Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə8/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   4   5   6   7   8   9   10   11   ...   402
    Bu səhifədəki naviqasiya:
  • Fizika

 

18 


əsaslandığı  bilik  heç  də  mütləq  həqiqət  xarakteri  daşımayıb,  sadəcə 

olaraq, insanlar arasındakı razılaşmaların bir nəticəsidir. 

Sofistik relyativizm insanın təbiət üzərində üstünlüyünü bəyan 

etməklə  cəmiyyətdə  qərarlaşmış  praqmatizm  üçün  məntiqi  zəmin 

hazırlayırdı. Təbiət  burada  artıq  insan  üçün ideal  ola  biləcək  kosmos 

deyildir,  gözəllik,  nizamlılıq,  məntiqilik  və  əzəmət  ölçüsü  deyildir, 

əksinə insan üçün faydalı ola biləcək bir şeydir. 

Mifologiyada  kamilliyin,  əbədiliyin,  ədalətin  təcəssümü  kimi 

qəbul  olunan  tanrılar  sofistikada  artıq  faydalılığın  simvollarına 

çevrilirlər.  Prodikə  görə,  qədim  insanlar  Günəşi,  Ayı,  çayları, 

bulaqları  və  onların həyatı  üçün  faydalı  olan hər  şeyi  xeyir  gətirdiyi 

üçün  tanrı  adlandırmışlar,  Nil  çayı  elə  buna  görə  də  misirlilər  üçün 

tanrı  idi,  faydalı  olduğu  üçün  çörək  Demetra,  şərab  Dionis,  su 

Poseydon, od isə Hefest adlandırılmışdır. 

Lakin bütün bunlar sofistikada üstünlük təşkil edən meyllər idi. 

Sofistikanın  daxilində  dünyanın  ilahi  mahiyyətini  inkar  edən 

materialst meyllərə qarşı duran zəif də olsa bir müxalifət də vardı ki, 

bu mahiyyəti qəbul edirdi. 

Belə  meyllər  sofistikadan  kənarda  da  inkişaf  etdirilirdi. 

Dünyanı  onun  ilahi  mahiyyətindən  çıxış  edərək  izah  edən  belə  bir 

istiqamətlərdən  biri  əsası  Parmenid  tərəfindən  qoyulmuş  Eleya 

məktəbi  idi.  Eleya  məktəbi  antik  fəlsəfənin  ikinci  istiqamətinin, 

transsendental 

istiqamətinin 

ideyalarını  özünəməxsus  şəkildə 

yaşadırdı. Transsendental absolyutizmin  doğruluğuna  şübhəni  aradan 

qaldırmaq  üçün  artıq  bizim  tərəfimizdən  səciyyələndirilən 

Parmeniddən  sonrakı  addımı  onun  şagirdi  Zenon  atdı.  Zenon 

Parmenid təliminin müdafiəsinə yönəlmiş qırxa qədər dəlil irəli sürdü 

və  aporiya  adlandırdığı  bu  dəlillərin  əsas  qayəsini  çoxluğun  və 

hərəkətin  mümkün  olmamasını  sübuta  yetirməkdə  gördü

5

.  Zenon  öz 



müsahibini  inandırmağa  çalışır  ki,  çoxluq  və  hərəkət  haqqındakı 

təsəvvürlər gerçəkliyin insan beynində yaratdığı illüziyadan başqa bir 

şey deyildir. 

Zenonun  aporiyaları  bəşər  təfəkkürünün  tarixi  inkişafında 

dəfələrlə  «həll  olunsa»lar  da,  sonradan  bir  qayda  olaraq  bu  həllərin 

birtərəfli  olduğu  aşkar  edilmiş  və  aporiyalar  yenidən  problem 

xarakterini kəsb etmişlər. 

                                                



5

 Əgər  Aristotel  tərəfindən  onun  Fizikasında  hərtərəfli  təhlil  olunmuş 

aporiyaların – Dixotomiya, Axilles, Ox  Stadion – əsas məqsədi «hərəkətin 

qeyri-mümkünlüyü»nün  əsaslandırılmasıdırsa,  *Platon  tərəfindən  qələmə 

alınan  Parmenid  adlı  dialoqda  rekonstruksiya  olunan  Zenon  mühakimələri 

çoxluğun real mövcudluğunu şübhə altına alır.  


 

19 


Eleya  fəlsəfi  məktəbinin  Zenondan  sonrakı  və  sonuncu  böyük 

nümayəndəsi  Meliss  özünün  Təbiət  və  ya  Mövcudluq  haqqında  adlı 

əsərində  Parmenidin  vahid,  bölünməz,  dəyişməz  və hərəkətsiz  varlıq 

ətrafındakı  düşüncələrini  inkişaf  etdirərkən  ondan  fərqli  olaraq  belə 

güman edir ki, həqiqi varlıq heç bir sərhədə malik deyildir. Əgər belə 

bir  sərhəd  mövcud  olsaydı,  bu  sərhəd  onu  yoxluqdan  ayırmış  olardı, 

yoxluq  isə mövcud  deyildir.  Meliss  varlığı  faktiki  olaraq  sonsuz  fəza 

ilə eyniləşdirir. 

Qeyd  edilməlidir  ki,  Eleya  məktəbi  özünün  Parmeniddən 

sonrakı  inkişafında  tədricən  öz  ilkin  ideyasından  ayrılır  və  nəhayət, 

Melissin  şəxsində  bu  ideyanın  əksini  təqdir  edir.  Eleya  məktəbi  öz 

həyatını  materializmin  təkzibindən  başlamışdı,  lakin  önun  ömrü 

materializmin  fəlsəfi  əsaslandırılmasına  xidmət  edən  ideyalarla  başa 

çatdı.  Substratın  bölünməzliyi  və  dəyişməzliyi  haqqında  eleat 

müddəaları,  hətta  materializmin  ontoloji  əsası  olan  atomistikanın 

formalaşmasında mühüm rol oynadı. 

Əgər Eleya məktəbi Zenonun şəxsində öz qarşısına Parmenidin 

varlıq  təliminin  həqiqiliyinə  olan  şübhəni  dağıtmaq  məqsədini 

qoymuşdusa,  Parmenidin  varlıq  doktrinasının  sirri  Eleya  məktəbinin 

davamçılarında - Zenonda və Melissdə - deyil, yalnız Sokratda açıldı. 

Sokratı əhatə edən intellektual mühit sofist xarakterli idi. Lakin 

Sokrat  öz  dövrünün  bu  populyar  intellektuallarından  heç  birinə  qarşı 

rəğbət hissini keçirmirdi. Sofistlərin determinizmə əsaslanan nə siyasi 

doktrinaları,  nə  də  dünyagörüş  yönümləri  onu  qane  etmirdi. 

Parmenidlə keçirdiyi bircə söhbət isə onun bütün düşüncə tərzini, fikir 

yönümünü  müəyyənləşdirdi.  Platonun  Parmenid  dialoqunda  qələmə 

alınmış bu söhbətdə Sokrat Parmenid müdrikliyindən vəcdə gəlmiş bir 

yeniyetmə  kimi  təsvir  olunur.  O,  Zenonun  çoxluğun  mümkün 

olmaması  tezisinə  qarşı  ideyalar  haqqında  təlimi  qoyur.  Sokrat 

Zenonun Parmenid təliminə etdiyi əlavələri təkzib edir və Parmenidin 

özünə qayıdır. Burada o, Parmenid tərəfindən müəyyən tənqidə məruz 

qalsa da, qəti olaraq təkzib olunmur. 

Əgər  Parmenid  materialist  və  determinist  nəzəriyyənin 

yaradıcılarına intellektual müxalifət kimi meydana gəlmişdisə, Sokrat 

materialist  və  determinist  nəzəriyyənin  populyarizatorlarına  və 

maarifçilərinə - sofistlərə - müxalifət şəraitində formalaşmışdı. 

Sofistlər  insani  biliklərə,  xüsusən  də,  əxlaqi  biliklərə 

münasibətdə  artıq  xatırlandığı  kimi,  skeptik  mövqedə  dururdular. 

Sokrat  isə  Parmenidin  Həqiqətlə  eyniləşdirdiyi  Mütləq  Varlıqda 

mütləq  ideyanın  daşıyıcısını  və  eyni  zamanda  əxlaqi  ideyaların 

təcəssümçüsünü  –  Vahid  Tanrını  gördü  və  bununla  da  əxlaqı 

ilahiləşdirdi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə