Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə22/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   18   19   20   21   22   23   24   25   ...   402

 

46 


Onu  da  qeyd  edək  ki,  burada  bəzən allahların  varlığı  şübhə  altına  da 

alınır;  

 

Dünyanın  vəhdəti  ideyası.  Bu  vəhdət  Puruşa  anlayışında 



ifadə  olunur.  Puruşa  sanskrit  dilindən  tərcümədə  hərfi  olaraq  insan, 

kişi  mənalarını  verir.  Hind  təfəkkürü  nöqteyi-nəzərindən  Puruşa  - 

ilkin  insandır.  Bütün  cəmiyyət,  onun  bütün  kastaları,  hətta  bütün 

Kainat  belə  Puruşanın  bədənindən  yaranmışdır.  Riqvedanın 

himnlərində dünya hər şeyə nüfuz edə bilən Puruşa kimi təsvir edilir: 

dünya  öz  başlanğıcını  vahid  bir  bədəndən  götürür  və  sonradan  hər 

şeyə  çevrilir.  Predmetlərdəki  müxtəliflik  onların  ümumi  mənşəyində 

əriyir.  Hətta  allahların  özləri  də  bu  vəhdətin  təzahür  formaları  kimi 

təsvir olunurlar. Dünya vahid bir orqanizm, bütün göy cisimləri isə bu 

orqanizmin hissələri kimi başa düşülür; 

 



 

Ruh ideyası. Bu ideya atman termini vasitəsi ilə ifadə olunur. 

Atman  sözü  hərfi  olaraq  "nəfəs",  "ruh",  "mənim  özüm"  mənalarını 

verir;


 

 



Zəka ideyası. Bu ideya manas termini vasitəsi ilə ifadə olunur. 

Hind  təfəkkür  ənənələri  nöqteyi-nəzərindən  zəkanın  vəzifəsi  hiss 

orqanlarından informasiyanı götürmək, emal etmək və ruha (atmana) 

təhvil verməkdir. 

 

Ruhun  ölməzliyi  və  bədəndən-bədənə  keçərək  dəfələrlə 



yenidən  doğula  bilməsi  ideyası  -  sansara  ideyası.  Sansara  anlayışı 

vasitəsi  ilə  ifadə  olunmuş  ideya  bütün  canlıların  qohum  o

lması 

müddəasından  çıxış  edir.  Qədim  hind  təfəkkürü  nöqteyi-nəzərindən 



ruh  ölməzdir  və  müxtəlif  canlı  orqanizmlər  formasında  öz 

mücəssiməsini  taparaq  dəfələrdə  yenidən  doğulur.  Ruhun,  ikinci, 

üçüncü və i.a. növbəti dəfə doğulması təkcə insan şəklində deyil, allah 

şəklində  də,  hətta  heyvan  şəklində  də,  mümkündür.  Ruh  heç  vaxt 

ölmür, ancaq özünün mövcudluq üsulunu dəyişir. Ruh zahirən dəyişsə 

də,  öz  mahiyyəti  etibarı  ilə  dəyişməzdir.  Ölən  insanların  ruhu  təzə 

anadan  olan  uşaqların  ruhuna,  bitkilərin  ruhuna,  heyvanların  ruhuna, 

hətta mələklərin də ruhuna keçə bilər. Əgər insan bu dünyada ləyaqətli 

ömür sürübsə, o növbəti dəfə dünyaya bir müdrik qiyafətində, ədalətli 

hökmdar  və  hətta  mələk  qiyafətində  də  gələ  bilər.  Əgər  insan 

ləyaqətsiz  ömür  sürərsə  o,  növbəti  dəfə  dünyaya  yerdə  sürünən 

eybəcər qurdlar şəklində gələcəkdir. 

12

 

                                                



12

 

Qədim hindlilərin sansara ideyasında dərin bir hikmət vardır: həqiqi həyatı 

yaşamayan insan özünün sonrakı həyatına mələk sifəti ilə və mələk qiyafətində 

gəlir,  insan  eybəcər  ömür  sürdükdə  isə  sonrakı  həyatına  bu  eybəcər  ömrün 

təcəssümçüsü sifəti ilə, əgər ömrünü sürünməklə keçirmişsə, soxulcan sifəti ilə 

və soxulcan qiyafətində, ömrünü məkr və yalanla keçirmişsə, İblis sifəti ilə və 


 

47 


 

Dünya  ruhu  ideyası.  Bu ruh Brahmandır.  Brahman  Səmanın 

da,  Günəşin  də,  ayın  da,  ulduzların  da,  Yerin  də,  bütün  canlı  aləmin 

də,  bütövlükdə  Kainatın  da  mahiyyətidir.  Atman adlanan  fərdi ruhun 

brahman  adlanan  dünya  ruhuna  qovuşması  hind  təfəkküründə  əxlaqi 

kamilliyin  zirvəsi  hesab  olunur.  Fərdi  ruh  (atman)  kamilləşdikcə 

dünya  ruhuna  (brahmana)  qovuşur.  Fərdi  ruhun  dünya  ruhuna 

qovuşması həyatın son mənası hesab olunur;

 



 



Mütləq xoşbəxtlik ideyası. Bu ideya nirvana termini ilə ifadə 

olunur.  Nirvana  insanın  gündəlik  qayğılardan  ayrılması  və  dünyanın 

ilahi mahiyyətinə qovuşması vəziyyətidir;

 



 

Dünya  iradəsi  ideyası.  Bu  ideya  dharma  termini  ilə  ifadə 

olunur. Dharma fəlsəfi olaraq dünya iradəsi mənasını daşıyır;

 



 



Yalan  dünya  ideyası.  Bu  ideya  mayya  termini  ilə  ifadə 

olunur.  Mayya  mahiyyətə  uyğun  olmayan  maddi  reallığı  ifadə  edir. 

Maddi  reallıq,  elə  bu  səbəbdən  də,  heç  də  həmişə  gerçək  deyildir, 

həqiqi deyildir, bəzən yalandır; 

 



 



illüziya  ideyası.  Bu  ideya  avidya  termini  ilə  ifadə  olunur. 

Avidya  insan  biliklərində  həqiqətin  deyil,  təzahürün  ifadə  olunması, 

maddi  reallıqda  mahiyyəti  deyil,  təzahürü  görmə.  Mayya  obyektiv 

məzmuna malik olduğu halda, avidya subyektiv məzmuna malikdir;

 



 



Dünya  nizamı ideyası. Bu ideya rita termini ilə ifadə olunur. 

Rita dünyanın ehtiyac və imkanları arasındakı ziddiyyətləri həll etməli 

olan  başlanğıcdır.  Qədim  hindlilərin  Brahman  və  Rita,  qədim 

çinlilərin  Tyan  Sin  və  Li,  qədim  yunanların  isə  Demiurq  və  Kosmos 

obrazları əslində Şellinqin Dünya Ruhu və Ümumi Orqanizm, Hegelin 

Dünya  Zəkası  və  Gerçəklik,  Şopenhauerin  Dünya  İradəsi  və 

Obyektivasiya,  Humboltun  Daxili  Ruh  və  Kosmos  ideyaları  ilə  eyni 

təbiətlidir.  Həyat  fəlsəfəsi  də,  mifologiya  da  əslində  eyni  mövqedən 

çıxış  edirlər.  Bu,  həmçinin  öz  ifadəsini  Riqvedada  da  tapan  qədim 

hind miflərində də ifadə olunan kosmosentrizm mövqeyidir. 

 

Riqvedanın  ilk  himnlərinin  müəllifi  əfsanələşdirilmiş  müdrik 



Angiras  hesab  olunur.  Angiras  yunanların  Homerini,  bizim  Dədə 

                                                                                            



İblis  qiyafətində  gəlir.  Sansara  ideyasındakı  dərin  məna  əslində  ondadır  ki, 

insanın sonrakı həyatı onun övladlarının və nəslinin həyatıdır. İblisanə həyat 

sürən  insan  öz  övladlarına  iblis  qiyafətini  olmasa  da,  iblis  sifətini  mütləq 

miras  qoyacaqdır.  Əgər  insan  doğularkən  gözəl  doğulubsa,  bu  onun 

valideynlərinin  və  nəslinin  həqiqi,  xoşbəxt  və  gözəl  həyatından  xəbər  verir. 

İnsan  gözəlliyi  bu  halda  da  xoşbəxt  həyatın  inikası  olaraq  qalır.  Gözəlliyin 

irsən  ötürülməsi  o  deməkdir  ki,  həqiqi,  xoşbəxt  və  gözəl  həyat  sürən  hər  bir 

kəs özünü də, öz nəslini də ləyaqətli edir və gözəlləşdirir. – A.Ə.

 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə