Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə19/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   15   16   17   18   19   20   21   22   ...   402

 

40 


paralel davam da etdirilə bilər. Qədim yunan mifoloji təfəkküründə və 

həmçinin  də,  neoplatonizmdə  kosmos  dünya  ruhuna  daha  çox  uyğun 

gələn  sənət  əsərinə  çevrilir.  Qədim  yunan  mifologiyasında  dünya  bir 

canlı  kimi  təsəvvür  edildiyindən  onun  mənşəyi  haqqındakı  təlim 

canlıların  doğuluşu  haqqında  təlimə  çox  bənzəyirdi.  Göy  cisimləri 

tanrıların  simvolları  kimi  anlaşıldıqlarından  dünyanın  mənşəyi 

haqqında  kosmoqoniya  adlanan  təlim  teoqoniya  kimi,  yəni  tanrıların 

mənşəyi  haqqında  təlim  kimi  başa  düşülmüşdür.  Məhz  bu  səbəbdən 

də,  Hesiodun  kainatın  mənşəyinə  həsr  olunmuş  əsəri  Teoqoniya 

adlandırılmışdır.  Hindlilərin  Riqvedasında  da  canlıların  doğuluş 

mexanizmi  həm  də  bütövlükdə  Kainata  aid  edilir,  təbii  yaranma  və 

məhv olma doğuluş və ölüm kimi səciyyələndirilir. Yer kainatın anası, 

Göy isə atası kimi qavranılır. Günəşin şüalanması, yağışın yağması isə 

onların qoşalaşması kimi təsəvvür edilir. 

Qədim  yunan  təfəkkürünün  inkişaf  xüsusiyyətləri  ilə  qədim 

hind  təfəkkürünün  inkişaf  xüsusiyyətləri  arasında  apardığımız  bu 

paralelə Çin təfəkkürü ilə bağlı məqamlar da əlavə edilə bilər. Təbiət 

hadisələrindəki  məqsədyönümlülük  insanlara  Dünya  Zəkasının 

mövcudluğunu  güman  etməyə  imkan  vermişdir.  Dünya  Zəkası 

haqqında təsəvvürlər qədim hindlilərin brahman, qədim çinlilərin dao

qədim yunanların isə nus adlandırdıqları fövqəlbəşər varlığa bağlı idi. 

Burada  hadisələrin  zaman  müəyyənliyinin  bu  varlıq  tərəfindən 

qabaqcadan  şüurlu  olaraq  layihələndirildiyi  qəbul  olunur.  Burada, 

həmçinin, hər  bir  predmetin  məkan müəyyənliyinin  də  Dünya  Zəkası 

tərəfindən  qabaqcadan  qərarlaşdırdığı  güman  edilir.  İnsan  zəkasının 

kamilliyi onun dünya zəkasına uyğunluq dərəcəsində axtarılır. Qədim 

dövr  üçün  xarakterik  olan  dünyaduyumunda  subyektiv  insan  zəkası 

Dünya Zəkasının son dərəcə zəif inikası kimi təsvir olunur. Dünyanı 

zəkalı və canlı hesab edən təfəkkür paradiqmasının ilkin tarixi forması 

isə, artıq qey ldunduğu kimi, mifologiya idi. 

Qədim 

mədəniyyətin 



təkamülündə 

yuxarıda  xatırlanan 

qanunauyğunluğu  nəzərə  alaraq,  məsələn,  neoplatonizmin  müəyyən 

mənada  mifologiyaya  çevrilməsi  barədə  Losevin  gümanına  inanmaq, 

doğrudan da, mümkündür. Buna görə də, Losevin düzgün olaraq qeyd 

etdiyi  kimi,  neoplatonizmin  tez-tez  əsatirlərə  müraciət  etməsini  heç  də 

təsadüfi hesab  etmək  olmaz.  Platonun  xalq  əfsanələrini  onların  fəlsəfi-

simvolik  şərhinə  qarşı  qoymasını  bilərək  neoplatonizmin  mifologiya 

üçün  fəlsəfi  interpretasiya  rolunu  oynamaqla  özündən  əvvəlki 

mərhələlərin sintezi olduğunu yəqin edə bilərik. Neoplatonizm obrazlar 

üzərində  deyil,  məntiq  üzərində  qurulmuş  mifologiyadır.  Burada 



 

41 


tanrıların  və  ilahələrin,  gözəllərin  və  qəhrəmanların  yerini  fəlsəfi 

kateqoriyalar tutur

 11



Mifologiyanın  gözəlləri  də,  qəhrəmanları  da  ilahi  mənşəli 



hesab  olunurdu.  Homerin  İliadada  və  Odisseyada  obrazını  yaratdığı 

Yelena  da  elə  ilahi  gözəllik  sahibi  kimi  təqdim  olunurdu.  Amma 

Homerin  özü  qəlbinin  dərinliklərində  qəhrəmanlıqdan  daha  çox 

gözəlliyin  tərənnümçüsü  idi.  Görünür,  elə  bura  görədir  ki,  Homer 

insanların  vaxtlarını  mənalı  keçirmələrini  onda  görürdü  ki,  bütün 

ariflər, mənsəb və rütbələrdən asılı olmayaraq, sıra ilə əyləşib, böyük 

bir ehtiram və diqqətlə öz müğənnilərinə, bəstəkarlarına qulaq asırlar. 

İnsanların  mənsəb  və  rütbələrinə  məhəl  qoymaq  istəməyən  bu  qoca, 

kor müdrikə münasibətdə Heraklit tərəfindən söylənilən və bizim öncə 

xatırladığımız  fikirləri  istər-istəməz  bir  daha  yada  salmaq  istəyirsən. 

Əksəriyyəti dəyərli azlıqdan kəskinliklə fərqləndirən Heraklit mənsəb 

və  rütbələrə  həqarətlə  yanaşan  Homerə  münasibətdə  bir  zadəgan 

olaraq bəlkə də haqlı idi. 

Heraklit - Anaksaqor - Platon - stoisizm xətti üzrə inkişaf edən 

aristokratik yunan fəlsəfəsi neoplatonizmdə tamamlanır. 

Lakin  yunan  neoplatonizmi  yunan  stoisizmindən  fərqli  olaraq 

yuxarıda  söylənildiyi  kimi  yalnız  bir nəzəriyyə  olaraq  qalmadı.  Əgər 

stoisizmi  bir  ideya  olaraq  romalılar  gerçəkləşdirdisə,  neoplatonizmi 

yunanların  özləri  gerçəkləşdirdilər.  Yunanlar  neoplatonizm  ideyaları 

üzərində yeni bir imperiyanı - Bizans imperiyasını – qurdular. 

Yunan dilli Bizans imperiyası əslində neoplatonizmi öz aparıcı 

dünyagörüşü  olaraq  saxladığı  ölçüdə  də  öz  siyasi  qüdrətini  qoruyub 

saxlaya  bildi.  Bizans  neoplatonikləri  xristianlığın  özünü  belə 

neoplatonikcəsinə  anlamağa  cəhd  göstərirdilər.  Bu  mövqe  məsələn, 

ikonanın  təbiəti  ilə  bağlı  mübahisələrdə  məharətlə  nümayiş 

etdirilmişdir.  Həmin  nöqteyi-nəzərdən  öz  ifadəsini  İohann 



Damaskində tapmış mövqe çox maraqlıdır: İkona obraz olmaq etibarı 

ilə  ilahi  arxetipin  təcəssüm  etdirilməsidir.  Buna  görə  də,  ikonaya 

sitayiş zamanı materiyaya deyil, rəsmi çəkilənə – əslə - sitayiş edilmiş 

olur, zira obraza qarşı ehtiram proobraza – əslə, ilahi obraza keçir. 



Mixail  Psell  isə  bu  mövqeyi  ikona  ilə  bağlı  deyil,  başqa  bir 

kontekstdə  davam  etdirirdi.  Neoplatonist  məntiq  onun  dilində  belə 

ifadə olunurdu: elə nitqin gözəlliyi özlüyündə insan qəlbindən çirkabı 

yuyub aparır, onu saflaşdırıb yüngülləşdirir. 

Bizanslıların  qüdrətli  olduqları  çağlarında  neoplatonizm 

onların  dini  təfəkkürünə  də,  bədii  təfəkkürünə  də  hopmuşdu.  Mixail 



Xoniat  belə  yazırdı:  ustadın  yaradıcılıq  niyyətlərinin  yalançı,  saxta 

                                                



11

 Yenə orada. 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə