Günümüzdəki Türk xalqalrı və tarixləri


 Azərbaycan tədqiqatcılarının əsərləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

 
120 
 
8. Azərbaycan tədqiqatcılarının əsərləri 
Macar  alimi  akademik  Qeorq  Xazai  şəxsi  kitabxanasını 
AMEA-nın  elmi  kitabxanasına  hədiyyə  edərkən  etiraf  etmişdi  ki, 
Azərbaycan  dünya  türkologiyasında  önəmli  yer  tutan  bir 
dövlətdir.Bu  baxımdan  Azərbaycan  alim  və  ziyalıların  fəaliyyəti 
xüsusilə qeyd olunmalıdır. 
       Yuxarıda  qeyd  olunduğu  kimi  azərbaycan    mütəxəssisləri 
Azərbaycanda olduğu kimi ölkədən xaricdə də  yaşamış və ugurlu 
elmi tədqiqatlar aparmışlar. 
       Türk  xalqlarının  kitab  və  kitabxana  mədəniyyətinin  tarixi 
sahəsində  Azərbaycan  tədqiqatlarını  professor  A.A.Xələfovun 
konsepsiyasına uygun olaraq  əsasən üc qrupa bölmək olar.(H) 

 
Ümumi tarix tədqiqatları, 

 
Mənbəşünaslıq tədqiqatları, 

 
Ədəbiyyat tarixi tədqiqatları. 
       Hər  üç  istiqamətdə  çox  sayda  tədqiqatlar    türkologiyanın 
zənginləşməsinə  xidmət  etmiş,  elmi  dövriyəyə  yeni  və  maraqlı 
mövzular daxil olunmuşdu. XX əsrdə Azərbaycan alimlərinin tarix, 
ədəbiyyat,  dilcilik  sahəsində  aparmış  olduqları  cox  sayda 


 
121 
tədqiqatlar  həm  də  türkalogiyanın  zənginləşməsinə  xidmət  edirdi. 
Azərbaycan  mütəxəssisləri  Sovet  elmi  mühitində  Azərbaycan  və 
Rus  dilləri  ilə  yanaşı  əksər  hallarda  Ərəb  və  Fars  dillərini  də 
mükəmməl bildiyinə  görə öz həmkarları  arasında    yeksək  nüfuza 
malik  idilər.  Belə  ki,  ciddi  türkoloji  tədqiqatlar  üçün  bu  dillərin 
öyrənilməsi əhəmiyyətli idi. 
       XX əsrin Azərbaycan alimlərindən yalnız bir nümunə göstərək: 
H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən 
biri  kimi      tanınır.  O,  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  və 
folklorunun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. "XVII-
XVIII  əsrlər  Azərbaycan  ədəbiyyatı  tarixi"  kitabı  və  "Aşıq 
yaradıcılığı"  əsərlərində  Qurbani,  Sarı  Aşıq,  Aşıq  Abbas 
Tufarqanlı,  Xəstə  Qasım,  Aşıq  Ələsgər  və  başqa  klassik  aşıqların 
həyat və  yaradıcılığı,  XVII əsrdə  yaranan "Əsli  və Kərəm", "Aşıq 
Qərib",  "Şah  İsmayıl"  və  "Koroğlu"  eposu  haqqında  orijinal  elmi 
mülahizələr  söyləmişdir.  Azərbaycan  folkloru  kursu  (1940), 
Azərbaycan  xalqının  qəhrəmanlıq  eposu  (parçalar)  (1941), 
Azərbaycan xalqının qəhrəman oğulları (1942), Çiçəkli dağ (nağıl-
pyes) (1965), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların 
müəllifidir.  H.Araslının  1956-cı  ildə  nəşr  edilmiş  "XVII-XVIII 
əsrlərdə  Azərbaycan  ədəbiyyatı  tarixi"  əsəri  də  Azərbaycan 
ədəbiyyatşünaslığının nailiyyətlərindən biri kimi dəyərləndirilir. O, 


 
122 
bu  əsərində  Azərbaycan  ədəbiyyatının  az  öyrənilmiş  və  bu 
səbəbdən  də  doğru  səciyyələndirilməyib  tənəzzül  mərhələsi  kimi 
anlaşılan  həmin  yüzillikləri  ilkin  mənbələr  əsasında  araşdıraraq 
onun əsas mahiyyətini müəyyənləşdirmişdir. İlk dəfə üzə çıxardığı 
ayrı-ayrı  əlyazmalara  istinad  etməklə  dövrün  ədəbi-mədəni 
mənzərəsini  ətraflı  işıqlandırmış,  qaranlıq  olan  bəzi  məsələlərə 
aydınlıq gətirmiş, oxuculara məlum olmayan və ya az tanınan ədəbi 
simalar – Əmani, Fədai, Kişvəri, Saib Təbrizi, Qövsi Təbrizi, Tərzi 
Avşar,  Nişat  Şirvani,  Məhcur  Şirvani  haqqında  ətraflı  məlumat 
vermişdir.  "Azərbaycan  xalq  dastanları  (orta  əsrlər)"  mövzusunda 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir  (1965).  1946-1977-ci 
illərdə  "Koroğlu",  "Molla  Nəsrəddinin  lətifələri",  "Aşıq  Ələsgər", 
"Kitabi-Dədə  Qorqud",  "Azərbaycan  dastanları"  və  digər  xalq 
incilərinin  toplanması,  tərtib  edilməsi  və  nəşr  olunmasında  fəal 
çalışmışdır. 
 
XX  əsrin  II  yarısında  da  Azərbaycan  mütəxəssislərinin 
tədqiqatları türkologiyanın bütün istiqamətlərində əhəmiyyətliliyini 
saxlamışdı.  Müstəqillik  illərində  tədqiqatların  elmi  dərinliyi  və 
əhatəliyi  daha  da  genişləndi.  Ə.Rəcəblinin  və  Y.Məmmədovun 
"Orxon-  Yenisey  abidələri"  əsəri  1993-cü  ildə  cap  olundu  və  elmi 
dövriyəyə  daxil  edildi.  Ümumiyyətlə  XX  əsrin  ikinci  yarsından 
Azərbaycan Elmlər Akademiyasinın nüfuzlu tədqiqatcılarının tarix, 


 
123 
ədəbiyyat,  dilcilik,  şərqşunaslıq    sahəsində  apardıqları  cox  sayda 
araşdırmalar türkologiyanın bitkin bir mənzərəsinin yaradılmasında 
əhəmiyyətli  rol  oynamışdır.  Bu  tədqiqatlar  icərisində  hətta 
cografiya  sahəsihdə  tanınmış  alim,  akademik  B.Budaqovun 
Avrasiyanın  türk  əsilli  toponimləri  mövzusunda  tədqiqatları 
əhəmiyyətlidir. 
 
Türk  xalqlarının  kitab  və  kitabxana  mədəniyyəti 
kontekstində  aparılmış  tədqiqatlar  içərisində  ayrı-ayrı  türkdilli 
dövlətlərin kitab və kitabxana tarixinin öyrənilməsi əhəmiyyətlidir. 
Bu 
baxımdan 
görkəmli 
Azərbaycan 
alimi, 
professor 
A.A.Xələfovun 
tədqiqatları 
diqqəti 
cəlb 
edir. 
Alimin 
"Azərbaycanda  kitabxana  işinin  tarixi"  (X)  mövzusunda  yazmış 
olduğu  3  cildlik  akademik  tədqiqat  işi  hazırki  tədqiqatın  da 
konseptual  əsasını  təşkil  edir.  Ümumiyyətlə  Bakı  Dövlət 
Universiteti  "Kitabxanacılıq-İnformasiya"  fakültəsinin    alim  və 
müəllim  heyəti  vaxtaşırı    Türk  xalqlarının  kitab  və  kitabxana 
mədəniyyəti mövzusuna müraciət edir, müxtəlif areallarda kitab və 
kitabxana 
mədəniyyətinin 
inkişafı 
barədə 
məqalə 
və 
monaqrafiyalar  yazmışlar.  Həmin  fakiltənin  IV  kursunda  eyni  adlı 
dərsin  tədris  olunması  Azərbaycanda  bu  istiqamətdə  mövzunun 
həm  öyrənilməsi  həm  də  təbliğinə  nə  qədər  əhəmiyyət  verildiyini 
göstərir. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə