Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə396/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   392   393   394   395   396   397   398   399   ...   402

 

841 


(alkoqolik)  nə  üçün  içir?  (Və  arvadı  onu  nə  üçün  döyür?)  Belə 

suallardan hər birinə qarşı iki cavab növü mümkündür:  

Habermas  göstərməyə  səy  edir  ki,  bütün  tarix  boyu  müxtəlif 

differensiasiyalar  onun  sistem  və  həyati  dünya  adlandırdığı  iki  sfera 

arasında fundamental ziddiyyətə gətirib çıxarmışdır

487


.  

Biz deyə bilərik ki, sistem iqtisadi və siyasi sahələri əhatə edir. 

Sistemdə  tərəqqi  elmi  və  texniki  biliklərin  əhəmiyyətinin  artımı 

formasında  həyata  keçirilir.  Deməli,  burada  biz  rasionalizasiyaya 

rasionallığa, yəni hansı vasitələrin belə bir nəticələrə aparıb çıxarması 

barədə  biliyə  yaxınlaşma  mənasında  malikik  (instrumental-məqsədli 

rasionallıq).  

Amma  Habermas  qeyd  edir  ki,  bu,  hələ  ki,  heç  də  hamısı 

deyildir.  İqtisadi  və  siyasi  institutların  və  uyğun  təlim  proseslərinin 

inkişafı  ilə  birgə  həmçinin,  daha  çox  "kommunikativ  rasionallıq" 

formasında  irəli  çəkilmiş  "həyati  dünyaya"  münasibətdə  də  bizim 

kompetensiyamızın  dərinləşməsi  baş  verir.  Sistem  və  sosial-mədəni 

həyati  dünya  arasındakı  bu  differensiasiya  öz  ardınca  onu  gətirir  ki, 

qısaca  olaraq  deyilsə,  biz  bəzi  fundamental  distinksiyalara  sahib 

oluruq. Biz dənizin "davranışı" xoşumuza gəlmədiyi zaman daha onu 

İran şahı Üarğ Kserksin (Xerxes, təqribən, 519-465 b.e.ə. ) əmr etdiyi 

kimi  qamçı  ilə  cəzalandırmırıq.  Biz  artıq  təbiəti  və  cəmiyyəti 

fərqləndirməyi  öyrənmişik,  o  şeyləri  fərqləndirməyi  öyrənmişik  ki, 

onlardan  birincilərinə  biz  yalnız  onların  qarşılıqlı  səbəbiyyət 

əlaqələrin  dərk  etməklə  təsir  göstərə  bilərik.  İkincilər  ilə  isə  biz 

ünsiyyətdə  ola  bilərik  və  onları  məzəmmət  edə  bilərik.  Biz  bu 

distinksiyaya sahib olmuşuq və ona hələ ki sahib olmayanlara nisbətən 

müəyyən  mənada  daha  yüksək  inkişaf  mərhələsindəyik.  Bu  gün  biz 

ondan  çıxış  edirik  ki,  dənizi  ciddi  olaraq  "cəzalandıran"  insan  ruhən 

xəstədir.  

Bundan  da  daha  çox  deyilsə,  biz  gözləyirik  ki,  sağlam  ağılda 

olan  yaşlı  insanlar  həqiqətin  və  yalanı  fərqləndirmək  qabiliyyətinə 

sahib olmağı öyrənsinlər, nəyin yer aldığını, nəyin isə yer almadığını 

başa  düşsünlər.  Əlbəttə  ki,  bizim  hamımız  bu  fərqlərə  münasibətdə 

bəzən səhv edirik. Və əlbəttə ki, heç də bizim hamımız onun barəsində 

eyni  dərəcədə  yaxşı  danışmağı  bacarmırıq.  Amma  bizim  hamımız 

müəyyən yaşa yetişdikdən sonra bu fərqdən praktik olaraq istifadə edə 

bilərik.  Gerçəkliyi  və  fantaziyanı  bir-birinə  qarışdıran  nəsə  başqa  bir 

şey psixopatoloji fenomen olaraq qiymətləndirilə bilər. Bundan başqa, 

biz  əxlaqi  olaraq  düzgün  olanı  əxlaqi  olaraq  qeyri-düzgün  olandan 

fərqləndiririk.  Müxtəlif  situasiyalarda  nəyin  yerinə  düşdüyünü,  nəyin 

                                                

487

 Bax: J. Habermas. Theory of Communicative Acts. - Boston, 1987 



 

842 


isə  yerinə  düşmədiyini  sadəcə  olaraq,  bilməyən  insan  "həyati 

dünyada"  bir  qərib  olacaqdır.  Nəhayət,  biz  hiss  etdiyimizin  və 

düşündüyümüzün  həqiqi  ifadəsi  ilə  simulyasiya  arasındakı  fərqi 

göstərə bilirik.  

Nəyin  həqiqi,  nəyin  yalan  olması  barədə  suallar  ətrafında 

qeyri-müəyyənliyin  və  fikir  ayrılıqlarının  meydana  çıxması  zamanı 

"kommunikativ  səlahiyyət"  sferasında  tərəqqi  mövzulaşdırma  və 

müzakirə  qabiliyyətini  inkişaf  etdirir.  Ənənələr  və  kanonik  əsərlər 

çərçivələri  daxilində  cavab  axtarışlarının  əvəzinə  biz  arqumentasiya 

irəli sürməyi öyrənirik.  

Həqiqət  barədə  məsələnin  nəzərdən  keçirilməsi  zamanı  bizə 

tədqiqatın  və  diskussiyanın  müxtəlif  formalarına  istinad  etmək 

lazımdır.  O  zaman  ki,  məsələ  normativ  suallar  barədərir,  onda 

Habermasa  görə,  onlar  həm  də  maraqlı  tərəflər  arasında  qəbul  edilə 

bilən  razılaşmaların  axtarılması  ilə  bağlıdır.  Əgər  açıq  və  işgüzar 

müzakirə  nəticəsində  tərəflər  könüllü  razılaşmaya  gəlirlərsə,  onda 

cavab  normativ  olaraq  düzgün  hesab  olunur.  Beləliklə,  Habermas 

güman edir ki, bizim mədəniyyətdə yaşlı fərdlər onlara təsir göstərən 

arqumentasiyanın köməyi ilə əsas normativ məsələlərə dair prinsipcə, 

qərar  qəbul  etməyə  qabildirlər.  Bu  mülahizə  o  nöqteyi-nəzərin  bir 

versiyasıdır  ki,  o,  həm  normativ  suallara  ümumi  əhəmiyyətə  malik 

olan  cavabların,  həm  də  bizim  öz  zəkamızdan  diskursiv  istifadənin 

köməyi  ilə  belə  cavablar  almaq  üçün  prinsipial  qabiliyyətimizin 

mövcud olmasını nəzərdə tutur.  

Habermasa görə, bu arqument həm etik relyativizmin əleyhinə, 

həm  də  etik  doqmatizmin  əleyhinə  yönəlmişdir.  Deduktiv  sübutlar 

burada  ona  görə  istisna  olunur  ki,  ya  məntiqi  dairəyə,  ya  sonsuz 

reqressə,  ya  da  mühakimənin  kəsilməsinin  ixtiyari  olaraq  seçilmiş 

anına  aparıb  çıxarır.  O,  intuitiv  olaraq  aydın  və  ya  özlüyündə  aydın 

kimi fundamental normativ həqiqətlərə belə bağlanmır, axı bu sferada 

biz  bir-birinə  zidd  olan  müxtəlif  metafizik  və  teoloji  cavablarla 

həddindən artıq uzun müddət eksperiment aparmışıq.  

Habermas  belə hesab  etmir ki, azad  və zəkavi  subyektlər  belə 

məsələləri  öz  sakit  yalnızlıqlarında  həll  edə  bilərlər.  Biz  bir-birimizə 

onun  üçün  ehtiyac  duyuruq  ki,  bizim nöqteyi-nəzərin  çoxlu  nöqteyi-

nəzərlər  arasında  yalnız  biri  oluğunu  anlayaq  və  şüursuz 

yanılmalarımız bizə məlum olsun ki, biz onları təshih edə bilək. Bizə 

digər  insanlar  ona  görə  lazımdır  ki,  biz  mövcud  konseptual 

çərçivələrin  müzakirəsi  və  bir-birinin  əleyhinə  yönəlmiş  müxtəlif 

arqumentlərin  yanaşı  qoyulması  üçün  nəzəri  və  normativ  plyuralistik 

zəkaya  ehtiyac  duyuruq.  Burada  biz  intersubyektiv  və  "prosedur" 

rasionallığı  ilə  qarşılaşırıq.  O,  intersubyektivdir,  ona  görə  ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə