Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə11/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   7   8   9   10   11   12   13   14   ...   402

 

24 


O,  yalnız  filosof,  güclü  zəka  sahibi  idi,  güclü  iradə  sahibi 

deyildi,  təbiəti  etibarı  ilə  hökmdar  deyildi.  Platon  ruhunun  belə  bir 

yönümdə  qərarlaşmasının  başlıca  səbəbi,  görünür,  onun  müəllimi 

Sokratda idi. Platon ruhunun onun əsərlərində və həyat tərzində ifadə 

olunan gerçəkliyi, əlbəttə ki, təkcə onun qan yaddaşı ilə, müasir dillə 

deyilsə, 

onun 

genetik 


olaraq 

əxz  etdiyi  informasiya  ilə 

müəyyənləşmirdi,  həm  də  və  başlıca  olaraq  onun  Sokratdan  verbal 

yolla  əxz  etdiyi  rasional  informasiya  ilə  müəyyənləşirdi.  Platonun 

ümumən məlum  olan,  lakin  xatırlanması həmişə mənalı  olan  məşhur 

və  qanadlı  kəlamlarından  birini  yada  salaq.  Platondan  soruşanda  ki:  

“Atanı  çox  sevirsən,  yoxsa  müəllimini?”,    Platon  cavab  vermişdi  ki: 

“Müəllimimi.  Çünki,  atam  məni  göylərdən  yerə  endirdi,  müəllimim 

isə yerdən göylərə qaldırdı”. 

Görünür, elə bu səbəbdən ki, Platonun adı ilə gəlib bizə çatmış 

dialoqlarda  da  iki  ruh  –  aristokrat  Platonun  kosmosentrik  ruhu  və 

icmaçı Sokratın transsendentalist ruhu bir-birinə çulğaşır. 

Platon  sözün  həqiqi  mənasında  idealist  idi.  O,  dünyanın 

mahiyyəti  olaraq  ideyaları  qəbul  edirdi.  Dünyanın  özündən  daha 

fundamental  olan  ideyalar  gerçəklik  statusunu  qazandıqca  dünya 

gözəlləşir və nizama düşür. 

Bu  kontekstdə  qədim  yunan  fəlsəfəsinin  nümayəndəsi  olan 

Platonla  qədim  Çin  fəlsəfəsinin  Qunsun  Lun  adlı  bir  nümayəndəsi 

arasında paralel aparaq. Platona görə hisslərlə qavranılan predmetlərlə 

yanaşı onlar haqqında ideyalar da real mövcudluğa malikdir, ideyalar 

əbədidir,  yarana  və  yaradıla  bilməzlər,  məhvedilməzdirlər.  Çin 

mütəfəkkiri  Qunsun  Lun  da  özünün  adlar  haqqında  təlimində 

anlayışları mütləqləşdirmiş və gerçəklikdən ayırmışdır. 

Platon  belə  hesab  edir  ki,  iki  aləm  mövcuddur:  bir,  ideyalar 

aləmi, bir də, bizim gördüyümüz aləm – şeylər aləmi. Əsl həqiqi aləm 

ideyalar  aləmidir.  Gördüyümüz,  hiss  etdiyimiz,  təmasda  olduğumuz 

şeylər  aləmi  isə  ideyalar  aləminin  yalnız  kölgəsidir.  İnsan  zəkası 

maddi  aləmin  fövqündə  duran  ideyalar  aləminin  əsrarəngizliyini, 

gözəlliyini  təcəssüm  etdirməlidir.  İnsan  hadisə  gözəlliyini  görərkən 

həqiqi gözəlliyi də xatırlayır. Bu fikir bir qədər konkretləşdirilsə, belə 

ifadə oluna bilər ki, gözəlliyin mahiyyəti əbədi, mütləq ilahi ideyadır. 

Bütün gözəl hadisələr bir ideyadan asılıdır. həmin bu ideya da görünür 



kosmos  və  ya  harmoniya  ideyasıdır.  Platon  belə  hesab  edirdi  ki, 

harmoniya olmadan heç nədə gözəllik yoxdur. Harmoniyanın özünün 

dərki  isə  gözəllik  vasitəsi  ilə  baş  verir.  Platon  yazırdı  ki,  insanın 

cismani  gözəlliyinin  seyrinə  dalma,  adamlarda,  hətta  ilahiyə  doğru 

meyl  və  məhəbbət  də  oyadır.  Bu  meyl  və  məhəbbət  isə,  Platonun 

baxışlarına  görə,  əsasən,  filosoflara  xasdır.  Platon,  məsələn,  müasir 




 

25 


ekspressionizmdən  fərqli  olaraq,  incəsənəti  belə  bir  xüsusiyyətdən 

məhrum  edir;  filosof  ideyalar  aləminə  can  atır,  sənətkar  isə  maddi 

aləmi  təqlid  edir,  maddi  aləmin  özü  də  ideyalar  aləminin  təqlidi 

olduğundan, incəsənət  –  yalnız  təqlidin təqlididir.  Görünür,  elə  buna 

görədir ki, adamların əksəriyyəti şairləri müdrik olaraq təqdim edirlər. 

Platon  bunun  doğru  olmadığını  düşünür.  Amma  bir  qədər  qeyri–

ardıcıl  görünsə  də,  Platonun  məsələn  musiqiyə  münasibəti  bir  qədər 

fərqlidir.  O,  belə  hesab  edirdi  ki,  musiqi  melodiyaları  ruhun 

həyəcanlarını  təqlid  edir.  Bununla  əlaqədar  Platonun  anamnesis 

ideyası  –  ruhun  yerləşdiyi  bədənə  daxil  olmamışdan  əvvəlki  həyatı 

xatırlaya  bilməsi  ideyası    da  maraqlıdır.  Oxşar  fikirlərlə  biz  qədim 

yunan  fəlsəfəsinin  Platonaqədərki  dövründə,  konkret  deyilsə, 

Pifaqorda  və  həmçinin  də  qədim  hind  fəlsəfəsində  də  rastlaşırıq. 

Pifaqorda  ruhun  köçürülməsi  mənasını  verən,  metempsixoza  kimi 

səslənən bir anlayış vardır. Bu anlayış ölülərin ruhunun təzə doğulmuş 

uşağa,  habelə  bitkilərə  və  heyvanlara,  minerallara  keçməsinin  qəbul 

olunmasından  çıxış  edir  və  belə  bir  keçidi  ifadə  edir.  Hind 

təfəkkürünün  sansara  –  yenidən  doğulma  –  ideyası  vasitəsi  ilə  də 

bütün canlıların qohumluğu fikri irəli sürülür: Ruh ölməzdir, o, bəzən 

insan,  bəzən  heyvan  və  bəzən  də  allah  şəklində  yenidən  doğulur. 

Platonda  kosmos  –  nizama  düşərək  gözəlləşən  dünya  -  Dünya 

Ruhunun  bir  təcəssümüdür.  Dünya  Ruhu  isə  Dünya  üzərində 

transsendent mahiyyət olmayıb, dünyanın immanent mahiyyətidir. 

Platon 


irsinin 

tanınmış  bilicilərindən  sayılan  Suriya 

neoplatonizim məktəbinin banisi Yamvlix Platonun bütün dialoqlarını 

iki  qrupa  bölmüş  və  onları  Timey  və  Parmenid  əsərlərinə  bir  əlavə 

kimi  qiymətləndirmişdir,  onun  fikrincə  əgər  Timey  təbiət  haqqında 

dialoqların  başında  durursa,  Parmenid  ilahiyyat  haqqındakı 

dialoqların əsas qayəsini təşkil edir. Buraya onu da əlavə etmək olar ki 

əgər Timey əsasən Platon ruhunu ifadə edirsə, Parmenid əsasən Sokrat 

ruhunu ifadə edir. 

Kosmos  Timeydə  bütün  varlıqları  özündə  birləşdirən  vahid 

canlı  kimi  səciyyələndirir.  Oxşar  səciyyə  ilə  Filebdə  də  rastlaşırıq. 

Filebdə  makrokosmun,  yəni  “kainatın  bədəni”nin  canlılığı  insan 

bədəninin  canlılığı  fonunda  təsvir  olunur.  İnsan  bədəninə  insan  ruhu 

canlılıq  gətirdiyi  kimi,  kainata  da  Dünya  Ruhu  canlılıq  verir.  İnsan 

canlı kosmosun ancaq bir hissəsini təşkil etdiyindən ona nisbətən daha 

bəsitdir. Kosmos isə yaranmışların ən kamilidir

6



                                                

6

 Платон. Филеб – Платон, Соч. Т. 3. ч. 1. С. 35.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə