərə  təsadüf  edir.  Bu  dövrdə  arilərin  Hind  və  Qanq  çayları 

hövzəsində  məskunlaşması  haqqında  səhih  məlumat  bizim  günlərə 

qədər gəlib çatmışdır. 

Arilər  Hind  və  Qanq  çayları  hövzələrinə  İran  yaylasından 

gəlmişdilər.  Ümumən  məlumdur  ki,  iran  sözü  də  elə  arilər  ölkəsi 

deməkdir.  Hind  və  Qanq  vadilərinin  aborigen  əhalisi  əkinçi  idi  və 

kənd  icması  formasıda  təşkilatlanmışdı.  İran  yaylasının  ari 

adlandırılan  sakinləri  isə  əsasən  döyüşçü  idilər  və  köçəri  tayfa 

formasında təşkilatlanmışdılar. 

Arilərini  və  kənd icmalarının  yanaşı  mövcudluğu  yeni  yaşayış 

forması olaraq dövlətin təşəkkülünə gətirib çıxarır. Dövlətin təşəkkülü 

arilərin yerli əhali üzərində hamilik münasibətlərinin formalaşması ilə 

paralel baş verir. 



 

45 


Arilərin kənd icmaları ilə yanaşı mövcudluğu şəraitində onların 

malik  olduqları  dünyagörüş  yeni  məzmun  kəsb  etməyə  başlayır,  ari 

tayfalarının arxaik kultları yeniləşmək zərurəti qarşısında qalır. 

İki  mədəniyyət  tipi  qovuşduqca,  sintez  olunduqca,  onların hər 

ikisi  üçün  yeni  olan həyat  tərzi  formalaşdıqca  bu  vaxta  kimi mövcud 

olmayan  başqa  bir  bilik  tipinə  ehtiyac  yaranır.  Belə  bir  biliyin 

yaradılması,  saxlanılması  və  əhali  arasında  yayılması  vəzifəsi 

kahinlərin  üzərinə  düşür.  Qurban  və  başqa  mərasimlərin  həyata 

keçirilmə mexanizmi inkişaf etdikcə kahin xidməti də mürəkkəbləşir, 

burada  güclü ixtisaslaşmaya  ehtiyac  yaranır.  Bu  ehtiyac  xüsusi  kahin 

məktəblərinin meydana gəlməsini şərtləndirir. 

Təhsilin  ehtiyacları  ilk  növbədə  kahinlər  tərəfindən  təntənəli 

mərasimlərdə ifa olunan himn, mahnı və duaların sistemləşdirilməsinə 

zərurət doğurduğundan onlar getdikcə ehkamlaşdırılmışdır. 

Güman  etmək  olar  ki,  hind  təfəkkürünün  ilk  yazılı  abidələri 

məhz  bu  məktəblərdə  formalaşmışdır.  İlk  hind  ari  yazılı  abidələri 



vedalar  adlandırıldı.  Veda  sözü  bizim  dilimizə  tərcümədə  bilik 

mənasını  verir.  Vedalar  Qədim  Hindistanın  ari  mənşəli  tarixi 

dillərindən  biri,  ədəbi  dillərindən  isə  birincisi  olan  sanskrit  dilində 

yazılmışdı. 

Dörd 

veda 


vardı: 

Riqveda, 

Samaveda, 

Yacurveda, 

Atharvaveda.  Vedaların  ən  qədimi  Riqvedadır.  Samaveda  və 

Yacurveda  onun  əsasında  formalaşmışlar.  Onların  hər  üçü  bilavasitə 

qurban  vermə mərasimi ilə  bağlı idi.  Bu mürəkkəb  mərasimin  yerinə 

yetirilməsində  kahinlərin  üç  qrupu  iştirak  edirdi:  bunlardan  birincilər 

himnləri,  ikincilər  nəğmələri,  üçüncülər  isə  qurban  formullarını  icra 

edirdi. 


Burada, 

birinci 


qrup 

kahinlər 

Riqvedaya, 

ikincilər 

Samavedaya, 

üçüncülər 

isə 

Yacurvedaya 



istinad 

edirdi. 


Atharvavedanın  isə  qurban  mərasimi  ilə  əlaqəsi  yoxdur.  Onun  təsir 

sferası, əsasən, real həyat çərçivəsi ilə məhdudlaşır. 

Riqveda  -  himnlər  vedasıdır;  sanskrit  dilində  "riq"  sözü  himn 

mənasını  verir.  Bu  himnlər  əsasən  çoxsaylı  allahların  şərəfinə 

deyilmişdir.  Burada,  həmçinin  sehr  formulları  da,  qədim  hind 

dramaturgiyasının  ilk  nümunələri  hesab  oluna  bilən  dialoqlar  da, 

dünyanın yaranması haqqında müxtəlif prozaik fikirlər də verilir. 

Riqvedada  ifadə  olunmuş aşağıdakı ideyalar  isə diqqəti  fəlsəfi 

nöqteyi-nəzərdən daha çox cəlb edir:

 



 

Allah  ideyası.  İldırım  allahı  İndra,  Günəş  allahı  Mitra,  səma 

allahı  Varuna,  od  allahı  Aqni,  ölüm  allahı  Yata  veda  panteonunun 

sakinləri  hesab  olunurlar.  Dünyanın  yaradılması  aktı  bu  allahlara 

şamil edilməsə də, onların dünyəvi hadisələrin gedişinə müdaxilə edə 

bilməsi qəbul  olunur.  Bu isə  onlara  animistik  varlıq  xarakterini  verir. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə