Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

 
87 
Başqırdıstanda  və  Volqa  sahili  türklərin  qəhrəmanlıq 
dastanları  xalq  nağılları  şəklində  şifahi  qorunub  saxlanılmışdı. 
Bunlar A.Kireyev tərəfindən Ufada, X.Yarmuxammedov tərəfindən 
Kazanda çap edilmişdir. 
Cənubi sibir türkləri, yeni Tobolsk tatarları, Ob və İrtış çayı 
vadisində  yaşayan  altaylılar,  Şorlar,  Xakaslar  və  Tuvalılar, 
Yeniseyin  sahilində  yaşayan  Yakutlar  son  dövrə  qədər  köçəri  və 
yarım köçəri yaşamış, ovçuluq və heyvandarlıqla məşğul olmuş və 
geniş  Türk  sivilizaiyasından  qismən  uzağa  düşmüş  və  müsəlman 
mədəniyyəti  təsirlərindən  kənarda  qalmışlar.  Odur  ki,  onlar  daha 
orjinal mifologiyasını qoruyub saxlamışdır. Bu dastanları Peterburq 
Elmlər  Akademiyasının  üzvü  Anton  Antonoviç  Şifner  (1817  - 
1879)  “Sibir  tatarlarının  qəhrəmanlıq  dastanları”  adı  ilə  poetik 
tərcüməsini almandilində 1859 – cu ildə çap etmişdi. 
Altay  folklor  nümunələrini  Rusiyada  ilk  toplayanı 
V.İ.Verbidski  (1828  -  1890)  olmuşdu.  O  rus  əlifbası  əsasında  ilk 
Altay əlifbasının da yaradıcısı idi. Altay dilinin qrammatikasını da 
V.İ.Verbidski  tərtib  edir.  Bundan  bir  qədər  sonra  N.Y.Nikiforov 
(altaylı)  altay  qəhrəmanlıq  nağıllarının  rus  tərcüməsini  çap  etdirir. 
1935  –  ci  ildə  N.K.Dimitriyevanın  çapa  hazırladığı  “Koqutay” 
dastanının da rus dilində tərcüməsi işıq üzü görür.  
II  dünya  müharibəsinin  başlanmasına  az  qalmış  SSRİ  – 
Elmlər  Akademiyasının  elmi  əsərlərinin  etnoqrafiya  seriyasında 


 
88 
“Şorların  epik  dastan  və  nəğmələri”  N.P.Direnkov  tərəfindən 
tərcümələri  ilə  birlikdə  çap  edilir.  Hal  –  hazırda  bu  tədqiqatlar 
Altayda, Abakanda (Xakasiyada), Kızılda (Tuvada) davam etdirilir.  
Yakutiya Rusiya imperiyasında siyasi sürgünlər yeri idi. İlk 
tədqiqatçılarda 
sürgünə  gələnlər  olmuşdur.  İ.A.Xudakaov 
“Coğrafiya  cəmiyyətinin”  dərgisində  Q.N.Potaninin  redaktəsi  ilə 
yakut  qəhrəmanlıq  nağıllarını  rus  dilində  tərcüməsini  çap  etdirdi. 
Polyak  E.Pekarski  yakut  –  rus  lüğətinin  zəngin  folklor 
nümunələrinə  istinadlarla  hazırlayıb  çap  etdirmişdir.  Eləcə  də 
sürgündə  olmuş  polyak  S.B.Yastremski  yakut  mətnlərinin  dəqiq 
tərcümələrini  hazırlamış və  yalnız türkoloq S.E.Malovun redaktəsi 
ilə  1929  –  cu  ildə  çap  etdirmişdi.  “Olonxo”  geniş  həcmli  poetik 
formada  deyilmiş,  şamanizmin  təsirilə  mifologiyaya  söykənən 
qəhrəmanlıq  dastanlarıdır.  Rusiya  Elmlər  Akademiyası  Sibir 
Şöbəsinin Yakutiya filialının  Dil,  Ədəbiyyat və  Tarix  İnstitutunda 
bu  dastanın  çoxsaylı  qədim  və  yeni  yazıya  köçürülmüş  müxtəlif 
versiyaları mövcuddur.  
1890  –  1900  –  ci  illərdə  Daşkənd  tədqiqatçısı,  milliyyətcə 
Başqır olan Əbubəkir Divayev (1856 - 1932) uzun müddət qazaxlar 
arasında  yaşamış  və  toplamış  olduğu  nadir  əlyazmalardan  əldə 
etdiyi  qəhrəmanlıq  dastanlarının  böyük  bir  müntəxabatını 
hazırlamışdır. Ə.Divayev Alpamış dastanın qarakalpaq versiyasını, 
“İdiqe  –  batır”,  Kazanın  işğalından  bəhs  edən  “Şora  –  batır”  və 


 
89 
XIX  əsrə  aid  olan  digər  əsərləri  hazırlayıb  çap  etdirmişdi.  (6.  14 
səh.)   
Rus  tədqiqatçıları  Qazax  folkloru  və  ədəbiyyatı  ilə  daha 
erkən  və  geniş  maraqlanmağa  başlamışlar.  Müəyyən  olunmuşdur 
ki,  Puşkin  qazax  folkloru  ilə  maraqlanmış  və  onun  yazıları 
içərisində  “Kozı  –  Korpeş  və  Bayan  –  Sulu”  epik  dastanının 
yazılmış adı müəyyən edilmişdi. Ehtimal olunur ki, Puşkin 1833 – 
cü ildə Orenburq səfərində bu əsərlə tanış olur. (6. 135 səh.) 1812 – 
ci  ildə  adı  çəkilən  bu  dastanı  Timofey  Belyayev  Kazaxıstanın 
“Romeya və Cülyetta”sı adlandırmışdır.  
1820 – ci ildə Q.İ.Spaskinin tərcüməsi ilə “İdeqe” əsəri rus 
dilində “Sibir xəbərləri” məcmuəsində çap edilir.  
Qazax  eposunda  qəhrəmanlıq  dastanları  ilə  yanaşı  tarixi 
dastanlar  da  geniş  yayılmışdır  ki,  bunlara  “Kombard  –  Batır”  və 
məhəbbət  dastanları  “Kozu  -  Korpeş”,  “Kız  -  Jibek”  dastanları 
aiddir.  Silsilə  dastanlardan  “Qırx  bahadur”  eposu  1942  –  ci  ildə 
yazıya köçürülmüşdür. 
Mərkəzi Asiya və Sibirin görkəmli tədqiqatçısı Q.N.Potanin 
(1835  –  1920)  folklor  abidələrini  öyrənərək  onu  dünya  folklor 
sujetlərini  müqayisə  etmiş  və  Qərbi  Avropa  və  Rusiya  eposunun 
mənbəyinin Şərqə məxsus olduğunu iddia etmişdir. 
Türkologiyanın  Rusiyada  görkəmli  nümayəndələri  prof. 
P.M.Meleranski  (1868  -  1906),  onun  tələbəsi  akademik 


 
90 
A.N.Samoyloviç (1880 - 1938), Türkmən eposunun ilk tədqiqatçısı 
İ.A.Belyayev  də  bu  istiqamətdə  xeyli  işlər  görmüşlər.  Macar 
tədqiqatçısı Qerman Vamberi (1831 – 1913) 1863 – cü ildə dərviş 
paltarı  geyinərək  Orta  Asiya  və  Çin  türküstanını  gəzmiş,  XVI  – 
XVII  əsr  türk  qəhrəmanlıq  dastanlarını  öyrənərək  alman  dilində 
“Yusif və Əhməd” dastanını çap etdirmişdir. (6. 13 səh.)      
Rusiyada türk xalqlarının şifahi xalq yaradıcılığının sistemli 
öyrənilməsi  V.V.Radlovun  (1837  -  1918)  adı  ilə  əlaqələndirilir.  
Əlbəttə  türkoloqların  tədqiqat  arealı  Rusiya  imperiyası  daxilində 
məhdudlaşır  və  tədqiqatçılar  xalqların  mifoloji  təfəkküründə 
ümumi  olanı  deyil,  fərqləndirici  xüsusiyyətləri,  ayıran  elementləri 
axtarıb aramaqda daha çox maraqlı olmuşdular. 
Radlovun şagirdi Nikolay Federoviç Katanov (1862 - 1922) 
milliyyətcə Xakas olmuş və V.M.Jirmunskinin qeyd etdiyi kimi öz 
xalqının  ilk  savadlı  dastan  söyləyəni  olmuşdur.  O,  Peterburq 
universitetinin  türkologiya  fakultəsini  bitirmiş  və  sonralar  Kazan 
universitetinin professoru olmuşdur. 
Rusiya  ərazisində  yaşayan  türk  xalqlarını  tədqiq  edən 
avropalı  mütəxəssislərin  əməyi  də  az  deyil.1721-22-ci  illərdə 
cənubi  sibir    bölgəsinə  alman  təbiətşünası  D.Q.Messerşmitd  gəlir. 
Messerşmitd  bu    bölgənin  coğrafiyası,  tarixi,  etnoqrafiyası,  şifahi 
ədəbiyyatı  haqqında  materiallar  toplayır.O,  1721-ci  ildə  Uybat 
çayının  şimal  sahilində  hündür  bir  daş  abidə  tapır.Bu  daş  abidə 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə