Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə17/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   13   14   15   16   17   18   19   20   ...   402

 

36 


iradəsi  ilə  razılaşırsa,  hər  kəsi,  təbəələrinin  fikrincə,  əməllərinə  görə 

qiymətləndirirsə,  yəni  fəzilət  sahiblərini  mükafatlandırıb,  pis  işlər 

görənləri  isə  cəzalandırırsa,  onda  xalq  da  qorxudan  daha  çox  ağılın 

itaətində durur, hətta qocalığına baxmayaraq yekdilliklə həmin başçını 

müdafiə  edir,  onu  taxtdan  salmaq  istəyənlərə  qarşı  daima  mübarizə 

aparır.  Təxminən  bu  yolla  idarə  edilən,  ağlın  və  cəsarətin  zoru  əvəz 

etdiyi  cəmiyyətdə  hökmdar  da  nəzərə  çarpmadan  şaha  çevrilir. 

Deməli,  hər  şeydən  öncə  öz-özünə  heç  bir  plan  olmadan 

təkhakimiyyətlilik  meydana  gəlir.  Və  sonradan  isə  onun  daxilində 

nizam-intizam  yaratmaq,  düzəlişlər  etmək  yolu  ilə  şahlıq  yaranır. 

Çünki  xalq  təkcə  bu  cür  hökmdarların  özlərini  deyil,  onların  nəvə-

nəticələrini  də  hakimiyyətdə  uzun  müddət  qəbul  edir,  ona  görə  ki, 

ağılın  və  əsl-nəcabətin  irsən  keçməsinə  inanır.  Qədimlərdə  bir  dəfə 

şah seçilən kəs qocalana qədər taxtda otururdu. Hakimiyyətdə olduğu 

müddətdə  sədlər  çəkdirmək, əlverişli  məntəqələri möhkəmləndirmək, 

yeni  torpaqlar  tutmaq  kimi  qayğılarla  məşğul  olan  hökmdarlar  dedi-

qoduya,  həsədə  məruz  qalmırdılar.  Çünki  istər  geyimlərində,  yeyib-

içməklərində, istərsə də yaşayış tərzlərində xalqla onların arasında heç 

bir  fərq  olmurdu  və  həmişə  də  xalqla  ünsiyyət  saxlayırdılar.  Onlar 

sonradan  isə  belə  bir  qərara  gəldilər  ki,  öz  təbəələri  kimi  geyinmək 

daha hökmdara yaraşmaz, ən gözəl güzəran, ən zəngin süfrələr ancaq 

onlarınkı  olmalıdır,  ədəb  qaydaları  isə  yalnız  sadə  camaat  üçün 

qoyulmuşdur. 

Beləliklə, 

şah 

üsul-idarəsi 



təkhakimiyyətlilik 

baxımından  öz  təbiətinə  yaxın  olan  eybəcərləşmiş  formaya,  yəni 

tiraniyaya  keçməyə  başlayır.  Əgər  hökmdarların  malik  olduqları  və 

getdikcə  daha  çox  əldə  etdikləri  imtiyazlar  adamlarda  həsəd  və 

narazılıq  doğururdusa,  onların  kişi-qadın  münasibətlərindəki 

qadağanlara  etinasızlıq  göstərməsi  adamlarda  qarşısını  heç  nəyin  ala 

bilməyəcəyi qəzəb və nifrət selini coşdururdu. Nəticədə xalqın hakim 

dairələrə  qarşı  üsyanı  başlayırdı.  Xalqın  hakim  dairələrə  qarşı 

mübarizəsinə isə vətəndaşların heç də ən pis olanları deyil, ən nəcib, 

məğrur  və  qorxmaz  olanları  başçılıq  edirlər.  Çünki  məhz  belələri 

başqalarının  özbaşınalığına  hamıdan  az  dözürlər.  Elə  ki,  üsyançı 

dəstələr  onları  özünə  rəhbər  kimi  qəbul  edib,  arxasında  möhkəm 

dayanır,  onda  şah  və  mütləqiyyət  üsulu  ləğv  edilir.  Onu  istibdadın 

pəncəsindən  xilas  etməsinə  sanki  minnətdarlıq  əlaməti  olaraq  xalq 

dərhal  çevrilişin  sahibkarlarını  hakimiyyəti  ələ  almağa  çağırır  və  öz 

talelərini  onların  ixtiyarına  verir.  Tiraniyanın  xarabalıqları  üzərində 

aristokratiya  yüksəlir.  Daha  sonra aristokratiya  da  təbiətin  qanunu  ilə 

oliqarxiyaya çevriləndə və qəzəblənmiş xalq hakimiyyətə qarşı ayağa 

qalxanda  demokratiya  doğulur.  Bəzilərini məhv,  bəzilərini  isə  sürgün 

etdikdən  sonra  vətəndaşlar  özlərinə  hökmdar  seçməyə  daha  cürət 




 

37 


etmirlər.  Səbəb  də  budur  ki,  əvvəlki  zalım  şahlardan  gözləri  qorxub, 

eyni zamanda, öz həyatlarını, hətta yaxşı tanıdıqları bir neçə şəxsə də 

etibar  etməkdən  çəkinirlər.  Çünki  dünənki  oliqarxlardan  çəkdikləri 

hələ  də  gözləri  önündən  getmir.  Artıq heç  kəsə  inamı qalmayan  xalq 

yeganə  çıxış  yolunu  özündə  görür,  beləliklə  də  oliqarxiyanı 

demokratiya  ilə  əvəz  edir,  dövlət  və  onun  müdafiəsi  qayğısını  öz 

üzərinə  götürür.  Nə  qədər  ki,  köhnə  sistemin  həyasızlıq  və 

zorakılıqlarını  öz  gözləri  ilə  görənlər  hələ  sağdır,  o  vaxtacan  yeni 

quruluş hamını  qane  edir,  bərabərlik  və  azadlıq  çox  qiymətləndirilir. 

Ancaq  elə  ki, nəsil tamam  dəyişir,  qurbanlar  bahasına  qazanılan xalq 

hakimiyyəti  oğullardan  nəvələrin  əlinə  keçir,  onda  demokratiya 

dövründə göz açmış, oliqarxiya haqqında yalnız ağızlardan eşidən bu 

adamlar  bərabərlik  və  azadlıqlarının  üstündə  daha  babaları  tək 

əsmirlər,  əksəriyyətdən  seçilmək  arzusu  onların  bütün  hisslərinə 

hakim  kəsilir.  Bu  meyl  özünü,  xüsusilə,  varlılarda  göstərir.  Lakin, 

hakimiyyətə  can  atan  həmin  şəxslər  öz  qabiliyyət  və  şəxsi  şücaətləri 

ilə  istədiklərinə  nail  ola  bilməyəndə  nə  yolla  olursa-olsun  camaatın 

qılığına girmək, onu şirnikləndirmək məqsədilə pul kisələrinin ağzını 

səxavətlə  açırlar.  Yalnız  onların  sərsəm  şöhrətpərəstliyi  ucbatından 

xalq ələ baxan edilir, demokratiya isə uçulub yerini qanunsuzluğun və 

zorun ağalığına verir. Xalq kütlələrinin ipə-sapa yatmaması, qanunlara 

qarşı  etinasızlığı  zaman  keçdikcə  oxlokratiyanın  gəlişini  labüd  edir. 

Başqasının  hesabına  qarnını  doydurmağa  vərdiş  edən  kütlə  qətllər, 

sürgünlər törədir, vəhşiliklər edir, başqa xalqları öz əsarəti altına alır. 

Polibinin  zəmanəsi  o  dövrün  yunan  cəmiyyəti  üçün  öz-

özlüyündə təxminən elə Polibinin təsvir etdiyi kimi azğın bir zəmanə 

idi.  Hətta  Romanın  güclü  qanadları  da  əslində  onu  bu  azğınlıqdan 

xilas etməmişdi. 

Yer  üzünün  ədalətsizlik  içərisində  boğulduğu  belə  bir 

zəmanədə  dünyəvi  ədalətsizliyə  qarşı  ilahi  ədalət  qoyulur.  Siyasi 

hissin  yerini  getdikcə  daha  çox  dini  hiss,  mifik  kosmosentrizmin 

yerini  isə  dini  kreasionalizm  –  hazırkı  konkret  tarixi  şəraitdə 

xristianlıq - tuturdu. 

Yunan fəlsəfəsi bütövlükdə isə öz inkişafını davam etdirməkdə 

idi.  Heç  xristianlıq  yunan  cəmiyyətini  tezliklə  və  bütövlükdə  öz 

ağuşuna ala bilmədi. Yunan cəmiyyətində dünyəvi meyllər də hələ ki, 

çox  güclü  idi.  Lakin,  eyni  zamanda,  yunanlarda  hakimiyyətin 

romalılardan geri alınması əzmi də yox idi. Ələ silah götürərək, üsyan 

qaldırmağın  əhəmiyyətini  yunanlar  hər  bir  vəchlə  azaltmağa 

çalışırdılar. Silahdan daha vacib olan nəyisə irəli çəkmək istəyirdilər. 

Lukian, hətta: “Qədimlərdə yaxşı rəqs etməyi bacarmayan gəncə silah 

etibar  etmirdilər,-“  deyir.  Yunan  elitasının  siyasi  hakimiyyətə  ürkək 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə