10
kosmosentrik meylli determinizmi onun həm də siyasi doktrinasının
əsaslandırılmasına yönəlmişdir.
Determinizm prinsipi zahirən bir-birinə az bənzəyən və bəlkə
də bir-birinə tamamilə əks olan iki siyasi doktrinanın əsasını təşkil
edir. Determinizm prinsipi üzərində köklənən həmin bu siyasi
doktrinalardan biri demokratizm, digəri isə despotizmdir. Müasir
dünyada görkəmli filosof və görkəmli riyaziyyatçı kimi tanınan
Pifaqorun siyasi nəzəriyyəsi, ilk baxışdan nə qədər qəribə səslənsə də,
despotik siyasi doktrinanın ifadəçisi idi. Pifaqor “Hökmdarın verdiyi
əmrlər, sərəncamlar mütləq yerinə yetirməli, qanunlarına mütləq
riayət etməlidir,-” deyirdi. Pifaqor təbiətin izahına münasibətdə
determinizm prinsipinə söykənsə də, hökmdarın kütlə içərisindən və
kütlə tərəfindən seçilməsini qətiyyən istəmirdi. Çünki adamların ən
şərəflisinin kütlə tərəfindən müəyyənləşdirilə biləcəyinə inanmırdı.
Pifaqor xəbərdar edirdi: «Hakimiyyəti şərəfsiz bir insana vermək
ağılsızın əlinə qılınc vermək qədər təhlükəlidir». Şərəfli və şərəfsiz
insan arasındakı fərq isə təxminən əsl-nəcabətli ilə, əsl-nəcabəti
olmayan arasındakı fərqə bərabər idi.
Despotizm şəhər mədəniyyətinin meydana gəldiyi, lakin aparıcı
olmadığı, şəhər mədəniyyətinin sona qədər formalaşmadığı dövrlər
üçün səciyyəvidir. Pifaqor məhz belə bir dövrün mütəfəkkiri idi. Onun
fəlsəfəsi də, siyasi baxışları kimi şəhər mədəniyyətinin təşəkkül dövrünə
aid idi. Əgər şəhər mədəniyyətinin kifayət qədər inkişaf etdiyi dövrdə
dövrün siyasi özünüdərki demokratizm formasını kəsb edirdisə, onun
təşəkkülü dövründə belə bir siyasi özünüdərk tiranizm idi. Pifaqorun da
siyasi baxışları dövrün tiranik siyasi praktikası ilə sirli bir şəkildə olmuş
olsa da sıx bağlı idi.
Amma Pifaqor və pifaqorçuluq bəşərin yaddaşında siyasi
tarixin hadisəsi olmaqdan daha çox, elm tarixinin hadisəsi olaraq
qaldı, lakin bir daha xatırlatmaq istərdik ki, Pifaqor məktəbində
deterministik elm materialist fəlsəfədən ayrılaraq müstəqilləşdirilsə
də, materialist fəlsəfənin özü axıra qədər deterministləşdirilmir.
Qədim yunan fəlsəfəsinin birinci, determinist istiqaməti hələ
ki, tamamlanmadığı bir şəraitdə onun ikinci, transsendental
istiqaməti öz təşəkkülünə başlayır. Əgər deterministik fəlsəfi istiqamət
şəhərli dünyaduyumunu rasionallaşdırırdısa, transsendental istiqamət
kəndli dünyaduyumunu rasionallaşdırır. Şəhərli dünyaduyumu indi
olduğu kimi elə onda da, əsasən dünyəvi xarakterli idi. Kəndli
dünyagörüşü də, həmçinin indi olduğu kimi elə onda da əsasən dini
xarakterli idi. Qədim yunan fəlsəfəsində transsendental istiqamət öz
həyatını Ksenofanla və onun şəxsində tanrının mifoloji-politeist
anlaşılmasının monoteist anlaşılmasına qarşı qoyulması ilə və nəhayət,
11
bu qarşı qoyulmanın monoteizmin xeyrinə həll edilməsi ilə başlayır.
Bəzi
tarixi
paralelləri
aparaq.
Qədim
Çində deterministik
materializmin ilk nəzəriyyəçisi sifəti ilə Mo-tszı tərəfindən yerinə
yetirilən funksiyaya bənzər funksiya Qədim Yunanıstanda Fales
tərəfindən yerinə yetirildi.
İlk yunan filosofu Fales yunan qəhrəmanlıq mifologiyasının
ruhuna müxalif idi. İlk Çin filosofu olan Lao-tszı da uyğun olaraq Çin
mifologiyasının
mahiyyətinə
yad
idi.
Lakin
cəngavərlik
mifologiyasına qarşı determinist materializmi qoyan Falesdən fərqli
olaraq
Lao-tszı
qəhrəmanlıq
mifologiyasına
qarşı
dini
transsendentalizmi qoymuşdu. Qədim Çində Lao-tszının dini
transsendentalizmin banisi kimi oynadığı rolu Ksenofan Qədim
Yunanıstanda oynamışdı. Ümumən məlum olan bir müddəanı bir daha
xatırladaq ki, Ksenofan qədim yunan təfəkkürünün inkişaf tarixində
ilk dəfə olaraq politeist tanrıların varlığını şübhə altına almış, tanrılar
haqqındakı ənənəvi mifoloji təsəvvürlərin heç bir real əsasının
olmadığını söyləmişdir. Homer və Hesiod insanların mənfur və
ləyaqətsiz hesab etdikləri əməlləri tanrılara aid etdiklərindən
Ksenofanda kəskin tənqidə məruz qalırlar. Ksenofan israrla qeyd edir
ki, tanrıya Homerin və Hesiodun poemalarında rastlaşdığımız nə
oğurluq, nə xəyanət, nə yalan, nə hiyləgərlik, nə də haqsızlıq şamil
edilə bilməz, tanrının insanlar kimi doğulması və ömür sürməsi
haqqındakı təsəvvürlər uydurmadır, hər bir xalq özünə oxşar yalançı
tanrıları uydurur, həbəşlərin təsəvvürlərinə görə tanrılar qara və
yastıburun, frakiyalıların tanrıları isə kürən və mavigözlüdürlər, əgər
istənilən başqa varlıq da tanrılara inansaydı, o da yəqin ki, onları
özünə oxşar şəkildə təsəvvür edərdi.
Bütün bu təsəvvürləri uydurma hesab edən Ksenofan onlara
qarşı «həqiqi Tanrı haqqında biliyi» qoyur: Tanrı təkdir, vahiddir,
əbədi və dəyişməzdir, fani insanlara heç nədə bənzəmir, hər şeyi
görür, hər şeyi eşidir və hər şeyi dərk edir, hərəkətsizdir, fikirləri
vasitəsi ilə isə bütün dünyanı idarə edir
3
. Ksenofanda Tanrının özü
hərəkətsiz olsa da, dünyanı fikirləri vasitəsi ilə hərəkətə gətirir.
Tanrının Ksenofan tərəfindən müəyyən mənada mütləq
şəxsiyyət kimi təsviri artıq formalaşmış iudaizmin Ksenofana
təsirindən danışmağa imkan verir. Lakin, Tanrının Ksenofan
tərəfindən dünyanın yaradıcı başlanğıcı kimi deyil, daha çox onun
idarə olunma başlanğıcı kimi təqdimatı Ksenofanın mifik zəmindən
hələ ki, tam qopub ayrılmadığını göstərir. Tanrını dünyanın yaradıcı
3
Ksenofanın bütün bu son mülahizələri Quranın İxlas surəsinə necə də
bənzəyir-A.Ə.