Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

 
124 
 
Göründüyü  kimi  Azərbaycan  elmi  irsinin  zənginliyi  bu 
istiqamətdə    müstəqil  tədqiqatlar  tələb  edir.Müasir  texnoloji 
imkanlar  şərait  yaradır  ki,türkoloji  tədqiqatlarin    toplu  məlumat 
bazası yaradılsın. Əgər nəzərə alsaq ki, son 100 ildə bu istiqamətdə 
minlərlə  məqalə  və  yüzlərlə    kitab  çap  olunub,  bu  materiallar 
Azərbaycan,  Türk,  Rus,  İngilis,  Alman,  Fransız  və  dünyanın  cox 
sayda  dillərində  yazılmış,  bu  materiallarda  Türk  xalqları,onların 
mənşəyi,  dili,  tarixi,  mədəniyyəti  və  inteqrasiya  məsələləri 
haqqında  müxtəlif  konsepsiyalar  irəli  sürülür  ki,  toplu 
referatlaşıirılmış məlumat bazasının yaradılması böyük informasiya 
kütləsinin    səmərəli  idarə  olunmasını  təmin  edir.  Beləliklə  türk 
xalqlarının  kitab  və  kitabxana  mədəniyyəti  anlayışına  tarixən 
yaradılmış  yazılı  və  şifahi  irsdən  başqa  dünyanın  böyük  bir 
cografiyasında  yaradılmış  türkolojı  tədqiqatlar  da  daxildir.  Bu 
tədqiqatlar  bütün  türk  xalqlarının  müştərək  mədəniyyəti,  elmi 
irsidir  və  bu  irsi  toplayan,  mühafizə  edən  və  istifadəyə  verən 
kitabxanaların da bu istiqamətdə xidməti əvəzsizdi. 
 
 
 
 


 
125 
9. Ərəb və Farsdilli mənbələr 
 
Ərəblərin  Mərkəzi  Asiya  ilə  əlaqələri,  651-ci  ildə  Merv 
şəhərinin Ərəblər tərəfindən işğalı ilə başlayır və VIII əsrdə  bütün 
Mərkəzi  Asiyanın  zəbt  edilməsi  ilə  sona  çatar.  IX  və  XIII  əsrlər 
arasında    yayılan  Ərəb-islam    mədəniyyətinin  nümunələri  Ərəb 
tarixçi  və  coğrafiyacılarının  əsərlərində  geniş  şəkildə    öz  əksini 
tapır. Qeyd etmək lazımdır ki, ərəb və fars dilində yazmış alimlərin 
hamısı  ərəb  və  fars  əsilli  olmamışlar.  İslam  mədəniyyətinin 
yayılması ilə böyük bir cografiyada ərəb dili əsas təhsil və elmi dilə 
cevrilir.  IX  əsrdən  başlayaraq  fars  dilinin  də  əhəmiyyəti  artır  və 
mühüm ədəbi və elmi mənbələr ortaya çıxır. İslam mədəniyyətinin 
həm daşıyıcısı həm də təbliğatçısı kimi ərəb dili ilə  yanaşı türk və  
fars dilləri də çıxış edir. 
X-XI  əsr  Türk  xalqları    Tarixinin  əhəmiyyətli  qaynaqları 
arasında  yer alan Ərəb və Fars  nəbvələri umumiyyətlə müsəlman 
olmamış  Türklərdən  bəhs  edir.  X  əsrin  başlanğıcında  artıq 
müsəlman  olan  Bolqar  Türklərinin  və  Qaraxanilərin  vəziyyətləri 
haqqındakı  bir  neçə  mənbədən  başqa,  mövzu  ilə  əlaqədar    tutarlı 
məlumat  yoxdur. Bu  əsərlər    araşdırıldıqda  ilk   növbədə  Türklərin 
hamısının  əsasən  "Kafir"  olduğu,  aralarında  müsəlman  olanların 
çox olmadığı  ifadə olunur.  Bunun səbəbi, İslam Coğrafiyaçılığının 
əsasını meydana gətirən məşhur əsərlərin çoxunun Türk ölkələrində 


 
126 
İslamın  hələ  yayılmadığı  bir    dövrdə,  yanı  IX    əsrin  ikinci  və  X 
əsrin  birinci  yarısında  yazılmış  olmaları,  sonrakı  müəlliflərin  isə 
ümumiyyətlə  əvvəlkilərin  verdiyi  məlumatı  təkrarlamaları  və 
bunun üzərinə çox az məlumat əlavə etmələri  ilə,  bəzi müəlliflərin 
qulaqdan eşitdikləri məlumatlara yer vermələri ilə izah oluna bilər. 
Halbuki,  X  əsrin  ikinci  yarısından  etibarən  Türklər  arasında  İslam 
sürətlə  yayılmış,  Moğolların    hakimiyyəti  dövründə    Türklərin 
əksəriyyəti    müsəlman  idi.  Eləcə  də  Səlcuqların  islam 
mədəniyyətinin  birliyi  uğrunda  görmüş  olduqları  əhəmiyyətli 
xidmətləri, 
Türk  mütəfəkkirlərinin  islam  dövrü  elm  və 
mədəniyyətində rolu dövrün mənbələrində  az işıqlandırılır.   
Ərəb  -  Fars  (İslam)    mənbələrinin  təhlilini  etmədən  əvvəl 
bunu  xüsusi  ifadə  etmək  lazımdır  ki,  müsəlman  coğrafiya 
əsərlərinin sayının çoxluğuna baxmayaraq, müsəlmanların Orta və 
Şərqi  Asiya  haqqında    məlumatlar  olduqca  azdır.  Mövcud  olan 
məlumatların  isə  hansı  areallara  aid  olduğunu    müəyyənləşdirmək 
olduqca  çətindir. Ərəb  mənbələrində digər sahələrdə olduğu kimi 
coğrafiyaya aid əsərlərdə də məlumatlar əvvəlki kitablara   istinad 
olaraq    yazılırdı.  Bu  kitablarda  bir-birinin  təkrarı  şəklində  izah 
edilən  hadisələr  ümumiyyətlə  o    müəllifin  öz  dövrünə  aid 
məlumatlar  olmayıb  özündən  bir  və  ya  bir  neçə  əsr  əvvəlki 
məlumatları əhatə edirdi. Başqa sözlə bu əsərləri oxuyanlarda səhv 
qənaətlərin  doğulmasına  səbəb  olurdu.  Digər  bir  istiqamət  də   


 
127 
müxtəlif Türk qəbilələri arasında baş verən vətəndaş müharibələri, 
köçəri Türk Xanədanlıqlarının birini  digəri ilə qarışdıran  Ərəblər 
bu  mövzularla  çox  az    maraqlandıgı  üçün  o  dövrlərdə  Türk 
ölkələrində cərəyan  edən hadisələr haqqında   mənbələrində   heç 
bir məlumat yoxdur. Çin və qisməndəYunan  mənbələri olmasaydı 
biz  Türklərin  öz  aralarında  baş  verən  hadisələr  haqqında  yaqinki 
çox  məlumat  sahibi  olmazdıq.  Heç  şübhəsizdir  ki,  belə  bir 
məlumatsızlıq 
dövründə 
M.Kaşkarinin 
divanına 
ehtiyac 
duyulmuşdu.  
Türklər  haqqında  məlumatlar  verən  Ərəb  və  fars    mənbələri 
rus  alimləri  V.  A.  Kraçkovski  və    V.V.Bartold  tərəfindən  ətraflı  
öyrənilmiş və araşdırılmışdır.(H) 
Ərəbdilli  kitab  və  kitabxanaların  tədqiqində  görkəmli  Sovet 
alimi  A.B.Xalidovun  böyük  xidmətləri  olmuşdu.  1987-ci  ildə  cap 
olunmuş  "Rukopisnaya  kniqa  v  arabskoy  kulture"  adlı 
monoqrafiyası  eləcədə  mövzu  ilə  əlaqədar  cox  sayda  elmi 
məqalələri bu sahənin öyrənilməsində əhəmiyyətli mənbədir. 
 IX  əsr  müəllifli  Təbəri  "tarix  ər-rəsul  vəl  Mülük"  adlı 
əsərində  Mərkəzi  Asiya  haqqında  olduqca  geniş  məlumatlar  
mövcuddur.  Təbəri  751-ci  ildə    Çin  Ordusu  ilə  Ərəb  ordusu 
arasında baş vermiş döyüş haqqında da məlumatlar   verir.  
IX və X əsrin ortalarında yaşamış  digər Ərəb dilində yazmış 
müəllif  İbn  əl-fakih  əl  Hamedani  tərəfindən  yazılan  "Ölkələr 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə