Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə392/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   388   389   390   391   392   393   394   395   ...   402

 

833 


qovuşmasına" nail olmağa səy edən formativ proses kimi başa düşür. 

Qadamer  dildən  və  şərhdən  mühüm  tarixi  fenomenlər  kimi  başlayır. 

Burada Qadamer fəlsəfəsinin Hegelsayağı cizgiləri aşkarana bir tərzdə 

görünür.  Lakin  Hegel  sistemlər  yaratdığı  halda,  Qadamer  mətnləri 

şərh edir.  

Qadamerdən  iki  tənqidi  istiqamət  öz  başlanğıcını  götürür. 

Birinci  soruşur  ki,  bizim  tarixi  kontekstualizasiya  o  qədər 

fundamentalmıdır  ki,  "həqiqət"  barədə  nə  isə  universal  bir  şey  kimi 

danışmaq  problematik  olmuş  olsun.  Bu  suala  istinad  edən  tənqid 

dekonstruktivistlər  tərəfindən  inkişaf  etdirilir.  İkinci  soruşur  ki, 

"həqiqətə  iddialar"  nitq  aktlarının  ümumi  nəzəriyyəsi  və  mədəni 

modernizasiya  nəzəriyyəsi  əsasında  şərh  olunmalıdırmı?  Bu  sualdan 

çıxan tənqidlə Habermas məşğul olur.  

 

Derrida, Fuko, Rorti – 



 dekonstruksiya və tənqid 

 

Jak  Derrida  (Jacques  Derrida,  1930)  Haydeggeri  onun 



metafizikanı  məntiqi  olaraq  tamamlamaq  səyində  davam  etdidir. 

Metafizikaya  tənqidi  olaraq  münasibət  göstərərk,  o,  həmçinin, 

Nitşenin  və  Freydin  irsini  də  inkişaf  etdirir.  Bu  novatorlarda  olduğu 

kimi,  Derridada  da  metafizikanın  tənqidi  eyni  zamanda,  Avropa 

tarixindən  rişələnən  və  müasir  sivilizasiyanı  səciyyələndirən  bütün 

qərb  təfəkkürünün  (təfəkkür  və  praktik  sferaların  sientizasiyası  da 

daxil  olmaqla)  tənqidi  kimi  çıxış  edir.  Derrida  daxildən 

"dekonstruksiyanın"  köməyi  ilə  tənqid  etmək  istəyir,  yəni  mətnlərin 

elə oxunması yolu ilə ki, onlarda özünə yer tapan ziddiyyətlər axtarılır 

və  bununla  da  mətnin  məna  strukturlarına  "səpələnmək"  imkanı 

verilir

476


.  

Derrida mətn və ya yazı (writing) anlayışlarını elə genişləndirir 

ki,  dil  və  bütün  digərləri  son  nəticədə  "yazı"  kimi  başa  düşülür.  O, 

mətni və "yazını" fərqləri müəyyənləşdirən fəaliyyət kimi şərh edərək, 

bu  genişlənməni  həyata  keçirir.  Metafizikanın  başlıca  yanılması 

Derridanın  fikrinə  görə,  ondadır  ki,  o,  həmişə  əsas  axtarır  və  onu 

mövcud  olanda  tapır.  Amma  Haydeggerin  ardınca  gedərək,  Derrida 

                                                



476

 Bax:  məsələn,  De  la  grammatologie.  -  Paris,  1967  вя  LUcriture  et  la 

differance. -  Paris,  1967. Mətnin  "dekonstruksiyası"  barədə bu ideya  bir  çox 

ədəbi  tənqidçilər  arasında  geniş  yayıldı.  Postmodernizm  (postmodernism) 

termini  "poststrukturlizm"  termini  ilə  analogiyadan  yarandı.  Bax:  Jan-

Fransua  Liotar  (1924),  Jean-Francois  Lyotard.  La  Condition  postmoderne.  - 

Paris, 1979.  


 

834 


belə  bir  əsasın  axtarışlarının  nəticəsiz  olduğunu  göstərmək  istəyir. 

Dünya bu mənada əsasa malik deyildir. "O şey ki, mövcuddur" onun 

əsasını "varlıq" (das Seiende) formasında görmək faydasızdır.  

Bu  aspektdə  "yazı"  hər  şeydən  öncə,  "fərqləndirməni"  (la 

difference)  səciyyələndirir.  Yazı  yeni  fərqləndirmələr  arasında 

mövcud  olanla  mövcud  olmayan  arasında  sanki  bir  fasiləsiz  yarış 

olaraq yaranır. Bu açıq yarışda "başqası" onu bizim anlayışlar vasitəsi 

ilə ifadə etmək üçün göstərdiyimiz bütün səylərə baxmayaraq həmişə 

özünün xüsusi rolunu oynayacaqdır.  

Derrida  Əlcəzairdə  yəhudi  ailəsində  anadan  olan  fransız 

filosofudur.  Buna  görə  də,  onun  sözlərinə  görə,  o,  dominant 

mədəniyyətə münasibətdə həmişə "başqası" olmuşdur.  

Derridanın 

qarşılaşdığı 

çətinlik 

yaxşı 


məlum 

olan 


özünüreferensiya  problemindən  ibarətdir.  Bu  problem  onun 

mövqeyinə tətbiq olunarkən belə bir qaydada ifadə oluna bilər. Əgər 

dekonstruksiya  bütün  klassik  fəlsəfi  anlayışların,  o  cümlədən  də, 

həqiqət anlayışının "dağıdılmasını"  öz  ardınca  gətirirsə,  onda  Derrida 

izah  etməyə  borcludur  ki,  o,  onun  tərəfindən  təsdiq  olunanların 

həqiqət olduğunu hesab etməkdə davam edirmi? Əgər o, iqrari cavab 

verirsə, onda o, özünüreferensial olaraq qeyri-ardıcıl olmuş olur. Əgər 

o, mənfi cavab verirsə, onda onun təsdiq etdiyində nəsə ciddi bir şeyi 

görmək çətindir. Və ya hansısa bir üçüncü yol mövcuddur? 

Mişel  Fuko  (Michel  Foucault,  1926-1984)  özünün  Sözlər  və 



şeylər  (Les  Mots  et  les  choses:  une  archeologie  des  sciences 

humaines,  1966)  kitabı  ilə  populyarlıq  əldə  etmişdir.  Bu  kitabda 

strukturlist  nöqteyi-nəzər  müdafiə  olunur:  insan  -  bir  sosial 

konstruksiyadır.  Reallıq  öz  əsasında  -  strukturlardır.  Fuko  Levi-

Strossla birgə o nəzəriyyələri tənqid edir ki, onlar insanın bir avtonom 

fərd  olaraq  anlamına üstünlük  verirlər,  belə  ki,  sosial  konstruksiyalar 

və reallıq öz mahiyyətləri etibarı ilə strukturlardır

477


.  

Fuko  "humanitar  elmlərin  arxeologiyası"  adlandırdığını,  yəni 

verilmiş dövrün əsas struktur əlaqələrini axtarır. O, bu dövrə xas olan 

həm  təfəkkürü,  həm  də  əməlləri  müəyyənləşdirən  determinant 

strukturu  epistema  (episteme)  adlandırır.  Fukonun  əsərləri  bərabər 

dərəcədə  "intellektual  tarixə"  və  fəlsəfəyə  məxsusdur.  Onun 

                                                

477

 Fəaliyyət  göstərən  subyektin  nöqteyi-nəzəri  ilə  struktur  nöqteyi-nəzər 

arasındakı fərq  sosial tədqiqatlarda  yaxşı  məlumdur.  Birinci nöqteyi-nəzərin 

nəzəri-oyun xarakteristikası ilə bağlı məsələn, bu kitaba nəzər salın: J. Elster. 

Sour  Grapes:  Studies  in  the  Subversion  of  Rationality.  Cambridge,  1983. 

İkinci nöqteyi-nəzər nəzəri-sistem xarakteristikası ilə bağlı isə aşağıdakı kitab  

səciyyəvidir: N. Luhmann. Sozialle Systeme. - Frankfurt am Main, 1984.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə