20
Demokratizm mütləq əxlaqa deyil, reallıqda mövcud olan
insanlar
çoxluğunun
təsəvvürlərinə
əsaslandığından
Sokrat
demokratizmlə də barışmaz mövqedə dururdu.
Sokrat etikada absolyutizmin tərəfdarı olduğu halda, estetikada
relyativizmin tərəfdarı idi: yüyürməkdə gözəl olan güləşdə gözəl
olana oxşamır. Hansı nöqteyi-nəzərdən baxılmasından asılı olaraq
eyni predmetlər gözəl də ola bilər, eybəcər də. Sokrat belə düşünürdü
və belə deyirdi. Yeri gəlmişkən, qeyd edək ki, gözəllik Sokrat üçün
elə bir müstəqil əhəmiyyətə də malik deyildi.
Sokrat estetik problematikada belə utilitarizm mövqeyində
dururdu: şeylər o kəs üçün yaxşı və gözəldir ki, o, bu şeylərə daha
yaxşı uyğunlaşmışdır. O düşünürdü ki, nə dünyada, həyatda, nə də
bədii fəaliyyət sahələrində gözəlliyi mütləq bir şey kimi götürmək
düzgün deyildir. Hər bir şeyin, hadisənin və yaradıcılıq məhsulunun
qəşəngliyi və ya gözəlliyi onun məqsədə nə dərəçədə müvafiq olub-
olmaması ilə ölçülməlidir. Hər bir şeyin, hər bir əməlin qəşəng
olması və ya olmaması, həmçinin də, fəzilətli və ya qeyri-fəzilətli
olması onun məqsədə nə dərəcədə müvafiq olmasındadır. Bununla da,
Sokrat artıq, hətta etikada da utilitarizm mövqeyində duraraq
relyativizmin xeyrinə bir addım atır.
Utilitarizm Sokratın siyasi baxışları üçün də səciyyəvi idi.
Çünki Sokrat özünün siyasi baxışlarında demokratik mövqedə
durmasa da, hər halda rəiyyət mövqeyində dururdu. Bu mövqe isə
aristokratik mövqe ilə daban-dabana ziddir. Sokrat əslində icmaçı
siyasi doktrinanın, kommunistik siyasi doktrinanın tərəfdarı idi.
Lakin Sokrat kommunist siyasi doktrinasının, əlbəttə ki, ilk
müəllifi deyildi. İcma mədəniyyətinin başlıca əxlaqi dəyərləri -
xeyirxahlıq, mərhəmətlilik, mehriban qonşuluq, həmrəylik, insan
münasibətlərində qərəzsizlik, səmimilik və təmənnasızlıq, doğruluq,
insanlar arasında qardaş münasibətləri, insanların mütləq və real
bərabərliyi - həsrətlə anıldığı hər bir cəmiyyətdə kommunist təbiətli
təlimlər təşəkkül tapır və inkişaf edir.
Həmin həsrətin ən ilkin ifadə formalarından biri kimi Edem
bağı haqqında Siyasətçidə təqdim olunan Kron dövrü ilə bağlı
hekayətə oxşar olan dini əfsanə göstərilə bilər.
Lakin ictimai fikrin sonrakı inkişaf prosesində kommunizm
həsrəti təkcə dini əfsanələrin deyil, həm da siyasi doktrinaların
məzmununu formalaşdırdı.
İcma prinsipləri üzərində qurulmuş keçmişin həsrətlə anılması
ilə Qədim Yunanıstanın digər insanlarında da rastlaşmaq mümkündür.
Evgemerin
və
Yambulun
şəxsində biz əslində kommunizm təbiətli
keçmişin ideallaşdırılmasını müşahidə edirik.
21
Sokrat
icmaçı siyasi doktrinanın
tərəfdarı
olmaqla
demokratiyanın nüfuzlu opponenti idi. Demokratiyaya qarşı onun
tərəfindən
irəli
sürülən arqumentləri təkzib etmək üçün
demokratiyanın da belə bir nüfuzlu müdafiəçisi olmalı idi.
Demokratiya özünün belə bir nüfuzlu müdafiəçisini Demokritin
şəxsində tapdı. Demokrit Sokratın tam əksinə olaraq «demokratiya
şəraitində yoxsul olmaq, zülm şəraitində xoş həyatdan daha yaxşıdır»,
- deyirdi.
Demokratiyanı əslində azad cəmiyyətin özünütəşkil prinsipi
kimi görən Demokrit Qorgidən fərqli olaraq azad cəmiyyəti yalnız
qanun qarşısında bərabərlik prinsipi üzərində mümkün hesab edirdi:
adamlar o halda azad ola bilirlər ki, bütün qanun və qaydalara dəqiq
riayət edilir, bütün vətəndaşların bərabərliyi və yekdilliyi üçün şərait
yaradılır.
Bununla belə, Demokrit insanlar arasında təbii bərabərsizliyin
də mövcud olduğunu etiraf edir. Lakin Demokrit təbii bərabərsizliyin
əsasını mənşənin nəcabətli olub-olmamasında deyil, bilik və
bacarıqların az və ya çox olmasında görür. Demokrit elə bu səbəbdən
də belə hesab edir ki, dövlət orqanlarında nadanlar, kütbeyinlər deyil,
mənşəyindən asılı olmayaraq, başqalarından zehni qabiliyyətləri, bilik
və bacarıqları ilə seçilənlər yerləşdirilməlidirlər. Demokritə görə,
dövlət zadəganlara ilahidən verilən bir pay deyildir.
Demokritin fikrincə, dövlət, ümumiyyətlə, ilahi mənşəli
olmayıb, insani mənşəlidir: Dövlət vətəndaşların ümumi mənafeyinin
təcəssümü olmaqla heç bir kənar qüvvə tərəfindən deyil, insanların
özləri tərəfindən yaradılmışdır. Siyasət yalnız adamların uzun sürən
mübarizəsinin məhsuludur və yalnız insan səylərinin nəticəsidir.
Siyasət sənətdir. Böyük sənət olsa da, yalnız sənətdir.
Demokritin siyasi baxışları elə öz sözlərindən də göründüyü
kimi demokrat xarakterli idi. Lakin Demokrit demokratik siyasi
doktrinanın təkcə tərənnümçüsü deyildi. O, demokratiyanın fəlsəfi
prinsiplərinin və ontoloji əsaslarının da yaradıcısı idi. Demokrit
atomistikası, həm də demokratiyanın belə bir ontoloji əsası oldu.
Lakin atomistika təkcə demokratizmin deyil, həm də və ondan
da daha öncə determinizmin və materializmin fəlsəfi əsası oldu.
Başlıca ideyaları Demokrit tərəfindən verilən atomistika
Anaksimandrın arxe haqqında, pifaqorçuların hədsiz və hədli varlıq
haqqında təsəvvürlərinə, həmçinin də, çox yəqin ki, qədim hindlilərin
nyaya təliminə söykənir. Onu da qeyd edək ki, tarixi mənbələrdən
ümumən məlum olduğu kimi atomistika təliminin yaradılmasında
Demokritlə yanaşı onun müəllimi Levkippin də müəyyən əməyi
olmuşdur.