Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

 
112 
 Eləcə  də  Rus  tarixçilərindən  V.  V.  Grigoriyev,  N.  A. 
Arıstov, V. V. Bartold, P.M. Meliorancki, B.E. Vladimirtsev, A. 
E.  Yakubovcki  kimi  tarixçi  və  tədqiqatçıların  adlarını  xüsusilə  
qeyd etmək  olar.  
Bu  Türkoloqlardan  V.  V.  Grigoriyev  Sakaları  Türk  dilli  bir 
xalq olaraq təsbit etmişdir.  
1767-ci  ildə  P.  İ.  Riçkov  ilk  dəfə  olaraq  Tatarların  tarixini 
yazmışdır.  O,  bu  əsərində  1552-ci  ildə  Qazan  Xanlığının  Ruslar 
tərəfindən  işğal  edilməsindən  sonrakı  vəziyyəti  araşdırmış  və 
Tatarların  Volqa  boyu  Bulqarlarının  nəsilindən  gəldiyini  qeyd 
etmişdir.  
Arxeoloq və tarixçi A. P. Smirnov qədim Bolqarlarla əlaqədar 
əsərində onların Qaradənizin şimal sahillərinə gəlib yerləşmələrini 
Hunlarla əlaqələndirmişdi.        
Şərqi Hun İmperatorluqlarının tarixi   İ. A. Bernştam və B. L. 
Gumilov tərəfindən araşdırmışdır. Ayrıca, məşhur Türkoloq-tarixçi 
V.  V.  Bartoldun  "Türk  -  Moğol  Xalqlarının  tarixi"  və  "Mərkəzi 
Asiya  Türk  xalqlarının  tarixinə  aid  12  detal"  adlı  əsərləri 
Türkoloqiyanın  ən    ugurlu  əsərlərindəndir.  Bundan  başqa  V. 
Bartold  Rus  İmperatorluğunda  yaşayan  Türk  Xalqlarının  Orta 
əsrlər tarixini də araşdırmışdır.V. Barthold əsərlərində  söylənilmiş  
bəzi fikirlər başqa Türkoloqlar tərəfindən qəbul edilməmiş və səhv  
fikirlər oldugu ifadə olunmuşdu.   Məsələn,  o, hesab edir ki, Orhun 


 
113 
Abidələrindəki Türk, run əlifbasının mənşəyi İran qaynaqlıdır. Ona 
görə,  abidələrdə  olan  "Şad"  sözü  fars  dilindəki  "Şah"  sözündən 
yaranıb  və    eləcədə    eradan  əvvəl  Mərkəzi  Asiyada  Türklərin  adı 
çəkilməyib.  Halbuki,    e.  ə.  ki  illərdə  yazılmış  Roma  və  Bizans  
mənbələrində şimalı Qafqazdakı Türk Xalqlarından bəhs edilir.  
Türk  Xalqlarının  qədim  və  orta  əsrlər  tarixi  N.  L.  Gumilov 
tərəfindən  də  yeni    üslubda  araşdırılmışdır.  Müəllifin  "Qədim 
Türklər" adlı məşhur əsərində başlanğıcdan   eramızın VIII  əsrinin 
sonuna  qədərki  tarix  dövr  araşdırılır.    Əlbəttə  N.  Gumilovun  da  
tədqiqatlarında  digər      Türkoloq    və  tarixçilərin    qəbul  etmədiyi  
baxış  və  düşüncələr  yer  almışdı.  Azərbaycanlı  tarixçi  Əsmət 
Muxtarova  "Türk  Xalqları  tarixi”  adlı  əsərində  Rus  Türkoloq  və  
tarixçilərinin fikirlərini qeyd etmiş və tənqidi təhlilini  vermişdi.   
Türkdilli  xalqların  kitab  və  kitabxana  mədəniyyətinin 
öyrənilməsində  görkəmli    Rus-sovet  alimi  L.V.Dmitrievanın 
xidmətləri  əhəmiyyətlidir.  1987-ci  ildə  Moskvanın  "Vostocnaya 
literatura" 
nəşriyyatında 
cap  olunmuş    "Turkoyazıcnaya 
arabopismennaya  rukopisnaya  kniqa  po  yeyo  arealam"  və 
"Turetskaya  arabopismennaya  rukopisnaya  kniqa"  adlı  tədqiqatları 
mövzunun öyrənilməsində mötəbər mənbə hesab edilə bilər.    
Bunlardan başqa  Özbəklərin tarixini  V. V. Barthold,  V. V. 
Radlof,  S.  P.  Tolstov,  N.  A.  Aristov  geniş  şəkildə  araşdırmışdı. 


 
114 
Özbəklərin  tarixini    yeni  arxeoloji  və  yazılı    mənbələr      daxil 
edilməklə B. E. Əhmədov tərəfindən öyrənilmişdi. 
  Orta  Asiya  türklərinin  kitab  və  kitabxana  mədəniyyətinin 
öyrənilməsində    T.İ.Sultanovun  "Среднеазиатская  и  восточно-
тюркменская  позднее-средневековая  рукописная  книга"  əsəri  
Moskvada  1987-ci  ildə  cap  olunmuş  və  sahənin  öyrənilməsində 
əhəmiyyətli  rol  oynamışdı.Özbəkistanda  kitabcılıq  işi  və 
kitabxanaların  fəaliyyəti  haqqında  U.A.Taşabayeva(X)  və 
A.A.Umarovun(X)  son  illərdə  sahəvi  elmi  mətbuatda  cap 
etdirdikləri məqalələr diqqəti cəlb edir. 
Başqırdların  tarixi  haqqında  S.İ.Rudenko  tərəfindən  yazılan 
“Başqırdlar”    adlı  əsərdə  geniş  məlumat  verilir.  V.V.Sidirovanın 
2007-ci  ildə  çapdan  çıxmış  "İsledovateli-putişestvenniki  o 
Başkortostane(XVIII)"  əsəri  Başqırdların  tarixi  ilə  əlaqədar  xeyli 
materialı bir mənbədə toplayır. 2007-ci ildə capdan cıxmış digər 2 
cildlik “İstoriya Başkortostana s drevneyşıx vremen do naşıx dney” 
əsər  akademik  İ.Q.Akmanovun  rəhbərliyi  ilə  bir  qrup  alim 
tərəfindən  hazırlanmışdı.  Başqırdların  orta  əsrlər  tarixi  əslən  bir 
Başqırd  olan  X.  E.  Tagoyev  və  R.  Kuzeyev  tərəfindən  də 
araşdırılmışdır.  Başqırdıstan  türklərinin  eləcə  də  Başqırdıstanda 
yaşayan  digər  xalqların  kitab  və  kitabxana  mədəniyyətinin 
öyrənilməsində  tədqiqatcı  alim    R.А,Qilmiyanovanın    cox  sayda 
elmi  məqalələri  və  manaqrafiyaları  əhəmiyyətlidir.  Müəllif  "Etno- 


 
115 
mədəni mühit" nəzərriyyəsini işləyib hazırlamış və bu nəzəriyyədə 
kitab  və  kitabxana  mədəniyyətini  xalqların  etno-mədəni  mühitdə 
inteqrasiyasını təmin edən bir sosial proses kimi qiymətləndirir. 
Volqa  boyunda  yaşayan,  Türk  Xalqlarından  biri  olan 
Çuvaşların  tarixi  haqqında  çox  az  araşdırma  edilmişdir.  N.  İ. 
Aşmayarın  və  P.  N.  Tretyakov  yazdıqları  əsərlərdə  Çuvaşların 
meydana gəlməsində Bulqar Türklərinin əhəmiyyətli yer tutduğunu 
ifadə  etmişdir.Cuvaş  xalqının  kitab  və  kitabxana  mədəniyyəti 
R.A.Qilmiyanovanın tədqiqatlarında  da öz əksini tapır.  
Rus  tarixçi  və  Türkoloqu    B.  İ.  Zaxoder  digər  Volqa  boyu 
xalqları kimi Çuvaşlar haqqında da geniş məlumat verir.  
Kazaxların tarixinin araşdırılmasında isə P. P. Semenov Tyan 
- Şançkinin  tədqiqatları əhəmiyyətlidir. O, 1856-1857-ci və 1888-
ci  illərdə  Altayda  və  Qazaxıstanda  müxtəlif    araşdırmalar 
aparmışdı.  Bundan  başqa  əslən    qazak  olan  Ç.Ç.  Vəlixanovun  4 
cildlik əsəri də qazaxların tarixi ilə əlaqədar zəngin materiallari bir 
mənbədə toplamışdı.   
  Qırğız tarixi haqqında V. V. Radlovun, V. V. Bartoldun, 
A.E.  Yakubovskinin        əsərlərində    geniş  məlumat  verilir. 
Bunlardan    başqa  S.  Q.  Kleaştornıy,  S.  M.  Abramzon,  A.  N. 
Bernştam da dəyərli  tədqiqatlar aparmışlar.(H)  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə