Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə6/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   2   3   4   5   6   7   8   9   ...   402

 

14 


Heraklitdə substansiyanın başqa bir ipastası isə oddur. Əgər o, 

alışaraq  bütövlükdə  kosmosun  məhvinə  gətirib  çıxarırsa,  tamamilə 

sönərkən əvvəlcə suya, sonra isə havaya və torpağa çevrilir. 

Oxşar  fikir  məntiqi  ilə  hind  fəlsəfəsində  də  rastlaşırıq. 

Puranalarda dünyanın genetik triadası verilir: Dünya  yanğını - Okean 

– qurunun ayrılması. 

Qədim  yunan  fəlsəfəsində  aristokratik  təfəkkürün  Heraklitdən 

sonrakı nümayəndəsi Anaksaqordur. 

Anaksaqor  Periklın  dostu  və  ideoloqu  idi.  Talelərində  və 

sonluqlarında  da  bir  oxşarlıq  vardı.  Demokratiyanın  öz  tarixi 

əndazəsindən  daha  artıq  inkişafı  Anaksaqoru  da,  Periklı  da  məhv 

etmişdi.  Perikl,  demokratiya  tərənnümçüsü  olan  o  məşhur  zadəgan  

hər  halda  etiraf  etməyə  məcbur  oldu  ki,  siyasət  haqqında  hamı 

mühakimə  yürüdə  bilər,  lakin  onu  adamların  yalnız  bəziləri  yarada 

bilir.  Siyasətin  gücü  –  iradənin  həyatiliyindədir,  bər-bəzəkli  sözlərlə 

ifadə  olunmasında  deyildir.  Perikl  da,  görünür,  elə  buna  görə  etiraf 

edirdi ki, bizlərdən bir çoxumuz gözəlliyi bər-bəzəksiz,  sevirik. 

Aristofan  isə  daha  uzağa  getdi,  demokratiyanın  karikaturasını 

yaratdı: bir gün heyvanlar şurasının iclasında dovşan özünün gurultulu 

çıxışında hamının  bərabərliyini  bəyan  edir.  Aslan dovşana qulaq asır 

və  təəccüblə  soruşur:  əgər  hamı  bərabərdirsə,  bəs  sənin  caynaqların 

haradadır? 

Demokratikləşmə  materializmi  və  determinizmi  ön  plana 

keçirdi.  Postperikl  dövrünün  fəlsəfi  təfəkküründə  Anaksimendən 

gələn yarımçıq materializm Pifaqordan gələn yarımçıq determinizmlə 

yanaşı  irəliləməyə  başladı.  Materializmi  yarımçıqlıqdan  xilas  etmək 

üçün növbəti tarixi təşəbbüs Empedokl tərəfindən göstərildi. 

Empedoklu  öz  sələfləri  ilə  birləşdirən  ümumi  cəhət  ondan 

ibarət  idi  ki,  o,  «bütün  şeylərin  kökündə» maddi  başlanğıcları  –  odu, 

havanı,  suyu  və  torpağı  –  götürmüş,  bu  maddi  başlanğıcların 

əbədiliyini və dəyişməzliyini, bir-birindən yarana bilməməsini və bir-

birinə  çevrilə  bilməməsini,  bütün  başqa  şeylərin  isə  bu  elementlərin 

bir-biri  ilə  birləşməsindən  yarandığını  qəbul  etdi.  Bu  mənada 

Empedoklun 

materializmi 

təkcə 

özünün  yunan  sələflərinin 



materializmi  ilə  deyil,  həm  də  hindlilərin  lokayata  və  çinliləri  u-sin 

təlimləri  ilə  qovuşur.  Lokayata  təlimində  dünyanın  həmin  dörd 

elementdən,  u-sin  təlimində  isə  beş  elementdən  –  sudan,  oddan, 

metaldan,  ağacdan  və  torpaqdan  –  təşkil  olunması  qəbul  edilir. 

Empedoklu  onun  sələflərindən  ayıran  cəhət  isə  maddi  başlanğıcları 

hərəkətə  gətirən  səbəbi  izah  etmək  cəhdində  idi.  Lakin  Empedoklda 

bu  cəhd  Anaksimandrda  olduğu  kimi  yenə  də  kosmosentrizm 

prinsipinin köməyi ilə həyata keçirilir. Empedokl belə güman edir ki, 




 

15 


dünyada  real  olaraq  mövcud  olan  təkcə  onun  sadaladığı  maddi 

başlanğıclar deyil, həm də onları bir-birinə birləşdirən və bir-birindən 

ayıran canlı qüvvələrdir. Empedokl bu qüvvələri məhəbbət  nifrət  

ya dostluq  düşmənçilik adlandırır. Bu baxımdan Empedoklla qədim 

Çin fəlsəfəsi arasında daha bir paralel aparmaq mümkündür. Mo-tszı 

özünün  «ümumi  məhəbbət»  konsepsiyasında  bütün  Kainatı  saran 

fövqəlbəşər  məhəbbətdən  söhbət  açır.  Empedokl  fəlsəfəsində 

məhəbbət    nifrət    ya  dostluq    düşmənçilik  təkcə  insanlara  xas 

cəhətlər  olmayıb,  həm  də,  bütün  kainata  aid  edilən  xüsusiyyətlərdir. 

Müxtəlif elementlər bu qüvvələrin birincisi ilə birləşdirilir, ikincisi ilə 

isə  ayrılırlar.  Bu  qüvvələrin  hansının  üstünlük  təşkil  etməsi  ilə  isə 

dünyəvi prosesin bu və digər mərhələsi müəyyən olunur. Məhəbbətin 

üstünlük təşkil etdiyi mərhələ Kainatın kamilliyi dövrünə uyğun gəlir. 

Bu  zaman  nifrət  sıxışdırılıb  Kainatdan  kənara  çıxardılır,  dünya 

kosmosa çevrilir, nizamlılığın və gözəlliyin təcəssümü olur. Sonradan 

nifrət  Kainata  daxil  olur,  onun  elementlərini  bir-birindən  ayırır, 

məhəbbətin  özünü  isə  Kainatın  mərkəzinə  doğru  sıxışdırır,  dünya 

xaosa  çevrilir,  nizamsızlığın  və  eybəcərliyin  mücəssəməsi  olur. 

Nifrətin  hakimiyyəti  dövründə  müxtəlif  mühitlərdə  –  suda,  havada  – 

yaranmış müxtəlif orqanlar məhəbbətin hakimiyyəti dövrünə keçdikcə 

bütöv bir orqanizm şəklində birləşirlər. 

Empedoklda  ilkin  elementləri  bir-birinə  birləşdirən  və  bir-

birindən  ayıran  səbəb  bu  elementlərin  hər  birindən  kənarda  qalan 

qüvvə  olduğundan  və  bu  qüvvə  ilə  onun  təsirinin  nəticəsi  arasında 

birmənalı  münasibət  olmadığından  Empedoklun  fəlsəfəsi  determinist 

xarakterli  deyildi.  Bu  fəlsəfə  müxtəlif  dünyagörüşlərin  sintezi 

hesabına tamamlansa da, materialist başlanğıcla kosmosentrik sonluq 

arasındakı  ziddiyyət  ucbatından  materializmin  fəlsəfi  təqdimatı 

Empedoklda da yarımçıq qalır. 

Bizim  eradan  əvvəl  beşinci  əsrdən  başlayaraq  qədim  yunan 

kütləvi  şüuru  dərin  böhran  keçirməyə  başlayır.  Həyatın  və  dünyanın 

kosmosentrik, mifoloji zəmində izahı materialist meylli kütləvi şüurun 

tələblərinə  artıq  aşkar  bir  tərzdə  cavab  vermir.  Materialist  təfəkkür 

stereotiplərinin  kütləviləşdirilməsinə  ehtiyac  yaranır.  Bu  ehtiyac 

əsasən  Empedoklun  yarımçıq  materializmi  zəminində  sofistlər 

tərəfindən  ödənilir.  Sofistlərin  ən  görkəmlilərindən  olan  Qorgi  isə 

Empedoklun şagirdi idi. 

Dünyaya  utilitar  münasibət  sofistikada  zəka  kultunun 

formalaşması  ilə  tamamlandı.  Sofistlər  dini  və  siyasi  qadağalardan 

qorxmayaraq  hər  cür  dünyagörüşü,  siyasi  strukturların  hər  bir  tipini 

cəsarətlə zəkanın hakimliyi önündə mühakimə etdikləri üçün sofistika, 

ümumiyyətlə,  Yeni  dövrün  Maarifçilik  hərəkatına  çox  bənzəyirdi. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə