Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə10/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   6   7   8   9   10   11   12   13   ...   402

 

22 


Materializmin  ontoloji  prinsiplərinin  müəyyənləşdirilməsi 

problemi  atomistikada  varlıq  və  yoxluq  anlayışlarının  korrelyativ 

təhlili  fonunda  həll  olunur.  Bu  təhlil  öz  başlanğıcını  dünyada  təkcə 

varlığın  deyil,  həmçinin  yoxluğun  da  həqiqətən  mövcudluğu 

müddəasından  çıxış  edir.  Yoxluq  varlığın  kiçik  və  bölünməz 

hissəciklərini  bir-birindən  ayırır.  Varlığın  bu  kiçik  və  bölünməz 

hissəciklərini  Demokrit  atom  adlandırır,  yoxluq  anlayışı  altında  isə 

əslində boşluğu başa düşür və onu məkan ilə eyniləşdirir. Demokritin 

nöqteyi-nəzərində,  atomlar  kiçik  və  bölünməz  olsalar  da,  forma  və 

ölçüləri  ilə  bir-birindən  fərqlənirlər,  onlar  ayrı-ayrılıqda  maddə 

müəyyənliyinə  malik  deyillər,  maddələri  onların  müxtəlif 

kombinasiyaları  yaradır.  Bu,  daimi  olaraq  hərəkətdə  olan  atomların 

toqquşmaları zamanı baş verir, boşluqda hərəkət edən atomlar çoxluğu 

burulğanları  əmələ  gətirir,  müxtəlif  dünyalar  bu  burulğanlardan 

yaranır.  Demokrit  atomistikasında  hər  bir  cisim  atomların 

qərarlaşmasından  yaranan  bir  aləmdir.  Deməli,  Levkipp-Demokrit 

atomistikasında  əslində  bir  deyil,  iki  başlanğıc  qəbul  olunur:  atomlar 

və boşluq. Atomlar, artıq qeyd olunduğu kimi, bölünməz, dəyişməz və 

əbədidirlər,  daim  hərəkətdədirlər.  Atomların  birləşməsi  müxtəlif 

cisimlərin  yaranmasına  gətirib  çıxardığı  kimi,  onların  bir-birindən 

aralanması  isə  cisimlərin  məhvinə  gətirib  çıxarır.  Oxşar  fikirlərlə 

qədim hindlilərin nyaya təlimində rastlaşdığımızı artıq qeyd etmişdik. 



Nyaya  təliminə  görə,  kainat  kiçik  hissəciklərdən  ibarətdir,  bütün 

predmetlər  bu  hissəciklərin  birləşməsindən  yaranır.  Nyaya  təliminə 

görə, bundan başqa kainatda sonsuz sayda ruhlar da vardır. Bu ruhlar 

maddi  hissəciklərlə  birləşmiş  və  ya  birləşməmiş  ola  bilərlər.  Buna 

bənzər  fikirlərə  qədim hindlilərin  vayşeşika təlimində  də rast  gəlmək 

olar.  Levkipp-Demokrit  təlimində  boşluqda  hərəkət  edən  atomlar 

çoxluğunun  burulğanları  və  onların  vasitəsi  ilə  çoxsaylı  və  müxtəlif 

dünyaları  əmələ  gətirməsi  barədə  müddəaya  oxşar  olaraq  qədim 

hindlilərin  Manu  qanunlarında  bir-birini  əvəz  edən  sonsuz  dünyalar 

haqqında söhbət açılır. Bu, bənzəyişlər, görünür, ondan irəli gəlir ki, 

Demokrit Şərqdən çox şey öyrənmişdi. 

Əgər  Demokrit  atom  anlayışını  yaratmaqla  materializmin 

ontoloji  zəminini  müəyyənləşdirdisə,  atomu  birmənalı  xassələrin 

daşıyıcısı  kimi  təqdim  etməklə  həmçinin  determinizmin  də  ontoloji 

olaraq əsaslandırılmasına nail oldu. 

Materializmin  və  determinizmin  ontoloji  əsaslarını  verməklə, 

Demokrit  eyni  zamanda  insana  əşyavi  münasibət  fəlsəfəsinin  də 

başlanğıcını qoydu. Personalizmlə daban-dabana zidd olan bu fəlsəfə, 

əlbəttə  ki,  insan  şəxsiyyətini  yüksəklərə  qaldıra  bilməzdi.  O,  onu 

alçaltmalı  idi.  Demokrit  də  insanı  heyvanın  şagirdi  elan  etməklə  bu 




 

23 


fəlsəfənin  prinsiplərinə,  necə  deyərlər,  sadiq  qaldı.  İnsanların  təqlid 

yolu  ilə  heyvanlardan  «çox  mühüm  şeyləri»  öyrəndiyini  bəyan  edən 

Demokrit  «biz  toxuculuq  və  dərzilik  sənətlərində  hörümçəyin,  ev 

tikmə sənətində qaranquşların, musiqi sənətində isə nəğməkar quşların 

–  sonaların  və  bülbüllərin  -  şagirdləriyik»,  deyərək  öz  gümanını 

«əsaslandırdı».  Lakin  Demokriti  idealın  və  estetik  başlanğıcın 

düşməni  kimi  də  qələmə  vermək  düzgün  olmazdı.  Belə  olsaydı, 

Demokritin  Homer  poeziyası  qarşısındakı  heyranlığını  necə  izah 

etmək  olardı?!  Demokrit  yazırdı  ki,  Homer  ilahi  təbiətə  malik 

olduğundan, nitqin ən gözəlini yaratmışdı. İlahi təbiətli olmadan belə 

gözəl və müdrik sözləri yaratmaq mümkün deyildir. Lakin gözəlliyin 

izahında  Demokrit,  əlbəttə  ki,  bütövlükdə  materialist  mövqedə 

dururdu.  O,  düşünürdü  ki,  gözəlliyin  son  mahiyyəti  simmetriyada, 

ölçüdə, 


hissələrin 

harmoniyasında, 

müəyyən 

kəmiyyət 

münasibətlərindədir.  Sənətdəki  gözəllik  isə,  sadəcə  olaraq, həyatdakı 

gözəlliyin  təqlididir.  Bir  çox  mühüm  şeyləri  biz  elə  buna  görə  də, 

təqlid yolu ilə heyvanlardan əxz etmişik. 

Göründüyü  kimi,  ilahi  təbiətli  olma  ləyaqətini  yalnız  Homerə 

bəxş  edən  Demokrit  insanı  alçaldaraq  heyvaniləşdirməyə  meylli  idi,  

insanı yüksəldərək ilahiləşdirməkdən hər halda uzaq idi. 

İnsan  şəxsiyyətinin  tam  bir  arxayınlıqla  yüksəldilməsi  isə 

Platon fəlsəfəsində baş verdi. Platon Demokritdən fərqli olaraq insanı 

yüksəldərək tanrı ilə yanaşı qoydu. 

Platon,  eyni  zamanda,  Demokritin  demokratik  pasifizminə 

qarşı haqsızlıq əleyhinə mübarizə və ədalətli müharibə zərurətini irəli 

sürdü. 

Platon da  Heraklit kimi  aristokrat ruhunun daşıyıcısı idi.  Lakin, 



bununla  belə,  bir  daha  qeyd  edək  ki,  Platon  Heraklitdən  fərqli  olaraq 

qəzəbli  cəngavər  ruhunun  daşıyıcısı  olmaqdan  daha  çox,  aristokratik 

siyasi doktrinanın müəllifi idi. 

Platonun, Heraklitin və ya Konfusinin aristokratik siyasi idealı 

müasir  dövr  üçün  tətbiq  oluna  biləndirmi,  ya  yox?  Və  əgər  tətbiq 

olunarsa, 

bu 

bizim 


dünyamızı 

yaxşılaşdıracaqmı, 

yoxsa 

pisləşdirəcəkmi?  Xatırladaq  ki,  kommunizmi  qara  boyalarla  təqdim 



edən  Rassel  üçün  Platon  kommunist  ideoloqu  idi  və  buna  görə  də, 

necə  deyərlər,  pis  idi.  Platon  Popper  üçün  isə  “açıq  cəmiyyətin”  bir 

düşməni  idi  və  buna  görə  də,  «pis»  idi.  Onların  hər  ikisi  Platonda 

demokratiyanın əleyhdarını görürdülər. 

Lakin  Platon  yaratdığı aristokratik  fəlsəfənin heç  olmasa  aktiv 

siyasət  daxilində  olan  başqaları  tərəfindən  gerçəkləşdirilməsi  üçün 

səylər etsə də, onun özü əslində aktiv siyasətdən kənarda idi. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə