Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə12/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   8   9   10   11   12   13   14   15   ...   402

 

26 


Platonun  kosmosentrik  nəzəriyyəsinin  zəminini  təşkil  edən 

hipotezə görə, dünya insan üçün faydalı bir varlıq olmaqdan daha çox, 

özlüyündə dəyəri olan nizamlılıq və gözəllik təcəssümüdür. 

Platon ilahi gözəlliyə və kamilliyə malik olan kosmosun eydos 

paradiqmasına uyğun olaraq sənət əsəri kimi yarandığını güman edir. 

Belə  halda  o,  qeyri-məntiqi  başlanğıc  kimi  anlaşılan  “təbiət”ə,  yəni 

“fyuzis”ə  qarşı  qoyulur.  Fyuzis  kosmosdan  fərqli  olaraq  zərurət 

üzündən  yaranır.  Sonradan  Aristotel  eydosları  təbii  cisimlərə  daxil 

etməklə bu ziddiyyəti həll etmiş oldu

7



Sokratın  nöqteyi-nəzərincə,  dünya  fanidir  -  ötəridir  və  həqiqi 

deyildir, həqiqi olan isə axirət dünyasıdır. Platonun nöqteyi-nəzərincə 

isə, dünya əbədiyyətə də qovuşa bilər, qovuşmaya da bilər. Həqiqi də 

ola  bilər,  olmaya  da.  Əgər  bütövlükdə  dünya  və  ayrılıqda hər  bir  şey 

öz  ideyasına  uyğundursa,  həqiqidir,  yox  əgər  öz  ideyasına  uyğun 

deyildirsə, həqiqi deyildir. 

Platonda  ideyalar  ilahi  təbiətli  hesab  olunur,  onlara  ilahi 

mahiyyət  aid  edilir  və  hər  bir  ideya  özündə  əbədiyyət  əlamətini 

daşıyır. Tanrılar da beləcə dəyişməz, əbədidirlər – onlar pisliyə doğru 

dəyişə  bilməzlər,  çünki  təbiətləri  buna  yol  vermir.  Tanrılar  yaxşılığa 

doğru  da  dəyişə  bilməzlər,  çünki  onlar  mövcud  olan  varlıqların  ən 

kamilləri və ən yaxşılarıdırlar. 

İdeyaların  dəyişməzliyi  və  əbədiliyi  nöqteyi-nəzəri  ilə  bağlı 

olaraq  Kratil  dialoqu  da  diqqəti  cəlb  edir.  Bu  dialoq  bir  fəlsəfi 

problem  ətrafında  iki  əks  mövqenin  toqquşmasını  təsvir  edir.  Həmin 

bu  problemin  mahiyyəti  isə  aşağıdakılardan  ibarətdir:  Predmetlərə 

verilmiş  adlar  onların  özlərinin  təbiətinə  uyğundurmu?  Predmetlərin 

adları  məlum  olduqda  onların  mahiyyəti  dərk  edilə  bilərmi?  Başqa 

sözlə, adlar predmetlərin dərk olunma aləti rolunu oynaya bilərlərmi? 

Dialoqda  iştirak  edən  personajlardan  biri  -  Protaqorun  şagirdi 

Germogen  belə  hesab  edir  ki,  adlar  predmetlərə  insanlar  tərəfindən 

təsadüfi  olaraq  verilir.  Dialoqda  iştirak  edən  başqa  bir  personaj  - 

Kratil  isə  adların  təbiiliyini,  yəni  onların  predmetlərin  təbiətlərinə 

uyğun gəldiyini israr edir. Kratilin gəldiyi nəticə, hətta bu günün özü 

üçün  də  maraqlıdır:  hər  bir  şeyə  müəyyən  düzgün  ad  xasdır,  amma 

adamlar  bu  adları  unutmuş,  şeylərə  təhrif  olunmuş  adlar  verməyə 

başlamışlar

8



Predmetlərin özləri ilə onların adları arasındakı münasibətlərin 



bir  problem  kimi  fiksasiyası  qədim  hind  fəlsəfəsinin  bir  qədər  öncə 

                                                



7

 Круть  И.  Б.,  Забелин  И.  М.  Очерки  истории  представлений  о 

взвимоотношении природы и общества. М., 1988.  

8

 Платон. Кратил – Платон, Соч. Т. 1. ч. 1. С. 413-491.  


 

27 


xatırladığımız nyaya təlimini bir daha yada salır. Xatırladaq ki, burada 

müqayisə (şeylərin mahiyyətinin onların adları ilə müqayisəsi nəzərdə 

tutulur) məntiqi idrakın dörd əsas mənbəyindən biri hesab olunur. Bu 

kontekstdə  bir  Çin  ideyasını  da  yada  salmaq  yerinə  düşərdi.  Bu, 

adların  təshihi  ideyasıdır.  Konfusiyə  məxsus  olan  bu  ideyaya  görə, 

dünyada  hər  bir  şeyin,  o  cümlədən,  hər  bir  insanın  da  öz  təbii  adı 

vardır. Eyni zamanda, hər bir insan gördüyü konkret işin məzmununa 

uyğun olaraq cəmiyyətdən də müəyyən ad alır. Əgər insanın təbii adı, 

onun  təbii  təyinatını  ifadə  edən  ad  cəmiyyətin  ona  verdiyi  adla 

uyğunluq  təşkil  etmirsə,  cəmiyyət  nizamsızlıq,  xaos  içərisindədir. 

Cəmiyyətdə  nizamı  bərpa  etmək  üçün  haqqında  bir  qədər  öncə  bəhs 

etdiyimiz adların təshihi prinsipi həyata keçirilməlidir. Yəni insanlara 

o  işlər həvalə  olunmalıdır  ki,  bu  iş  onun təbii təyinatına  uyğun  gəlir. 

Bu  halda  insanın  təbii  adı  ilə  cəmiyyətin  ona  verdiyi  ad  üst-üstə 

düşmüş  olur.  Platonun  da mülahizələri  bir qədər  elə  bu mülahizələrə 

bənzəyir.  Platon  da  konfusiçilik  kimi  adlarla  bağlı  mülahizələrdən 

həm də siyasi əhəmiyyət daşıyan nəticələr çıxarır. 

Platonun  ideyalar  haqqında  təlimi  əslində    onun    siyasi 

nəzəriyyəsinin    əsasında  durur.  Platon  elə  bundan  çıxış  edərək  belə 

hesab  edir  ki,  onun  yaşadığı  dövrə  təsadüf  edən  dövlət  -  demokratik 

dövlət,  ümumiyyətlə, dövlət  ideyasının  qeyri-kamil təcəssümlərindən 

biridir. 

Antik  demokratiyanın  dərin  böhran  keçirdiyi  dövrü  yaşayan 

mütəfəkkir  olaraq  Platon  belə  hesab  edirdi  ki,  dövlət  hakimiyyəti  

xalqa  deyil,  idarəetmə  sənətini  ən  yaxşı  mənimsəmiş,  ən  ədalətli,  ən 

əxlaqlı  təbəqəyə  verilməlidir.  Platon  bu  missiyanı  həyata  keçirməyi 

özünün  həyat  amalı  olaraq  hiss  edirdi.  Lakin  o,  bunu  artıq  qeyd 

olunduğu  kimi,  öz  iradəsinin  gücü  ilə  deyil,  öz  zəkasının  gücü  ilə 

etməyə  çalışırdı.  Elə  həmin  dövrü  yaşayan  Sokrat  isə  əxlaqın  və 

ədalətin öz həqiqi qiymətini yalnız axirət dünyasında alacağına, insani 

xoşbəxtliyin yalnız axirət dünyasında gerçəkləşəcəyinə inanırdı. 

Platon  dünyanın  və  cəmiyyətin  yenidən,  düzgün  əsaslar 

üzərində qurulmasını özünə borc bilirdi. Sokrat isə belə bir cəmiyyəti 

Tanrıdan  bir  pay  olaraq  almaq  istəyirdi.  Bu  hal  Sokratın  digər  bir 

şagirdində  –  sonradan  kiniklər  məktəbi  adlandırılacaq  fəlsəfi 

cərəyanın  yaradıcısı  olan  Antisfendə  özünü  qabarıq  bir  şəkildə 

göstərirdi. Antisfen dünyadan bir qədər faydalanmaq  istəsə də, dünya 

işlərinə,  xüsusilə  də,  cəmiyyətin  özünütəşkil  məsələlərinə  aktiv 

müdaxilə  etmək  istəmirdi.  «Siyasətlə  necə  rəftar  etmək  lazımdır?  – 

sualına Antisfen «odla rəftar edən kimi, - cavabını verir. - Nə o qədər 

yaxın  durmaq  lazımdır  ki,  səni  yandırsın,  nə  də  çox  uzaq  olasan  ki, 

soyuqdan donasan». 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə