8
olmuş olardı. Lakin Anaksimandr öz xarakteristikasını daha bir əlamətlə
tamamlayır və bu əlamətin ən mühüm və ən aparıcı olduğunu qeyd edir.
Bu, hüdudsuzluq əlamətidir. Anaksimandr hüdudsuzluq əlamətinə o
qədər mühüm əhəmiyyət verir ki, onu bəzən, hətta arxenin özü ilə də
eyniləşdirir. Anaksimandrda substansiya apeyron şəklini alır. Apeyron
isə qədim yunan dilindən tərcümədə hüdudsuzluq deməkdir.
Hüdudsuzluq öz-özlüyündə xaosun və ya maddiliyin əlaməti
deyildir. Bu bir. İkincisi, apeyronu aktiv başlanğıc kimi təsvir
etməklə, Anaksimandr ona canlı kosmos ideyasının əlamətini şamil
etmiş olur. Anaksimandrın apeyronunda mifologiyanın aktiv kosmosu
ilə passiv xaosu bir-birinə çulğaşır
Anaksimandrın
ziddiyyətli
doktrinası
Anaksimendə
materialistləşdirilir.
Anaksimen
Anaksimandrın ilahi təbiətli
adlandırdığı substansiyanı hava ilə eyniləşdirərək maddiləşdirir.
Anaksimen dünyanın ilkin başlanğıcı kimi havanı qəbul
etməklə belə hesab edir ki, havanın başqa maddələrə çevrilməsi onun
seyrəlməsi və ya qatılaşması nəticəsində baş verir. Qatılaşdıqca o,
əvvəlcə buludları, sonra suyu və nəhayət, torpağı və daşları əmələ
gətirir, seyrələrək isə oda çevrilir. Oxşar fikirlərlə biz, həmçinin qədim
Çin təfəkküründə də rastlaşırıq. “Hava” (“si”), həmçinin burada da
bəzən dünyanın ilkin maddəsi kimi təqdim olunur, Kainatın
müxtəlifliyi isə eyni qaydada – havanın seyrəlməsinin və
qatılaşmasının nəticəsi kimi qəbul olunur.
Qədim yunanların mifik kosmosentrizmi səmanı canlı kainatın
atası, yeri isə anası hesab edirdi. Anaksimen isə materialist yönümlü
bəzi qədim çinlilərə oxşar olaraq səmanı hava ilə eyniləşdirərək,
maddiləşdirərək yerə endirdi.
Mifik romantizm öz yerini materialist realizmə verdikcə,
səmavi substansiya da öz yerini dünyəvi substansiyaya verir.
İnsanları əhatə edən hər şey o cümlədən, onların özləri də
əslində, Anaksimendə havanın yalnız şəkildəyişməsi kimi başa
düşülür, hava heç də çoxsaylı elementlərdən biri kimi deyil, onların ən
ümumi substratı kimi təqdim edilir. Havanı hisslərlə qavranılan
dünyanın təkcə substratı kimi deyil, həm də substansiyası kimi qəbul
edən Anaksimen iddia edir ki, hiss olunan hər bir şey havanın bu və ya
digər dəyişikliklərə məruz qalmasından başqa bir şey deyildir. Hava
yalnız hərəkətsiz qaldıqda hiss olunmur, əgər biz nəyisə hiss ediriksə,
onda havanın hərəkətindən xəbər tutmuş oluruq.
Bəs havanı hərəkətə gətirən nədir? Anaksimen bu sualı öz
qarşısına qoymur və bəlkə də bu sualı öz qarşısına qoymadığı üçün
onu həll də etmir. Əgər o, bu sualı öz qarşısına qoysaydı və onu həll
etməyə çalışsaydı, bəlkə də Anaksimandr kimi mifologiyaya müraciət
9
etməli olacaq və öz materializmini yarımçıqlaşdıracaqdı. Lakin o,
bunu etmədi. Buna görə də, onun materializmi tam olsa da, fəlsəfəsi
yarımçıq oldu.
Anaksimen materializmi özünəməxsus şəkildə olsa da
rasionallaşdırdı, amma materializmlə qoşa doğulan determinizmi
rasionallaşdıra bilmədi.
Pifaqorda bunun əksi baş verir. Pifaqor determinizmi
rasionallaşdırır, lakin determinizmin materialist fəlsəfi əsaslarını
diqqət mərkəzindən kənarda saxlayır, necə dəyərlər, kölgədə qoyur.
Həyati materializm həyati determinizmlə tamamlandığı kimi,
fəlsəfi materializm də fəlsəfi determinizm ilə tamamlanmalı idi. Lakin
bu zərurət Pifaqorda gerçəkləşdirilmədi. Pifaqor determinizmi
materializmdən qopardı və sərbəstləşdirdi. Pifaqor məktəbində
materialist fəlsəfənin determinist elm və determinist praktika ilə
əvəzlənməsi müşahidə olunur. Əgər antik elmin bir təfəkkür tipi kimi
formalaşması və təkamülü Pifaqora qədərki yunan fəlsəfəsində
materialist təmayülün meydana gəlməsi və inkişafı zəminində bu
inkişafla və gerçək praktika ilə çulğaşmış şəkildə baş verirdisə,
Pifaqorda artıq determinist elm materialist fəlsəfədən və utilitarist
həyat praktikasından ayrı, lakin onlara paralel olaraq addımlayır.
Pifaqor determinizmin təkcə kortəbii ifadəçisi deyildi, həm də
şüurlu nəzəriyyəçisi idi. Pifaqor və pifaqorçuların əbədi təkrar ideyası
əslində
səbəb
və
nəticə
arasındakı
münasibətlərin
birmənalılaşdırılması
**
və mütləqləşdirilməsi idi.
Amma onu da unutmaq lazım deyildir ki, əbədi təkrar ideyası
təkcə determinizm üçün deyil, həm də kosmosentrizm üçün də özünü
doğruldur, başqa bir kontekstdə olmuş olsa da. Üstəlik, Pifaqorun
determinizmi
bir
çox hallarda materializmdən daha çox
kosmosentrizmlə çulğaşır. Bu hal xüsusən, onun estetikasında özünü
göstərir: «Gözəllik – mənbəyi allahın ixtiyarında olan bir
harmoniyadır. Gözəlliyin mütləq nümunəsi, proobrazı və gözəllik
hissinin mənbəyi elə kosmosun özüdür. Hərəkət edən başqa cisimlər
kimi göydəki planetlər də səs salır. Hər bir planet özünün ölçüsünə və
sürətinə müvafiq olaraq səs çıxarır və bütün bunlardan kainat musiqisi
yaranır. Bu musiqi isə insan qəlbinə və əxlaqına güclü və müsbət təsir
göstərir. Buna görə də, cəmiyyət həyatında musiqidən geniş istifadə
olunmalıdır. Musiqi insan ruhunu katarsis edir, onu qəzəb, qorxu,
qısqanclıq kimi zərərli ehtiraslardan təmizləyir. Musiqi insan bədənini
də azardan, naxoşluqdan da təmizləyə bilir». Pifaqorun əslində
aristokratik təbiətli olan bu ideyaları görünür ki, onun həm də
aristokratik mənşəli olmasından xəbər verir. Həmin bu mənşə onun
siyasi görüşlərinə də öz təsirini göstərmişdi. Belə ki, Pifaqorun