Rus dilindən tərcümə edəni:
fəlsəfə elmləri doktoru
Adil Əsədov
Ön sözün müəllifləri:
Adil Əsədov, Nailə Əsədova
Redaktor:
Qardaşxan Əzizxanlı
Skirbekk Q, Gilye N. Fəlsəfə tarixi:
Müasir dünyanın fəlsəfi
qaynaqlarına bir baxış,
Ali məktəblərin tələbələri üçün dərs vəsaiti,
Bakı, “ZƏKİOĞLU” nəşriyyatı, 2007.
Müəlliflər – məşhur Norveç filosoflarıdır. Onlar dünya fəlsəfə tarixinin
Falesdən və Heraklitdən başlayaraq Derridaya və Habermasa qədər əsas
şəxsiyyətlərini və məqamlarını qısa, anlaşıqlı və cazibəli bir formada təsvir edirlər.
Burada ideyaların dramatizmi dövrümüzün aktual ideyaları ilə bağlı bir tərzdə
təqdim
olunmuşdur. Müəlliflər oxucular qarşısında fəlsəfi təfəkkürün
laboratoriyasını, fəlsəfi əsaslandırmanın üslub və üsullarını açıb göstərirlər.
Kitab insan təfəkkürünün və ruhunun inciləri ilə ünsiyyəti bir zərurət olaraq
hiss edən hər kəs üçün maraqlıdır. Fəlsəfə müəllimləri, fəlsəfədən imtahan verən
tələbə və aspirantlar, öz biliklərini əsaslandırmaq istəyənlər bu müəlliflərin
oxucuları dairəsinə daxil ola bilər.
Gunnar Skirbekk, Nils Gilje. History of Philosophy: An Introduction to the
Philosophical Roots of Modernity. Oslo: Scandinavian University Press.
Скирбекк Г, Гилье Н. История философии: Учеб. пособие для студ. высш.учеб.
заведений. /Пер. с англ. В. И. Кузнецова; под ред. С. Б. Крымского. - М. :
Гуманит. изд. центр ВЛАДОС, 2003. - 800 с./
Kитабын няшриндя эюстярдийи малиййя
дястяйиня эюря «АВРОРА эроуп»
ширкятинин рящбярлийиня
миннятдарлыг
едирик
İSBN 13 978-9952-8080-4-9
@ “Zəkioğlu” nəşriyyatı
5
ÖN SÖZ ƏVƏZİ
Dünya fəlsəfəsi Skirbekk-Gilye təqdimatında
Skirbekk və Gilye dünya fəlsəfə tarixini hər şeydən öncə,
özlərinin vurğuladıqları kimi müasir dünyanın fəlsəfi kökü - müasir
sosial reallığın fəlsəfi əsası olaraq nəzərdən keçirirlər. Özü də bu
funksiyanı, əsasən, Qərb fəlsəfi ənənələri əsasında,
əlbəttə ki, qədim
yunan fəlsəfəsindən başlayaraq araşdırırlar. Skirbekk və Gilye
tərəfindən bu kontekstdə verilən materialın bilavasitə təqdimatına
keçməzdən öncə, bu materialda ehtiva olunan təfəkkür ənənələrini
özümüz üçün aydınlaşdıraq.
1. Yunan fəlsəfəsi
Öz protovətənlərindən Baltik yarımadasına köçüb gələn, buranı
özününküləşdirən və özlərinə vətən edən qədim yunanlar öz
tarixlərinin ilkin dövründə, ümumən, məlum olduğu kimi, mifik
dünyagörüş sahibi idilər və özlərinin mifoloji kosmosentrizmini
yaradırdılar. Lakin yunan tarixşünaslığı mif yaradıcılarına etinasız
yanaşmış və görünür, elə buna görə də, onların adlarının
unudulmasına səbəb olmuşdur. Lakin yunan tarixi mifi inkar edən
realist-materialist anlama son dərəcə qayğı ilə yanaşmış və bu anlamın
ilkin ifadəçilərini yunan fəlsəfəsinin baniləri hesab edərək onları
tarixin yaddaşına həkk etmişdir. Bu səbəbdən də, onların adları,
ümumən, məlumdur və biz də təbii ki, onları xatırlayacaq və bu
adların arxasında gizlənən mənaları incələyəcəyik.
Öncə isə onların hamısı üçün ümumi olanı və onların
yetişməsində zəmin rolunu oynayan tarixi şəraiti diqqət mərkəzinə
gətirək.
Hər şeydən öncə qeyd edək ki, mifik anlamdan realist-
materialist anlama keçid, eyni zamanda, hilozoist izah modelinin
determinist izah modeli ilə əvəzlənməsi ilə müşayiət olunmuşdu.
Prosesləri və hadisələri dünyanın canlılıq ideyası əsasında
deyil, səbəb-nəticə münasibətləri zəminində izah etməyə cəhd
göstərməklə dünyanın determinist elmi nəzəriyyəsinin əsasını
yunanların elə ilk filosofları qoydular. Antik fəlsəfə, əslində,