Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə64/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   60   61   62   63   64   65   66   67   ...   402

 

133 


Atman  və  brahman  haqqında  tezis  belə  şərh  oluna  bilər  ki, 

atman  mütləqlə  eynidir.  Yalnız  bu  halda  fərd  ölümdən  sonrakı  yeni 

dirçəlişə  qabil  ola  bilir.  Hind  fəlsəfəsinə  uyğun  olaraq,  insan 

sansaradan, həyatın və ölümün "xorovodundan" xilas olmalıdır. Bütün 

hind  fəlsəfəsi  təcəssümün  əbədi  tsiklından  xilas  (mokşa  -  moksha) 

yolunu  axtarır.  Bu  müddəa  yalnız  Upanişadalarda  deyil,  buddist 

fəlsəfədə də aparıcı yer tutur. 

Bu  tsikldan  xilas  olmaya  hind  fəlsəfəsinin  nədən  belə  son 

dərəcə  xüsusi  əhəmiyyət  verdiyini  qısaca  olaraq  nəzərdən  keçirək. 

Şübhəsiz  ki,  bu, karma  barədə təlimdə  öz  ifadəsini tapan  fəaliyyətin 

özünəməxsus anlaşılması ilə  bağlı idi.  Bu  anlaşılmaya  uyğun  olaraq, 

bizim  əməllərimiz  bizim  növbəti  həyatımızda  "brahman"  və  ya 

kərtənkələ olaraq mövcud olacağımızı müəyyənləşdirir - və bu, bu və 

ya  digər  dərəcədə  fərəhsiz  olacaq  milyonlarla  imkandan  yalnız 

ikisidir! 

Karma  çox  vaxt  əsas  anlayış  kimi  nəzərdən  keçirilir,  bütün 

hind  fəlsəfəsi  onun  ətrafında  dövran  edir.  Karma  hərəkət,  əməl 

mənasını  verir.  Təfəkkürün  karmik  adlanan  üslubu  fəlsəfənin  eyni 

zamanda  həm  əxlaqi,  həm  də  metafizik  ölçülərini  üzə  çıxarır,  bunlar 

isə  müasir  qərb  fəlsəfəsində  adətən  bir-birindən  ayrı  təqdim  olunur. 

Bu,  onun  sayəsində  baş  verir  ki,  karma  həm  reinkarnasiya,  yenidən 

doğuluş  inamı  ilə,  həm  də  əxlaqi  səbəbiyyət  inamı  ilə  sıx  bağlıdır. 

Əxlaqi  səbəbiyyət  termini  altında  kosmosun  ədalətlə  sarınması 

anlaşılır. Biz elə bir dünyada yaşayırıq ki, hər bir kəs layiq olduğunu 

alır  və  həmçinin  növbəti  həyatda  da  uyğun  imkanı  əldə  edir.  Başqa 

sözlə,  fəzilətli  insanın  perspektivləri  yaxşıya  doğrudur,  qəbahətli 

insanınkı  isə  –  pisliyə  doğrudur.  Dünyanın  bütün  nöqsanları  və 

əzabları  öz  əməllərinin  nəticəsidir.  Lakin  konkret  kastaya  mənsub 

olma  insanın  yaxşı  və  ya  pis  olduğunu  müəyyənləşdirir.  İnsanlar 

özlərinin  əvvəlki  həyatlarının  "müqabilində"  bu  və  ya  digər  kastaya 

məxsus  olurlar.  Beləliklə,  Upanişadalar  kasta  sistemini  də 

qanuniləşdirir. 

Karma haqqında təsəvvür  Avropa təfəkkürünə  mütləq  mənada 

yad  deyildir.  O,  xüsusən,  bir  sıra  atalar  sözləri  vasitəsi  ilə  də  ifadə 

olunur, məsələn, "hər bir kəs öz xoşbəxtliyinin dəmirçisidir" və ya "nə 

əkərsən,  onu  da  biçərsən".  Lakin  Avropa  təfəkküründə,  hind 

təfəkküründən  fərqli  olaraq,  əxlaqi  səbəbiyyət  reinkarnasiya  ilə 

əlaqələndirilmir. Reinkarnasiya ideyası – spesifik hind fenomenidir. 

Beləliklə, 

hind 


fəlsəfəsində 

əxlaqi  əməl  "xorovod"a 

qoşulmuşdur: ...yenidən doğulma – həyat – ölüm - yenidən doğulma –

həyat  –  ölüm  -  yenidən  doğulma...  (sansara).  Reinkarnasiya  barədə 

təlim  Qərbdə,  xüsusən  Yeni  dövrdə  yaranan  bir  çox  şərhdə  fərdin 



 

134 


çoxlu həyatları barədə və ya hətta onun əbədi həyatı barədə ideyaların 

ifadəçisi  kimi  nəzərdən  keçirilir.  Məsələn,  Nitşenin  bütün  şeylərin 

"əbədi  təkrarı"  barədə  hind  fəlsəfəsindən  götürülmüş  nəzəriyyəsi 

varlığın  pozitiv  xristian  nəzəriyyəsinin  alternativi  kimi  nəzərdən 

keçirilə  bilər  (baxın.  Fəsil  24).  Biz  yəqin,  elə  buna  görə  də, 

reinkarnasiya  ideyasını  müsbət  qiymətləndiririk,  o,  ölüm  qarşısında 

qorxunu aradan qaldırır və bizə yenidən və yenidən bir daha, yeni bir 

qaydada  yaşamaq,  yəni  faktiki  olaraq  həyatların  sonsuz  miqdarını 

yaşamaq  imkanını  verir.  Lakin  bu  mülahizələr  hind  dünyagörüşü  ilə 

pis  uzlaşır,  bu  dünyagörüş  şəxsiyyəti  karmik  transformasiyalar 

zəncirində əridir. 

Doğrudan  da, hind  fəlsəfəsi  üçün  başlıca  olan  -  əməl (nitq və 

təfəkkür  də  daxil  olmaqla),  arzu (desire)  və  ehtiraslar  problemləridir. 

Reinkarnasiya  barədə  təlim  təsdiq  edir  ki,  bizim  növbəti  həyatda 

mövcud  olma  formamız  bizim  bu  həyatdakı  ehtiraslarımızı  və 

meyllərimizi əks etdirəcəkdir. Burada tırtılla müqayisə yerinə düşərdi, 

belə  ki,  tırtıl  öz  yolunda  qarşılaşdığı  hər  şeyi  yeyir  və  həzm  edir. 

Tırtılın  istəklərinə  malik  olan  kəs  növbəti  həyatda  elə  tırtıl  da 

olacaqdır. Tırtıl Qərb mentalitetində getdikcə daha çox artan istehlak 

ehtirasını  ifadə  edir  və  bu  ehtirasın  obrazıdır.  Buna  görə  də,  tırtıl 

olmamaq  üçün  ona  uyğun  əməllərdən  və  istəklərdən  kənar  gəzmək 

gərəkdir. 

Arzulardan  azad  olmaq  və  karmaya  nəzarət  etmək  necə 

mümkündür? Hind fəlsəfəsinin mühüm mənbəyi olan Bhaqavad-qitadan 

kiçik  bir  fraqmentdə  dayaq  simvolu  olaraq  od  qəbul  edilir.  Bizim 

əməllərimiz biliyin atəşi ilə çuğlaşmalıdır. Buna asketizm və yoqa yolu 

ilə nail olmaq olar. Karmadan yalnız bu qaydada azad olmaq istəyən kəs 

son  xilasa  (mokşaya)  nail  ola  bilir.  Amma  bu  məqsəd  bizim 

əksəriyyətimiz üçün əlçatmazdır. Biz həyatın və ölümün tsiklındən qopa 

bilmirik.  Bizim  "mahiyyətimiz"  milyonlarla  müxtəlif  simalar  şəklində 

təzədən  doğulmaq  riskinə  məhkumdur.  Buna  baxmayaraq,  bizim 

hamımız əlbəttə ki peyğəmbər ola  bilməsək  də,  bu həyatı ən  yaxşı  bir 

tərzdə başlamaq üçün bizim hər birimiz üçün əsas mövcuddur. Karmik 

fəlsəfəyə  uyğun  olaraq,  xeyir  əməllər  törədən  və  xeyri  arzulayan  kəs 

növbəti  həyata  ən  yaxşı  bir  varlıq  olaraq  doğulacaqdır  və  ya  daha 

yüksək  kastada  təmsil  olunacaqdır.  Beləliklə,  karma  haqqında  təlim, 

reinkarnasiya ideyası və kasta sistemi hind fəlsəfənin əsasını təşkil edir. 

Əxlaq  və  sosial  sistem  bir-birlərini  onun  çərçivələri  daxilində 

tamamlayırlar. 

 

Buddist fəlsəfə 

 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə