Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə395/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   391   392   393   394   395   396   397   398   ...   402

 

839 


Nəhayət,  insan  tənqidi  refleksiyanın,  məsələn,  psixoanalizin 

köməyi ilə özünü ideoloji yanılmalardan azad etmə tələbatını hiss edir. 

Bu,  təhrif  olunmuş  kommunikasiyanın  obyektiv  qüvvələrdən  və 

şəraitdən  azad  edilməsindən  ibarət  olan  emansipasion  koqnitiv 

maraqdır.  

Təbiətlə  münasibətlərdə  bizim  rasionallıq  komanda  verir. 

Texniki  koqnitiv  marağın  qaçılmaz  xarakteri  səbəbindən  belə  də 

olmalıdır.  Habermas  burada  məzəmmətə  layiq  olan  heç  nə  görmür. 

Marağın bu tipinin məxsus olduğu sferada məhz belə də olmalıdır.  

Amma  Habermasa  görə,  idrakın  və  rasionallığın  həmçinin,  o 

forması  da  mövcuddur  ki,  o,  idarə  etməyə  və  hökmranlığa 

yönəlməmişdir. O, praktik koqnitiv marağa əsaslanır.  

Onu  da  qeyd  etmək  mühümdür  ki,  Habermas  rasionallığın 

bütün  növləri  üçün  ümumi  olan  anlayışla  əməliyyat  aparmır, 

rasionallığı  o,  sonradan  repressiv  və  nəzarət  edən  kimi  şərh  edir.  O 

zaman  ki, məsələ insana  və  şəxslərarası  münasibətlərə  aid olur,  onda 

biz  ya  texniki  koqnitiv  marağın,  ya  da  praktik  koqnitiv  marağın 

istifadəsi  arasında  seçim  edə  bilərik.  Bütün  rasionallığa  münasibətdə 

məcburilik  rakursu  əvəzinə  biz  "texniki"  və  "praktik"  arasında, 

idarəetmə (nəzarət) və başa düşmə arasında zəkavi balansın qurulması 

vəzifəsinə (sosial səviyyədə) gəlib çıxırıq.  

Bu  sosial  səviyyəyə  həmçinin,  şəxsiyyətin  əşyaviləşdirilməsi 

və  daxildən  təzyiqə  məruz  qoyulması  əleyhinə  mübarizədə  mühüm 

olan emansipasion koqnitiv maraq da xasdır.  

Başqa cür deyilsə, təbiətə münasibətdə yalnız bir - izah edən və 

idarə edən - texniki koqnitiv maraq gerçəkdir. Cəmiyyətə münasibətdə 

hər üç koqnitiv maraq mühümdür. Uyğun olaraq, düzgün balansa nail 

olmaq  uğrunda  bir  tərəfdən  texniki,  başqa  tərəfdən  isə    praktik  və 

emansipasion mənafelər arasında mübarizə də genişlənir.  

Metodoloji olaraq, bu, o deməkdir ki, Habermasın fikrinə görə, 

təbiətə  münasibətdə  biz  yalnız  səbəbiyyət  izahları  ilə  tamamlanan 

hipotetik-deduktiv  tədqiqatları  həyata  keçirə  bilərik.  Sosial  hadisələri 

isə biz həm hipotetik-deduktiv, həm də hermenevtik metodlarla (başa 

düşən sosiologiya) öyrənə bilərik. Tarixi-tənqidi nöqteyi-nəzərdən, bu, 

o  deməkdir  ki,  Habermas  mahiyyəti  idarəetmə  deyil,  qarşılıqlı 

anlaşma olan xüsusi rasionallıq tipinin mövcud olduğunu göstərməyə 

səy edir.  

Belə  bir  fərqləndirmə  ilə  bağlı  olan  fəlsəfi  problemlərə 

müdaxilə  etmədən,  qısaca  olaraq  göstərək  ki,  Habermasın  nöqteyi-

nəzəri  üçün  vacib  olan  nədir?  O  zaman  ki,  insan  özünü  asosial  bir 

tərzdə aparır, biz bunu fizioloji və ya psixoloji səbəblərlə izah etməyə 

və  səbəbiyyət  əlaqələri  barədə  bizim  biliklərimizin  əsasında  həmin 




 

840 


insanı "sağaltmağa" səy edə bilərik. Bununla da, bu insan bizim üçün 

"obyekt" olur. Biz bu obyektivləşdirilmiş şəxsiyyəti bizim idrakımızın 

sayəsində "idarə edə" bilərik. Və ya biz insanı sağlam və zəkavi olaraq 

və  bununla  da  öz  əməllərinə  görə  cavab  verə  bilən  olaraq  nəzərdən 

keçirə bilərik. Sonuncu halda, biz o əsasları aşkar etməyə səy edək ki, 

bu insan öz davranışı üçün onlara malik ola bilsin. Mümkündür ki, o, 

bunun üçün bizim hələ ki, aydınlaşdırmadığımız ciddi əsaslara malik 

olmuşdur və ya mümkündür ki, o, sadəcə olaraq, məzəmmət olunmağa 

layiqdir  və  biz  ondan  əxlaqi  tələblərə  uyğun  olaraq  hərəkət  etməyi 

tələb  etməliyik.  Bir  sıra  situasiyalarda  (nevroz  və  alkoqolizm 

hallarında)  biz hər  iki  yanaşmadan  istifadə  edə  bilərik.  Amma  bəzən 

özlüyündə  aydındır  ki,  insanın  davranışı  səbəbiyyət  baxımından 

şərtlənməmişdir (məsələn, narkotiklərin qəbul olunmasından sonra) və 

ya  insan normal  və məsuliyyətli  deyildir.  Sonuncu, məsələn, imtahan 

zamanı yer alır, o zaman ki, imtahan qəbul edən imtahan verəni indi 

danışdığını  deməyə  məcbur  edən  səbəblərlə deyil,  daha  çox  imtahan 

verənin öz cavabları üçün malik olduğu əsaslarla maraqlanır.  

Burada səbəblər (causes) ucbatından deyilənlə əsaslar (reasons) 

ucbatından deyilən arasında fərq göstərilir. Əsaslar başa düşülə bilər, 

genişləndirilə  bilər,  təkzib  və  ya  təsdiq  oluna  bilər.  Əgər  biz 

Eynşteynin  nisbilik  nəzəriyyəsini  anlamaq  və  yoxlamaq  istəyiriksə, 

onda biz onu məhz o baxımdan nəzərdən keçiririk ki, bu nəzəriyyənin 

ümumi  əhəmiyyətə  malik  olmasını  qəbul  etmək  üçün  yaxşı  əsaslar 

mövcuddurmu?  Amma  əlbəttə  ki,  bu  nəzəriyyənin  Eynşteyn 

tərəfindən  yaradılması  faktı  da  öz  səbəblərinə  malik  olmuşdur.  Biz 

Eynşteyni  onun  bu  nəzəriyyəsini  irəli  sürməyə  gətirib  çıxaran 

məsələn, psixoloji səbəblərlə də maraqlana bilərik. Oxşar səbəblər bir 

çox kontekstlə maraqlıdır, amma bu nəzəriyyənin ümumi əhəmiyyətə 

malik  olma  məsələsinə  münasibətdə  maraqlı  deyildir.  Hətta  əgər 

Eynşteyn nisbilik nəzəriyyəsini gizli freydist komplekslər səbəbindən 

yaratmışsa belə, o, onsuz da ümumi əhəmiyyətə malik ola bilər! Onun 

düzgünlüyü  barədə  suala  cavab  Eynşteynin  uşaqlığının  və  şəxsi 

həyatının öyrənilməsi ilə deyil, xüsusi tədqiqatlarla müəyyənləşir.  

Beləliklə,  düzgünə  oxşayır  ki,  biz  bir-birinə  (və  özünə) 

münasibətdə  olan  iki  yönümlə  əməliyyat  aparırıq.  O  da,  həmçinin, 

doğrudur  ki,  biz  daha  az  azad  və  daha  çox  nəzarət  altında  olan 

cəmiyyətə  malik  ola  bilərik  və  bu  zaman  səbəbiyyət  izahına  meyl 

həddindən artıq olur (terapevtik cəmiyyət). Amma belə də ola bilər ki, 

biz  o  yerdə  əsaslar  axtarmaqda  davam  edirik  ki,  orda  biz  hər  şeydən 

öncə, səbəbləri axtarmalıyıq və beləliklə, müalicənin daha çox yararlı 

ola  biləcəyi  situasiyalarda  əxlaqi  öyüd-nəsihətə  müraciət  edirik  (belə 

davranış  həddindən  artıq  əxlaqçı  cəmiyyəti  səciyyələndirir).  İnsan 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə