Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə13/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   9   10   11   12   13   14   15   16   ...   402

 

28 


Antisfen  Sokrata  ruhən  bir  qədər  yaxın  idi.  Lakin  o,  Sokrata,  

həm də və daha çox zahirən bənzəmək istəyirdi. Bunu belə bir maraqlı 

və son dərəcə xarakterik olan bir məqam bütün çılpaqlığı ilə nümayiş 

etdirir;  Sokratın  yayda  da,  qışda  da  geydiyi  yeganə  şinel  müharibə 

vaxtı  cırılmışdı.  Şinelinin  deşiyindən  Sokratın,  hətta  bədəni  də 

görünürdü.  Lakin  Sokrat  heç  vaxt  buna  fikir  vermirdi.  Şineli  cırıq 

olduğu üçün, necə deyərlər abırlı bir əyin-başı olmadığı üçün, əslində 

bir qədər kasıb olduğu üçün heç bir zaman xəcalət hissi keçirmirdi, bu 

ən  azı heç  vaxt nəzərə  çarpmamışdı.  Amma  Antisfen  Sokratın zahiri 

həyatı  üçün  səciyyəvi  olan  bu  əlamətləri  Sokratdan  əxz  etmiş  və 

Sokratdan  fərqli  olaraq  onları  xüsusi  bir  əda  ilə  nəzərə  çarpdırırdı. 

Sokrata  bənzəmək  üçün  Sokratın  şinelinə  bənzər  bir  şinel  tapıb 

geyinmişdi.  Üstəlik  şinelində  bir  deşik  də  açaraq,  bunu  adamlara 

göstərərək  «Görürsünüzmü,  mənim  şinelim  cırıqdır,  mən  isə  bundan 

heç  utanmıram»,  -  deyirdi.  Bununla  da,  Antisfen  ictimai  rəyin  onun 

üçün  sanki  heç  bir  əhəmiyyət  daşımadığını  özünəməxsus  bir  şəkildə 

nümayiş etdirirdi. 

Antisfenin şagirdi olan Diogen isə ondan bir addım da qabağa 

getdi.  O,  üstəlik,  evdən  də,  sivilizasiyanın  bütün  nemətlərindən  də 

imtina etdi. 

Kiniklər  ictimai  rəyin  qoruyub  saxladığı  hər  cür  maddi  və 

mənəvi  dəyərlərə  qarşı  bir  sayğısızlıq  göstərməklə  sanki  fəlsəfi  bir 

həyat sürür, sanki Sokratın həyatını yenidən yaşayırdılar. 

Lakin  Sokrat  kiniklərdən  fərqli  olaraq, ictimai rəyə  qarşı  bir  o 

qədər  də  sayğısızlıq  nümayiş  etdirmirdi,  sivilizasiyanın    nemətlərini 

həqiqi  həyat  üçün  zəruri  hesab  etməsə  də    bu  nemətlərdən  imtina 

etmirdi,- ən azı bunu nümayiş etdirmirdi. 

Kiniklər isə, görünür, bunu ona görə edirdilər ki, cəmiyyətdən 

faydalanmaq  istəsələr  də,  cəmiyyət  qarşısında  məsuliyyət  daşımaq 

istəmirdilər. 

Kiniklər  elə  buna  görə  hakimiyyət  quruculuğunda  da  iştirak 

etmək  istəmirdilər.  Bu  səbəbdən  də  demokratiyanı  də  düzgün  dövlət 

sistemi  hesab  etmirdilər.  Kiniklər  hakimiyyətdən  faydalanmaq 

istəsələr  də,  hakimiyyətdən  ehtiyatlanırdılar.  Antisfen  «yaramaza 

hakimiyyət vermək dəliyə qılınc verməkdən daha pisdir», deyirdi. 

Lakin  yunan  fəlsəfəsinin  inkişafında  Platon  epoxasından 

sonrakı  dövr,  əlbəttə  ki,  Antisfen  epoxası  olmadı,  Aristotel  epoxası 

oldu. 


Aristotel Platonun həm şagirdi, həm də əleyhdarı idi. 

Aristotel  Platondan  fərqli  olaraq,  hakimiyyəti  hər  bir 

cəmiyyətdə  zəruri  bilirdi.  Aristotel  düşünürdü  ki, hakimiyyət  və  tabe 

olma təkcə zəruri  deyil,  eyni zamanda,  bir  çox  insanlar  üçün həm  də 




 

29 


faydalıdır.  Cəmiyyətdəki  qeyri-bərabərlik  ona  daxilən  xas  olan  bir 

hadisədir.  Bu  qeyri-bərabərlik  cəmiyyətin  öz  içərisində  təbii  olaraq 

formalaşır.  Birinin  itaətdə,  digərinin  isə  hakimiyyətdə  olması 

insanların  öz təbiətlərindən  doğur.  İnsanların  bir  qismi təbiətən kölə, 

başqa qismi isə – təbiətən azaddır. 

Aristotel  şəxsiyyəti  üçün  səciyyəvi  olan  bir paradoks  onun elə 

bu  bəyanatı  ilə  bağlıdır.  Aristotel  nə  özünün  həyat  praktikası 

baxımından,  nə  də  filosofluq    üslubu  baxımından  heç  vaxt  sözün 

bütöv mənasında azad olmamışdı. O, demək olar ki, bütün həyatı boyu 

himayə  altında  olmuşdu,  müstəqil  olaraq  atdığı  addımların,  demək 

olar ki, hamısı səhv idi. Aristotelin filosofluq üslubu isə belə idi ki, o, 

başqa  müəlliflər  olmadan  keçinə  bilmirdi,  öz  işini  həmişə  həmin  o 

başqa müəlliflərin  şərhindən  başlayırdı,  onların  fikirlərini tədqiq  edir 

və  ümumiləşdirmələr  aparırdı.  Öz  mövqeyini  isə  ortaya  yalnız  sonda 

qoyurdu.  Hətta  başqa  müəlliflər  olmadan  yeni  bir  fikir  söylədikdə 

belə, bu fikri bu vaxta qədər başqa müəlliflər söyləmədiyi üçün sanki 

öz oxucusundan üzr də istəyirdi. Məntiqin atası sayılan Aristotel özü 

tərəfindən yaradılan məntiqin təqdimatı zamanı belə bir qeyd-şərt irəli 

sürür ki, bu barədə öncə heç bir material olmadığı üçün bu elmi onun 

özü yaratmağa məcbur olmuşdu. 

Amma  Aristotelin  özü  təbiət  etibarı  ilə  azad  olmasa  da,  iş  elə 

gətirmişdi  ki,  «azad  adam  özünü  necə  aparmalıdır»  sualına  cavab 

verməli, hökmdar oğlu İsgəndərə dərs deməli olmuşdu. 

Aristotel bəlkə də elə bu səbəbdən Platonun əleyhdarı olmuşdu. 

Təkcə  siyasi  mövzular  deyil,  məsələn,  elə  estetik  mövzu, 

xüsusən  də  incəsənətin  təbiəti  ilə  bağlı  məsələ  buna  nümunə  olaraq 

göstərilə  bilər.  Aristotel  Platonun  incəsənətin  təbiəti  barədə  məlum 

mövqeyi  ilə  razı  deyildi.  O,  düşünürdü  ki,  sənətkar  maddi  aləmin 

fövqündə  duran  hansısa  ideyalar  aləminin  tərənnümçüsü  deyildir. 

Gözəllik  maddi  aləmin  özündədir,  gözəllik  predmet  və  əşyaların 

özünəməxsus  keyfiyyətidir.  Aristoteldə  gözəlliyin  ən  əsas  formaları 

isə bunlardır: nizam, mütənasiblik, müəyyənlik və bütövlük. Bir qədər 

də  sadələşdirilsə,  gözəllik,  sadəcə  olaraq,  müəyyən  həcmdə  və 

əndazədədir. Həddindən artıq balaca şey gözəl ola bilməz. Həddindən 

artıq  böyük  şey  də  gözəl  ola  bilməz,  çünki  onu  bütöv  bir  şəkildə 

görmək  mümkün  deyildir,  onun  yalnız  hissələrini  görmək 

mümkündür.  Sənət  əsərinin  özü  də  gözəl  olmaq  üçün  müəyyən, 

müvafiq  həcmə  malik  olmalıdır.  Məsələn,  faciə  həcmcə  gərək  nə 

həddən artıq uzun, nə də qısa ola. 

Ümumən,  belə  qəbul  olunmuşdur  ki,  Aristotelin  sənət 

nəzəriyyəsinin  başlıca  cəhəti  ondadır  ki,  o,  sənəti  bir  təqlid  olaraq 

dəyərləndirir.  Belə  bir  mülahizə  üçün  obyektiv  əsaslar,  əlbəttə  ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə