18
əsaslandığı bilik heç də mütləq həqiqət xarakteri daşımayıb, sadəcə
olaraq, insanlar arasındakı razılaşmaların bir nəticəsidir.
Sofistik relyativizm insanın təbiət üzərində üstünlüyünü bəyan
etməklə cəmiyyətdə qərarlaşmış praqmatizm üçün məntiqi zəmin
hazırlayırdı. Təbiət burada artıq insan üçün ideal ola biləcək kosmos
deyildir, gözəllik, nizamlılıq, məntiqilik və əzəmət ölçüsü deyildir,
əksinə insan üçün faydalı ola biləcək bir şeydir.
Mifologiyada kamilliyin, əbədiliyin, ədalətin təcəssümü kimi
qəbul olunan tanrılar sofistikada artıq faydalılığın simvollarına
çevrilirlər. Prodikə görə, qədim insanlar Günəşi, Ayı, çayları,
bulaqları və onların həyatı üçün faydalı olan hər şeyi xeyir gətirdiyi
üçün tanrı adlandırmışlar, Nil çayı elə buna görə də misirlilər üçün
tanrı idi, faydalı olduğu üçün çörək Demetra, şərab Dionis, su
Poseydon, od isə Hefest adlandırılmışdır.
Lakin bütün bunlar sofistikada üstünlük təşkil edən meyllər idi.
Sofistikanın daxilində dünyanın ilahi mahiyyətini inkar edən
materialst meyllərə qarşı duran zəif də olsa bir müxalifət də vardı ki,
bu mahiyyəti qəbul edirdi.
Belə meyllər sofistikadan kənarda da inkişaf etdirilirdi.
Dünyanı onun ilahi mahiyyətindən çıxış edərək izah edən belə bir
istiqamətlərdən biri əsası Parmenid tərəfindən qoyulmuş Eleya
məktəbi idi. Eleya məktəbi antik fəlsəfənin ikinci istiqamətinin,
transsendental
istiqamətinin
ideyalarını özünəməxsus şəkildə
yaşadırdı. Transsendental absolyutizmin doğruluğuna şübhəni aradan
qaldırmaq üçün artıq bizim tərəfimizdən səciyyələndirilən
Parmeniddən sonrakı addımı onun şagirdi Zenon atdı. Zenon
Parmenid təliminin müdafiəsinə yönəlmiş qırxa qədər dəlil irəli sürdü
və aporiya adlandırdığı bu dəlillərin əsas qayəsini çoxluğun və
hərəkətin mümkün olmamasını sübuta yetirməkdə gördü
5
. Zenon öz
müsahibini inandırmağa çalışır ki, çoxluq və hərəkət haqqındakı
təsəvvürlər gerçəkliyin insan beynində yaratdığı illüziyadan başqa bir
şey deyildir.
Zenonun aporiyaları bəşər təfəkkürünün tarixi inkişafında
dəfələrlə «həll olunsa»lar da, sonradan bir qayda olaraq bu həllərin
birtərəfli olduğu aşkar edilmiş və aporiyalar yenidən problem
xarakterini kəsb etmişlər.
5
Əgər Aristotel tərəfindən onun Fizikasında hərtərəfli təhlil olunmuş
aporiyaların – Dixotomiya, Axilles, Ox və Stadion – əsas məqsədi «hərəkətin
qeyri-mümkünlüyü»nün əsaslandırılmasıdırsa, *Platon tərəfindən qələmə
alınan Parmenid adlı dialoqda rekonstruksiya olunan Zenon mühakimələri
çoxluğun real mövcudluğunu şübhə altına alır.
19
Eleya fəlsəfi məktəbinin Zenondan sonrakı və sonuncu böyük
nümayəndəsi Meliss özünün Təbiət və ya Mövcudluq haqqında adlı
əsərində Parmenidin vahid, bölünməz, dəyişməz və hərəkətsiz varlıq
ətrafındakı düşüncələrini inkişaf etdirərkən ondan fərqli olaraq belə
güman edir ki, həqiqi varlıq heç bir sərhədə malik deyildir. Əgər belə
bir sərhəd mövcud olsaydı, bu sərhəd onu yoxluqdan ayırmış olardı,
yoxluq isə mövcud deyildir. Meliss varlığı faktiki olaraq sonsuz fəza
ilə eyniləşdirir.
Qeyd edilməlidir ki, Eleya məktəbi özünün Parmeniddən
sonrakı inkişafında tədricən öz ilkin ideyasından ayrılır və nəhayət,
Melissin şəxsində bu ideyanın əksini təqdir edir. Eleya məktəbi öz
həyatını materializmin təkzibindən başlamışdı, lakin önun ömrü
materializmin fəlsəfi əsaslandırılmasına xidmət edən ideyalarla başa
çatdı. Substratın bölünməzliyi və dəyişməzliyi haqqında eleat
müddəaları, hətta materializmin ontoloji əsası olan atomistikanın
formalaşmasında mühüm rol oynadı.
Əgər Eleya məktəbi Zenonun şəxsində öz qarşısına Parmenidin
varlıq təliminin həqiqiliyinə olan şübhəni dağıtmaq məqsədini
qoymuşdusa, Parmenidin varlıq doktrinasının sirri Eleya məktəbinin
davamçılarında - Zenonda və Melissdə - deyil, yalnız Sokratda açıldı.
Sokratı əhatə edən intellektual mühit sofist xarakterli idi. Lakin
Sokrat öz dövrünün bu populyar intellektuallarından heç birinə qarşı
rəğbət hissini keçirmirdi. Sofistlərin determinizmə əsaslanan nə siyasi
doktrinaları, nə də dünyagörüş yönümləri onu qane etmirdi.
Parmenidlə keçirdiyi bircə söhbət isə onun bütün düşüncə tərzini, fikir
yönümünü müəyyənləşdirdi. Platonun Parmenid dialoqunda qələmə
alınmış bu söhbətdə Sokrat Parmenid müdrikliyindən vəcdə gəlmiş bir
yeniyetmə kimi təsvir olunur. O, Zenonun çoxluğun mümkün
olmaması tezisinə qarşı ideyalar haqqında təlimi qoyur. Sokrat
Zenonun Parmenid təliminə etdiyi əlavələri təkzib edir və Parmenidin
özünə qayıdır. Burada o, Parmenid tərəfindən müəyyən tənqidə məruz
qalsa da, qəti olaraq təkzib olunmur.
Əgər Parmenid materialist və determinist nəzəriyyənin
yaradıcılarına intellektual müxalifət kimi meydana gəlmişdisə, Sokrat
materialist və determinist nəzəriyyənin populyarizatorlarına və
maarifçilərinə - sofistlərə - müxalifət şəraitində formalaşmışdı.
Sofistlər insani biliklərə, xüsusən də, əxlaqi biliklərə
münasibətdə artıq xatırlandığı kimi, skeptik mövqedə dururdular.
Sokrat isə Parmenidin Həqiqətlə eyniləşdirdiyi Mütləq Varlıqda
mütləq ideyanın daşıyıcısını və eyni zamanda əxlaqi ideyaların
təcəssümçüsünü – Vahid Tanrını gördü və bununla da əxlaqı
ilahiləşdirdi.