12
başlanğıcı kimi anlama isə transsendental istiqamətin sonrakı
inkişafında baş verəcəkdir.
Ksenofan özünün Vahid Tanrı haqqındakı təlimini şüurlu
olaraq mifə qarşı yönəltmişdi. Əslində isə, bu təlim mifdən daha çox,
deterministik
materializmə
müxalif idi. Ksenofan Tanrının
substansiallığını qəbul edərkən, əslində, maddiliyin ilkinliyini inkar
edirdi.
Həqiqi və mütləq varlıq statusunun maddi dünyayamı, yoxsa
Vahid Tanrıyamı mənsubluğunu müəyyənləşdirmək ehtiyacı varlıq
probleminin özünü diqqət mərkəzinə gətirdi. Bu problemin ilkin həlli
isə Parmenidin Təbiət haqqında adlanan fəlsəfi əsərində verilir.
Burada varlığın əlamətləri kimi aşağıdakılar qeyd olunur:
a)
Həqiqi varlıq yaranmamışdır və yaradılmamışdır. (Həqiqi
varlığın yaranma imkanını ona görə güman etmək olmaz ki,
yoxluğun özü mümkün deyildir. Həqiqi varlıq, buna görə də, ya
həmişə mövcuddur, ya da heç vaxt mövcud olmamışdır və
mövcud olmayacaqdır);
b)
Həqiqi varlıq məhvə düçar deyildir;
c)
Həqiqi varlıq bütövdür;
d)
Həqiqi varlıq eynicinslidir;
e)
Həqiqi varlıq hərəkətsizdir;
f)
Həqiqi varlıq tamamlanmışdır, kamildir.
Göründüyü kimi, bu siyahıda həqiqi varlığın meyarları
içərisində onun insan hisslərinə yatımlılıq əlaməti yoxdur. Həmin
əlamət isə materializmdə və determinizmdə var olmanın başlıca
meyarıdır. Diqqət yetirilsə, asanlıqla görmək olar ki, bu meyarlar
Ksenofanın təqdim etdiyi Vahid Tanrının əlamətləridir. Ksenofanla
dövrün demək olar ki, hakim materialist dünyaduyumu arasındakı
uyğunsuzluğu Parmenid Ksenofanın xeyrinə həll edir: Bizi əhatə edən
predmet və hadisələr illüziordur və insanlar öz təsəvvürlərini bu
illüziyalar üzərində qururlar.
Parmenid fani insanların malik olduqları təsəvvürlərə qarşı əsl
həqiqəti qoyur: Əsl həqiqət həqiqi varlığı ifadə edir, təfəkkür yalnız
varlığı düşünə bilər, var olmayan heç nə təfəkkürün predmeti ola
bilməz və buna görə də təfəkkür öz predmeti ilə eyniyyət təşkil edir.
Parmenidin təfəkkürlə eyniləşdirdiyi həqiqi varlıq ideyası uzun
müddət şübhə ilə qarşılandı və çoxları üçün sirr olaraq qaldı.
Parmenid
transsendental
dünyaduyumunun
fəlsəfi
əsaslandırılması ilə qayğılandığı bir dövrdə qədim yunan fəlsəfəsinin
üçüncü istiqaməti – kosmosentrik istiqaməti formalaşır.
Əgər şəhərli utilitarizminin rasionallaşdırılması zərurəti antik
fəlsəfənin determinist istiqamətini formalaşdırdısa, əgər cəngavər
13
mənşəli olmayan və eyni zamanda, şəhərli utilitarizmini də qəlbən
qəbul
etməyən,
əsasən, aborigen mənşəli olan insanların
dünyaduyumları
transsendental
istiqamətdə
mənalandırıldısa,
deterministik şəhərli ruhunun hökmranlığına qarşı aristokratik
reaksiya qədim yunan fəlsəfəsinin kosmosentrik istiqamətini doğurdu.
Bu istiqamətinin başlanğıcını qoyan Heraklit iddia edirdi ki,
cəmiyyətin aristokratik idarə olunma prinsipinin demokratik idarə
olunma prinsipi ilə əvəzlənməsi dayandırılmalıdır. Əksəriyyətin siyasi
hüquqlarını tanıyan demokratizm prinsipini qeyri-təbii hesab edən
Heraklit inamla vurğulayırdı ki, insanlar dəyərsiz çoxluğun iradəsinə
deyil, dəyərli azlığın iradəsinə tabe olmalıdırlar.
Heraklitlə kütlə arasında bir anlaşılmazlıq vardı və Heraklit özü
ilə kütlə arasındakı bu anlaşılmazlığın kökünü kütlədə ilahi fəhmin
olmamasında görürdü. Kütlənin transsendent olaraq qəbul etdiyini o,
immanent olaraq duyurdu.
Heraklit dünyanın mahiyyəti olaraq hər şeydən öncə Dünya
Zəkasını - loqosu – qəbul edirdi. Heraklit düşünürdü ki, loqos real
olaraq mövcud olsa da, adamların əksəriyyəti üçün anlaşılmazdır.
Loqos ümumidir, zəruridir və əbədidir. Bütün kainatı saran Dünya
zəkasıdır, Dünyanın məntiqi zəminidir.
Heraklitin loqos anlayışı ilə qədim Çin fəlsəfəsinin dao anlayışı
arasında müəyyən paralel aparmaq mümkündür. Heraklit fəlsəfəsinin
başlanğıcını təşkil edən loqos anlayışı qədim çinlilərin dao anlayışına
bir məqamda son dərəcə yaxındır. Dao anlayışı vasitəsi ilə də,
həmçinin dünyanın hamı tərəfindən qavranıla bilməyən məntiqiliyi və
nizamlılığı ifadə olunur.
Heraklit fəlsəfəsində subyektiv amil son dərəcə mühüm
əhəmiyyət kəsb edir. Bununla bağlı iki xarakterik nümunəni göstərək:
“Dəniz suyu həm ən təmiz və həm ən çirkin sudur, balıqlar üçün o,
içməyə yarayır, onlara can verir, insanlar üçün isə içməyə yaramır,
zərərdir ”və “ikinci nümunə: meymunların ən gözəli insan nəsli ilə
müqayisədə eybəcərdir”.
İnsan Dünya Zəkasını öz içərisində dərk etməyə nail olduğu
zaman o, dünyanı da gözəl quruluşlu, gözəl harmoniya kimi qavrayır.
Amma dünyanın belə estetik qavramı ilə real dünya qavramı
arasında, əlbəttə ki, ziddiyyət də mövcuddur. Dünyaya yalnız estetik
qavram bucağı altında yanaşıldıqda belə bir nəticəyə gəlmək olur ki,
«şairlərin söylədikləri səthi mühakimələr göstərir ki, onlar əslində
cəhalət içərisindədirlər». Lakin şairlərin gözəl dünya barədə
söylədikləri bəzən gerçəkləşə də bilir. Heraklit: «Ayrılanlar
qovuşurlar, müxtəlifliklərdən gözəl bir harmoniya yaranır», - deyirdi.