Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

 
104 
bəxşişlərlə    əlaqədardır.  Çinin  saray  tarixçiləri  çölçülərlə  əlaqədar 
məlumatları  və  ya  hadisələri,  ya  şişirtməklə  ya  da  tam  əksinə 
dəyərsiz  etməklə  göstərirdilər.  Ümumiyyətlə  tarixi  mənbələrə  
“Quran  ayəsi”  kimi  baxmaq  cox  az  sayda  mütəxəssislərə  xasdır. 
Ciddi  tədqiqatçılar  ilkin  mənbələrin  verdiyi  məlumatları  tənqidi 
təhlildən  sonra  elmi  döyriyəyə  daxil  edirlər.  Belə  bir  yanaşma 
tətbiq  olunarsa  yenə  də  qədim  türk  xalqların  tarixinin 
öyrənilməsində  Çin  qaynaqları  əhəmiyyətli  qaynaqlar  arasındadır. 
Təbii  ki,  türklər  və  Çinlilər  tarix  boyunca  bir-  birilə  döyüşən 
xalqlar  olduqları  üçün  Çin  qaynaqlarını  öyrənərkən  nəticədə 
"Düşmən  Xalq"  haqqında  verilən  məlumatlar  olduğunu    nəzərdə 
tutmaq lazımdır. 
Çin  qaynaqlarının türklər haqqında verdikləri ilk məlumatlar  
eradan  əvvəl  I  minillikdən  etibarən  başlanılıb.  Çin  qaynaqlarından 
Türklər  haqqında  məlumatlar  N.  Y.  Biçurin  tərəfindən  Ruscaya 
tərcümə edilmiş və  elmi dövriyəyə daxil olunmuşdu.   
Çinin  Suy  (581-618)  və  Dan  (618-907)  Salnamələri 
Türklərdən bəhs edərkən onlara "Tukyurt" adını vermişdir. Çinlilər 
Tukyurtlarla olan döyüşlərindən məlumat verərkən, onlar Hunların 
nəvələri olduğunu yazar. İndi bu Çin  mənbələrindən bəzi  misallar 
göstərək.   
Qədim  Tangnamə (chiu tang-shu): Bu əsər  Çinin 936-946 
ci  illər  Xanədanlığı  dövründə    Tarixçi  liu  -  hsü  tərəfindən  946-cı 


 
105 
ildə  yazılmışdır.  Əsər 200 hissədən  ibarət olub   Uyğurlar   (195 
hissə) haqqında, qərb məmləkətləri   (198 hissə) və çölçülər   (199 
hissə)  kimi    adlandırdıqları  hissələri    Orhundakı  Çöl  Uyğur 
dövlətinin  süqutundan  sonrakı  köçləri  və  qərbdə  qurduqları 
hakimiyyətlər haqqında əhəmiyyətli məlumatlar verir. 
 Hal  hazırda  bu  mənbə  1958  və  1975-ci  ildə  Pekində  nəşr 
olunan  nüsxələri  ilə  və  1985-ci  ildə  Taipeidə  nəşr  olunan  nüsxəsi 
ilə elmi dövriyyədə istifadə olunur. 
Yeni  Tangnamə  (Hsin  Tang  -  shu):  Bu  əsər  Çinin  Şimal 
Sung sülaləsi dövründə (960- 1127) yaşayan tarixçilərdən O Yang - 
hsiu və Sung - Chi tərəfindən 1060-cı ildə yazılmışdır. Toplan 225 
hissədən  ibarət  olan  əsərin  Uyğurlar  haqqında  (217bölüm)  kimi 
hissələrində, Qaraxanilər dövləti və Qoçu (İdikut) Uyğur dövlətinin 
ilk dövrlərinə aid qeydlər  yer alır.   
Bu    mənbəni  Qədim  Tangnameden  ayırmaq  üçün  əsərə 
yazıldıkdan bir neçə əsr sonra “Yeni Tangname” adı verilmişdir. 
Yeni 
Tangnamə, 
qədim 
tangnamədə 
olmayan 
bəzi 
məlumatları özündə əks etdirdiyinə görə, onda qədim Tangnamədə 
olan bəzi məlumatlar və bioqrafik materiallar əks   olunmur.  
 Hal-hazırda  bu    mənbələr  1958  və  1975-ci  illərdə  Pekində 
nəşr  olunan  nüsxələri  və  1985-ci  ildə  Tai-  pei  nəşrləri    ilə 
istifadədədir.    


 
106 
 Tang imperatorluğuna dair mühüm vəsiqələr (tang - hui - 
yoo):  Bu  əsər    X  əsrdə  yaşayan  tarixçi  Wang  -  Po  (919-  981) 
tərəfindən yazılmışdır. Cəmi 100 hissədən ibarət olan bu  mənbəyin 
94-  100  hissələrində,  Tang  dövründəki  (618-  907)  bütün  türk 
xalqlarına  aid  məlumatlar    öz  əksini  tapır,  Orhondakı  uyğurların 
köçü  və  köçdən  sonrakı  siyasi  hadisələrin  meydana  gəlməsi 
açıqlanırdı. 
Qədim  Beşdevir  tarixi  (chiu  Wutai  Shih):  Bu  əsər  Cinin 
şimal  Sung  Sülaləsi  dövründə  (960-1127)  yaşayan  tarixçi  Hsueh 
Chu- ching tərəfindən qələmə alınmışdır. Cəmi 150 hissədən ibarət 
olan  bu  mənbəyin  Çölçülər    haqqında  (150  hissə)    o  cümlədən 
Orhondakı  Uyğurların  köçü  və  köçdən  sonra  qurulan  dövlətlər, 
xüsusilə  Qan  -  chou  Uyğur  hakimiyyəti  ilə  əlaqədar  məlumatlar 
verilmişdi.  
Hal-hazırda  1958  və  1976-cı  il  Pekin  və  Tai-  pei  nəşri 
mütəxəssislərin istifadəsindədir.    
Yeni  Beşdevir  tarixi  (Hsin  Wu  tai  shih):  Bu  əsər  yeni 
tangnamenin müəllifi O Yang- hsiu tərəfindən  yazılmışdır. Qədim 
Beş  aşırt  tarixi  adlı  əsərin  qədimdə  yazılması  və  qarışıq  olması 
səbəbiylə qələmə alınan bu əsər cəmi 74 hissədən ibarətdir. Əsərin 
çölçülər  sənəd/tərxisi  hissəsində  Orhundakı  Çöl  Uyğur  dövlətinin 
süqutu,  Uyğurların  köç  etmələri  və  köçdən  sonra  qurulan  Uyğur 
xanlıqları haqqında məlumat verilirdi.  


 
107 
 Hal-hazırda bu mənbəyin 1952 və 1974-cü illərdə Pekin   və 
Tai-pei nəşirlərindən istifadə  olunur.   
Sunginamə  (Sung  shih):  Bu  əsər  Çinin  Yüan  Sülaləsi 
dövründə  (1279-1368)  yaşayan  tarixçi  (eyni  zamanda  baş  vəzir) 
Toto (Tokto - Moğol əsilli) tərəfindən qələmə alınmışdır.(X) Cəmi 
496  hissədən  ibarət  olan  bu  əsərin  "Hökmdarlar  "haqqında, 
"Uyğurlar"    haqqında,  "Turfan  (ko-chu)    haqqında    "Udun  ", 
"Qusan (Kuça), kimi  mövzularda, Uyğur Türk tarixi ilə əlaqədar, 
xüsusilə  də  daha  çox  Qoçu  (İdikut)  Uyğur  dövləti  ilə  əlaqədar 
qeydlər  və  məlumatlar  verilir.      Qoçu  (İdikut)  Uyğurları  ilə 
əlaqədar  məlumatların  digərlərinə    nisbətən  daha  çox  olmasının 
səbəbi  İmperatorun  elçisi  Wang-Yen-tenin  Turfana  elçi  olaraq 
gəlməsi idi.  
 Hazırda bu mənbəyin   1958 və  1977-ci il Pekin   və Tai- pei 
nəşrlərindən istifadə olunur.   
Lioaname (liao - shih) Kitanlar tarixi: Bu əsər yuxarıda adı 
cəkilən müəllif  To-to (Tokto) tərəfindən qələmə alınmışdır. Tarixə 
Kitan  və  ya  Hitau  (Chidən)  deyilən  qədim  Moğol  xalqı  tərəfindən 
qurulan Liao Sülaləsinin (907-1125) tarixini  özündə əks etdirən bu 
əsər Çin  qaynaqları içində  əhəmiyyətli  yer tutur.   Əsər cəmi 116 
hissədən  ibarət  olub,      "Padşahlar  Şəcərəsi",  "Vassal  Ölkələr 
Siyahısı"  "Hadisələrdən  Yığılan  Qeydlər"  kimi  hissələrində, 
Qaraxanilər  və  Turfan  (İdikut)  Uyğurları  haqqında  xüsusilə  siyasi 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə