Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

 
128 
haqqında məlumat"  adlı kitabda, Mərkəzi  Asiyadakı  Türk xalqları 
tərəfindən qurulmuş Türk dövlətləri haqqında , bu dövlətlərin siyasi 
quruluşları, əhalisi və inancları  haqqında məlumat verilir.  
Bunlardan    başqa  daha  bir  çox  Ərəb  müəllifinin  kitablarında 
Mərkəzi  Asiya  Türkləri  haqqında  məlumatlar  verilmişdir.Bu 
kitabların  arasında  şübhəsiz  ən  əhəmiyyətlisi  İbni  Fadlandır.  O 
kitabında Ural və Volqa boyu türk xalqları haqqında geniş məlumat 
vermişdir. (113) 
Sovet  alimlərindən  O.F.Akimuşkin  farsdilli  kitab  və  kitabxana 
mədəniyyətini  araşdırmış  və  tədqiqatlarının  nəticəsi  bir  cox  elmi 
məqalələrlə  yanaşı  1987-ci  ildə  Moskvanin  "Vostoçnaya  literatura" 
nəşriyyatında  çap  olunmuşdu.  Alimin  tədqiqat  obyekti  əsasən  yazi 
texnikası, xətt  nümunələri, kitab cildlənməsi,  miniaür  sənətkarlıgı  və 
kitabxana  fondlarının  repertuarı  məsələləri  olmuşdu.  Müəllif  cox 
sayda  orta  əsr  farsdilli  əlyazma  kitabını  öz  araşdırmalarına  cəlb  edə 
bilmişdi. 
 Bu  mərhələdə  yazdıqları  əsərlərdə  türk  xalqlarının  tarixi 
haqqında  əhəmiyyətli  məlumatlar  verən  və  günümüzə    mötəbər 
məlumatlar  yetirən  Ərəb  və  Farsdilli    müəlliflərin  əhəmiyyətli 
əsərləri  haqqında  qısa  məlumatlar  verək.  Bu  müəlliflərdən  bir 
qrupu  erkən  islam  mədəniyyəti  dövründə  elmin  müxtəlif 
sahələrində  yazıb-  yaratmış  türkəsilli  mütəfəkkirlərdir.  İslam  
cografiyasının  müxtəlif  mədəni  mərkəzlərində  yaşayıb  yaratmış 


 
129 
çox sayda türkəsilli alimlərin həyatı, əsərləri, mühiti və düşüncələri 
türkdilli  xalqların  kitab  və  kitabxana  mədəniyyətinin  ümumi 
mənzərəsini yaratmaqda cox əhəmiyyətlidir. Görkəmli Azərbaycan 
tədqiqatcı-alimi  Z.Bünyadov  (X)  erkən  islam  mədəniyyətində 
Azərbaycanəsilli  alimləri  araşdırmış  və  fundamrntal  əsərlər 
yazmışdı.  Xarəzmi  nisbəsi  ilə  yazıb-yaratmış  cox  sayda  alimlər 
Bagdadda, Bəsrədə, Kufədə, Dəməşqdə elmi və ədəbi yaradıcılıqla 
məşgul  olmuşdu.  Bunlardan  dünya  elmində  cox  tanınmış      Əbu 
Abdullah  Muhammad  ibn  Musa  el-Xarəzmi  hesab  edilir.  Dünya   
Cəbr elmini öyrətmiş  bu alimin riyaziyyat,  astronomiya,  coğrafiya  
və tarixi mövzularda  əsərlər yazmışdı. 
Əbu Nasr Muxammad ibn Muxammad ibn Tarxan ibn Uzlaq 
al-Farabi  at-Turki  872-ci  ildə  Qazaxıstanın  Fərab  şəhərində 
anadan  olmuş  və  950-ci  ildə  Suriyanın  Dəməşq  şəhərində  vəfat 
etmişdi.Alimin    fəlsəfə,  riuaziyyat,  musiqi  nəzəriyyəsi  sahəsində 
cox sayda əsəri olmuşdu.  
Əbu Reyhan Muhammad ibn al-Biruni 973-cü ildə Xarəzmdə 
anadan  olmuş  1048-ci  ildə  Əfqanıstanın  Qəznə  şəhərində  vəfat 
etmişdi.  Tədqiqatçılar  Biruninin  tarix,  coğrafiya,  filologiya, 
astranomiya,  riyaziyyat,  mexanika,  geodeziya,  minerologiya, 
farmakologiya,  geologiya  və  digər  sahələrdə  əsərlər  yazdıgı 
məlumdur.Yalnız  astranomiya  sahəsində  45  əsəri  barədə  məlumat 
verilir.    


 
130 
Kitab  əl-Mesalik  vəl-Memalik:  Əsər  846-ci  ildə    İslam 
coğrafiyaçılarından,      Ubeydullah  B.  Hurdadbih  tərəfindən 
qələmə    alınmışdır.  Müəllif  847  -ci  ildə  əsərin  ilk    variantını 
tamamladıqdan  sonra,  Xəlifə  sarayının  sənəd  xəzinəsindən  də  
istifadə edərək 886-cı ildə əsəri son şəklinə salır və tamamlayır.     
İslam  mənbələri arasında türk qövmləri haqqında qısa amma 
çox əhəmiyyətli məlumatları ilk dəfə bu əsərdə rast  gəlirik. Burada 
daha  çox  Şərq  Türklərindən  bəhs  edilir.  Əsərdə  xüsusilə  Türk 
hökmdarlarının  daşıdıqları  ünvanları,  Türk  şəhərləri,  bunlar 
arasındakı  yol  və  məsafələr  haqqında  məlumatlar    verilir.  Daha 
sonrakı İslam coğrafiyaçıları onun əsərindən istifadə etmişlər. Əsər 
M.Goeje tərəfindən 1889 –cu ildə nəşr edilmişdir. 
Kitabül - Büldan: Əsər IX əsrin əvvəllərində yaşayan İbn əl 
-  Fakih  tərəfindən   Ubeydullah b. Hurdadbehin  əsərindən, Saman 
Oğulları  vəzirlərindən  Ceyhanının  əsərindən  və  öz    topladığı 
məlumatlardan    istifadə  edərək  930  ildə  yazılmışdır.  Müəllif 
əsərində  türk  qövmlərini  sıraladıqdan  sonra  onların  yaşadıqları 
şəhərləri  qeyd  edir. Bu  mənbədə Türk hökmdarlarını  xarakterizə 
edir və Türk iqtisadiyyatının əhəmiyyətli  elementlərindən biri olan 
heyvandarlıqla əlaqədar sənədlərə yer  verir.  
          Əsərin  İmam  Rza  Kitabxanasında  olan  digər  bu  nüsxəsində 
Əməvi Xəlifəsi Hişam B. Abdülmeşkin Türk xaqanına göndərdiyi 
bir  elçinin    əhvəlatı  izah  edilir  və  qədim  İslam  səyyahı  Təmin  b. 


 
131 
Bahrdan əhvalatlar nəql edilir. Əsər  Geoje tərəfindən 1188 ci ildə 
Leydendə nəşr edilmişdir. Bu kitabın müfəssəl bir nüsxəsi  Məşhəd   
Kitabxanasında saxlanılmaqdadır. 
Kitabül - Xərac: Əsər Kudame b. Cəfər əl - Kitab əl Bağdadı 
(Ölüm 337/948) tərəfındən 927-ci ildə (Hicri 316)  yazılmışdı. Əsər 
coğrafiya  və  İqtisadiyyatın  tarixi  baxımından  əhəmiyyətlidir.  
Mənbədə    Doqquz  Oğuzlar,  Kimeklər  və    Karluklara  dair 
məlumatlar    yer  alır.  Ayrıca  Əbul  Noyabr  B.  Hurdadbihin 
əsərindən    götürdüyü  məlumatlara  qismən  əlavələr  edilmişdir. 
Əsərin  əlyazma  nüsxəsı  Körpülü  kitabxanasında    1076  N.  ilə  
saxlanılır.  Əsərdə  Şərq  Türkləri  haqqında  özündən  əvvəlki   
əsərlərə nisbətən  daha çox məlumat verilir.(X) 
Müucz-zeheb  və  Kitabüt-tenbih  vəl  -  İşraf:  Bu  iki  əsər 
Əbul  -  Həsən  B.  əl  -  Hüseyn  əl  -  Məsudi  (Ölüm  345/956) 
tərəfindən  yazılmışdır.  Müəllif  ilk  əsərini  943-cü  ildə,  ikincisini 
956-cı  ildə  tamamlamışdır.  Məsudinin  bu  əsərləri  tarix,  coğrafiya 
və arxeologiya baxımından çox əhəmiyyətli məlumatları əhatə edir. 
Müxtəlif  ölkələrə  səyahət  edən  müəllif  "Maruc"  adlı  əsərində 
Oğuzların,  Karlukların      və  Dokkuz  Oğuzların  gündəlik  həyatını, 
inanclarını  ,fiziki    görünüşünü,  müxtəlif  xüsusiyyətlərini,  Doqquz 
Oğuzların Çinlilərə olan münasibətlərini və Çinin Tang xanədanlığı 
dövründə  imperatora  qarşı  çıxan  üsyanlar    (Bu  üsyanlar  755-763 
illər  arasında  olmuşdur),    onun  Doqquz  Oğuzlar  tərəfindən 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə