Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

 
116 
Türkmənlər  haqqında      tarixi    mənbələrdə  geniş  məlumatlar 
verilir. Bu  mənbələr içərisində S. Q. Arcanov, B. Zaxoder, V. E. 
Vladimirtsev  geniş  tədqiqatlar aparmışlar.(X)  
Altaydakı Türk Xalqlarının tarixi  ilə bağlı İ. P. Patapov  və 
Q. N. Putanınin əsərlərini  qeyd etmək lazımdır.(H).  
Tatarıstan tarixi ilə əlaqədar  araşdırmalar Q. Z. Kuzoviç, Q. 
Ahmedov,  N.  İ.  Vorobyova  tərəfindən  tədqiq  edilmişdir.(X)Son 
illərdə  Tatarıstan  mütəxəssisləri  Rusiya  sahəvi  elmi  mətbuatında 
kitab  və  kitabxana  mədəniyyəti  mövzusunda  maraqlı  məqalələrlə 
cıxış edirlər.(X) 
Sibirdə  yaşayan  Türk  Xalqlarından  Yakutların  tarixi    N.  f. 
Katanov,  P.  P.  Okladnikov  və  S.  A.  Tokorev  tərəfindən  ciddi 
araşdırılmışdır. (H)  
XX  əsrin  ortalarında    qeyd  olunduğu  kimi  rus-sovet 
tədqiqatçıları      Türk  xalqlarının  tarixi  və  mədəniyyətinin 
öyrənilməsi  sahəsində  xeyli  işlər  görmüşlər.  Xüsusilə  də  Türk 
xalqlarının  folklor  tədqiqatı  sahəsində  fundamental  işlər  görülmüş 
sanballı  əsərlər  yazılmışdı.  Əsrin  ortalarında  onlarla  elmi 
məqalələrin  müəllifi  olan  V.M.Jirmunski  1974-cü  ildə    "Türk 
qəhrəmanlıq dastanları"  əsərini cap etdirir. Türk xalqlarının dastan 
və  əsatirlərinə  həsr  edilmiş  bu  əsər  böyük  bir  coğrafiyada  şifahi 
ədəbiyyatın bir sistem daxilində öyrənilməsinə nail olmuşdu. 
 


 
117 
7. Türkiyə mənbələri
 
Türkiyədə  tarix    elmi  müasir  mənada  XX  əsrin 
başlanğıcından      etibarən    formalaşmağa  başlamışdır.  Ondan 
əvvəlki  Osmanlı  dövlətində  tarix  elmi    əsasən  "Vakayinivistlik" 
şəkilində  ifadə olunmuşdu. Osmanlı dövrünün  Katib Çələbi kimi 
tarixçilərinin  əsərləri  çox  əhəmiyyətlidir.  Övliya  Çələbinin 
"Səyahətnamə"si kimi  əsərlər də  müasir tarixçilərin əsərlərinə işıq 
salmışdı.  1910-cu  ildə  qurulan  "Osmanlı  tarixi  cəmiyyəti"  bir  çox 
arxiv  sənədini  nəşr  etdi  və  Türkiyə  tarixinə  dair  bir  çox  kitablar  
yazıldı.  
Tarix  elminin  əhəmiyyətini  bilən  Türkiyə  Cümhuriyyətinin 
qurucusu Atatürk, Türk Dil Təşkilatının yanında 1931-ci ildə Türk 
tarix  Təşkilatını  da  quraraq  Türk  tarixinin  yazılıb  araşdırılmasına 
dövlət  dəstəyi  təmin  etmişdi.  Bu  təşkilat,  ilk  etapda  4  cildlik 
"Tarix" kitabını yazmış və tarix mövzusunda bir çox  dövrü jurnal 
və kitablar nəşr etməyə davam etmişdir. 
 Digər  tərəfdən    Türk  Mədəniyyətini  Araşdırma  İnstitutunda 
Türk  tarixinin  araşdırılması  üçün    dövrü    nəşrlər  çıxarmış  və  bir  
çox  müxtəlif  tarixçilərin  uzun  illər  sürən    tədqiqatlarının  nəticəsi 
olaraq  1976-cı  ildə  "Türk  Dünyası  Stolüstü  kitabı"  adlı 
böyükhəcmli  əsəri  qarşıya  cıxdı.    Bu  əsər  Türk  Dünyasına,  onun 
tarixi, coğrafiyası, siyasi və mədəni  həyatına işıq  salan çox dəyərli 
bir əsərdir.      Bu kitabdakı  məlumatlar  olduqca    qədim və  mötəbər 


 
118 
mənbələrə  əsaslanmış    xüsusilə    SSRİ-  nin  dağılmasından  sonra   
aktuallıgı daha da    artmışdı. 
Türkiyədə      tarix  elminin  və      Türk  Xalqlarının  tarixinin 
öyrənilməsində      Velidi  Toğanın  əhəmiyyətli  bir  yeri  var.  Əslən 
Başqırd  Türkü  olan  Z.  V.  Toğanın  1946-  cı  ildə    yazdığı  və 
İstanbulda  nəşr  etdiyi  "Ümumi  Türk  tarixinə  giriş"  adlı  əsəri 
Türkiyənin  bütün  Üniversitetlerində    əsas  dərs    vəsaiti  olaraq 
istifadə  olunmaqdadır.  Z.  V.  Toğan  bu  əsərində  Türk  tarixini  bir 
bütün olaraq  təqdim  etmiş və araşdırmışdır.      
XX  əsrin    birinci  yarısında  M.  F.  Köprülü  (Türkiyə  tarixi 
1923,  İstanbul),  "Türk  Ədəbiyyat  Tarixi,  İstanbul,  1981),  Sadri 
Maksudi Arsal (Türk Tarixi və Hüquq, İstanbul,1947 ) Xəlil İnalcik 
(Kutadğu Bilige də Türk və İran Siyasət Nəzəriyyə və Ənənələri), 
İbrahim  Kafaesoğlu  (Türk  Milli  Mədəniyyəti,  Ankara,  1977) 
Ərdoğan Merçil (Müsəlman Türk dövlətləri tarixi,  Ankara, 1997), 
Faruk  Sümer,  (Oğuzlar  ,Ankara,  1967)  Bahaeddin  Ögel  (Türk 
Mədəniyyət  Tarixinə  Giriş  I-V,  Ankara,  1978)  Osman  Turan 
(Səlcuqlular  Tarixi  və  Türk  İslam  Medemiyyeti,  Ankara,  1965  , 
Türk  Dünya  Hakimiyyeti  Mefkuresi  Tarixi,  İstanbul  ,1965), 
Selçiklular  və  İslamiyyət,  (İstanbul,  1971)  kimi  tarixçilər    dəyərli 
əsərləri ilə   Türk tarihçiliyini və Türkologiya araşdırmalarını  çölçü 
elm adamlarının  əlindən qurtarmış  və Türk tarixçiliyinin  ümumi 
mənzərəsinə əhəmiyyətli meyarlar gətirmişlər.    


 
119 
Yuxarıda adları cəkilənlərə əlavə olaraq A. R. Altınay, İ. H. 
Uzunçarşılı, A. İnan, R. Rəhməti Axtartdır, Kamal Karpat, Əli 
Birinci,    M.  Altay  Köymen,  Hikmət  Danı,  A.  N.  Kurat,  A. 
Temir, M. Eröz, E. Quran, Nadir Dövlət, Aydın Taneri, Yusuf 
Ziya  Qovaqçı,  Kamal  Anadol,  Enver  Könükçü  ,  Erhan  Arıklı  
kimi  qiymətli türk tarixçilərinin  də adlarını  əlavə etmək lazımdır. 
(H)  
Türkiyədə  kitab  və  kitabxana  mədəniyyətini  tarixi  sənədlər 
əsasında  öyrənmiş  və  məzmunlu  tarixi  mənzərəni  yaratmış 
mütəxəssislərdən M.Gözəlgöz, Hasan Duman,Ali Birinci,J.Baysalı 
göstərmək  olar.  Hazırki  tədqiqatda  Türkiyədə  kitab  və  kitabxana 
mədəniyyətinin tarixi inkişafı ilə əlaqədar zəngin materialların əldə 
edilməsində məhs bu müəlliflərə borcluyuq.  
Geniş və nüfuzlu bir tarixçi heyəti  tərəfindən nəşr olunan və 
Türk  tarixinin  bütün  istiqamətlərini  araşdıran  "Türklər"  adlı  çox 
cildli  əsər    son  dövr  Türkiyə  tarixçiliyində  əhəmiyyətli  rol 
oynamışdır. 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə