Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə394/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   390   391   392   393   394   395   396   397   ...   402

 

837 


layihələrə  əsaslanan  radikal  tənqidin  tərəfdarı  olmaq  zəruri  deyildir, 

liberal olmaq zəruridir.  

Rortiyə  görə,  bütün  hər  bir  şey  kontekstual  və  təsadüfidir 

(contingent).  Onun  üçün  heç  bir  universal  və  zəruri  mühakimə  və 

normalar  ciddi  olaraq  mövcud  deyildir.  Rortinin  "dekonstruktivist" 

yanaşması onunla səciyyəvidir ki, o, analitik fəlsəfənin tərəfdarıdır və 

onu  "daxildən"  bilir,  bu  da,  ona  son  dərəcə  dəqiq  dəlillərdən  istifadə 

etmək  imkanını  verir.  O,  ideyaların  və  arqumentlərin  spesifik 

kontekstlərə  mənsubiyyətinin  nümayişi  ilə  kifayətlənmir.  Rorti 

həmçinin,  həqiqətin  və  yalanın  fəlsəfi  distinksiyasına  oxşar  fəlsəfi 

distinksiyalar olmadan bizim necə keçinə biləcəyimizi göstərməyə səy 

edir.  O,  bunu  biz  bu  distinksiyaların  ekstremal  mənalarını  nəzərdən 

keçirdiyimiz  zaman  onların  necə  uğursuzluğa  düçar  olduqlarını 

nümayiş  etdirərək  edir  (mütləq  həqiqətin  problematik  xarakter 

daşıması buna nümunə ola bilər).  

Rorti özünün fəlsəfəyə münasibətdə tənqidinə ciddi yanaşmışdır. 

O, bir sənət olaraq fəlsəfə ilə məşğul olmaqdan əl çəkmiş və ədəbiyyat 

fakültəsinə  keçmişdir.  Skeptik  mövqeyə  xas  olan  özünüreferensiya 

problemləri  ona  yaxşı  tanışdır.  Elə  buna  görə  də,  o,  həmişə  dəqiq 

arqumentlər  irəli  sürür.  Rorti  az  mülahizə  irəli  sürür,  daha  çox  isə 

mülahizə  irəli  sürmənin  alternativ  üsullarını  "təklif  edir"  və  onlara 

"ehyam  vurur".  O,  mətnlərin  öyrənilməsi  ilə  məşğul  olan  bir  çox 

tədqiqatçılar üzərində nüfuza malikdir. Amma onun ardıcılları üçün çox 

vaxt  onun  fəlsəfi  hazırlığı  çatışmır,  elə  bunun  da  ucbatından  onların 

arqumentasiyası bir çox hallarda daha az parlayır və kontrarqumentlərə 

münasibətdə daha həssasdır (məsələn,  özünüreferensial ziddiyyətliliklə 

bağlı olan kontrarqumentlərə münasibətdə).  

Rortinin 

özünün 

özünüreferensial 



ziddiyyətlilikdə 

günahlanmadan  qaçmağı  bacarıb-bacarmaması  hələ  ki,  mübahisəli 

olaraq qalır

483


. Bundan başqa, o da, diqqəti özünə çəkir ki, Rorti çox 

vaxt  distinksiyaları  fikrini  onun tərəfindən  müzakirə  olunan nöqteyi-

nəzərlərin  radikal  versiyaları  üzərində  (məsələn,  həqiqət  anlayışının 

ifrat  variantları  üzərində)  toplayaraq  aradan  qaldırmağa  səy  edir. 

Amma  axı  aşkardır  ki,  onların  təkzib  olunması  daha  mötədil 

versiyaların  (məsələn,  həqiqət  anlayışının  mötədil  variantlarının) 

təkzib olunması üçün kifayət deyildir

484


. Sonda, ironiya ilə qeyd edək 

                                                



483

 Bax:  məsələn,  R.  Bernstein.  The  New  Constellation.  -  Cambridge,  1991. - 

pp. 258-292.  

484

 Rortinin  baxışlarının  tənqidi  ilə  bağlı,  məsələn,  bax:  T.  McCarthy.  Ideals 

and  Illusions.  -  Cambridge,  MA,  1991.  pp.  11-42  (orada  həmçinin,  Fukonun 


 

838 


ki, xüsusi və ictimai sferaların kəskinliklə ayrılmasını Rortinin ardıcıl 

olaraq necə  dəstəklədiyini  təsəvvür  etmək  çətindir,  əgər  Rortinin  özü 

oxşar  kəskin  distinksiyaların  aradan  qaldırması  fəaliyyətinə 

ixtisaslaşırsa, bunu necə başa düşmək olar

485



 



Habermas və arqumentasiya 

 

Hermenevtik  ənənə  (məsələn,  Qadamer)  üçün  və  tənqidi 



dekonstruksiya (məsələn, Derrida, Fuko, Rorti) üçün ümumi olan odur 

ki, onlar öz işini bir mətn olaraq dildən başlayırlar. Elə buna görə də, 

bu  istiqamətlər  müqayisəli  ədəbiyyatşünaslıqla,  tarixi  tədqiqatlarla, 

teologiya  ilə  və  hüquqşünaslıqla  sıx  əlaqədardır.  Habermas  bütün 

Frankfurt məktəbi kimi sosial elmlərlə daha sıx bağlıdır və öz işini bir 

"nitq  aktı"  olaraq  dildən  başlayır.  Onun  üçün  əməl  anlayışı  mətn 

anlayışı qarşısında üstünlüyə malikdir.  

Habermasın  üzərində  inkişaf  etdiyi  zəmin  Frankfurt  məktəbi 

idi.  Lakin  o,  onun  ilk  nümayəndələri  (Adorno,  Horkhaymer)  üçün 

səciyyəvi olan total tənqiddən və pessimizmdən əl çəkir. Bu əl çəkmə 

müxtəlif  "koqnitiv  maraqların"  (Erkenntnisinteressen)  Habermas 

tərəfindən bir-birindən ayrılması ilə bağlıdır.  

İnsan  öz həyati  tələbatların  ödənilməsi  üçün  özünün  təbiətdən 

istifadə 

etmək 

qabiliyyətindən 



asılıdır.  Əmək  fəaliyyətinin 

instrumental  vasitələrinin  genişlənməsi  ilə  əlaqədar  olaraq  izah  edən 

elmin  və  səbəbiyyətlə  idarə  olunan  texnologiyanın  inkişafı  baş  verir. 

Ətraf  mühit  üzərində  nəzarəti  nəzərdə  tutan  texniki  koqnitiv  maraq 

bundan ibarətdir.  

Eyni  zamanda,  insanlar  birgə  əməllərindən  və  kommunikativ 

qarşılıqlı  təsirdən  də  asılıdırlar.  Dil  ilə  daxilən  bağlı  olan  qarşılıqlı 

təsir və onu təmin edən anlam (interactive understanding) hermenevtik 

elm adlandırılanları - sosial antropologiyadan tutmuş tarixə kimi daha 

da  inkişaf  etdirir.  İnsanlarda  qarşılıqlı  intersubyektiv  anlamın 

dərinləşməsindən  ibarət  olan  praktik  koqnitiv  maraq

486


 isə  bundan 

ibarətdir.  

                                                                                            

(Pp.  43-82)  və  Derridanın  (Pp.  83-123)  mövqelərinin  tənqidi  analizinə  də 

nəzər salın).  

485

 Burada  biz  belə bir sualı da  soruşa  bilərik:  bizə xoş  gəlib-gəlməməsindən 

asılı olmayaraq, bəzən ədəbi əsər müəyyən siyasi əhəmiyyətə malik olmurmu? 

486

 Burada  "praktik"  termini  o  mənada  istifadə  olunur  ki,  bu  mənada 

semiotiklər  semantik  və  sintaksik  yanaşmalardan  fərqli  olaraq,  işarə 

kommunikasiyasının "praqmatik aspekti" barədə danışırlar 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə