Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

 
91 
bütün 
dörd 
tərəfindən 
naməlum 

yazılar-işarələrlə” 
örtülmüşdü.Sonra məlum olacaq ki, qədim türk dili və tarixi üçün 
müstəsna  əhəmiyyətə  malik  olan  bu  daş  Orxon-Yenisey  abidələri 
silsiləsinə  daxil  olan  məşhur  Yenisey  abidələrindən  biridir.  O, 
xakasların  torpaqlarını  Şimal  müharibəsi  zamanı  ruslara  əsir 
düşmüş  və  burada  öz  hərbi  əsir  həyatını  yaşayan  İsveç  zabiti 
F.İ.Tabbert-Stralenberq  ilə  birlikdə  gəzmişdi.  F.İ.Tabbert-
Stralenberqin yazıya aldığı poetik- folklor materialları arasında Ara 
tayfasının həyatı və çoxsaylı ilan ordusuyla döyüşü təsvir edilir. O, 
mətni  almanca  yazmışdır.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır 
ki,Ara  tayfasının  ilan  ordusuyla  müharibəsi  haqqında  əfsanəni 
başqa alman alimi Q.F.Miller də 1733 - 34–cü illərdə II Kamçatka 
ekspedisiyasında iştirak edərkən yazıya almışdır.Sonralar bu əfsanə 
N.F.Katanov tərəfindən yazıya alınmış və 1907-ci ildə ( 541 səhifə)   
rusca  çap  olunur.  II  Kamçatka  ekspediyasının  tərkibində  Rusiya 
Elmlər Akademiyasının digər üzvləri ilə bərabar o dövrün görkəmli 
alimləri-  V.N.Tatişşev,  İ.E.Qmelin,  Y.İ.Zindenau  da  iştirak  etmiş 
və 
xakaslara 
məxsus 
olan 
folklor-etnoqrafik 
materiallar 
toplamışlar.  Alman-rus-isveç-fin  alimlərinin  sibirdə  yaşayan  bu 
türk  xalqlarının  tarixi,  maddi-mədəni  irsi,  coğrafiyası,  şifahi 
ədəbiyyatı və etnoqrafiyası haqqında topladıqları və araşdırdıqları, 
tərcümə  edib  nəşr  etdikləri  əsərlər  sayəsində  rusiyada  yeni  elm 
sahəsi- sibirşünaslıq elmi üçün baza yaradılır.  


 
92 
 Sibir  o  cümlədən  Xakas  türklərinin  poetik  və  qeyri  poetik 
folkloru, 
etnoqrafiyası, 
tarixi 
və 
maddi-mədəni 
irsinin 
öyrənilməsinə  maraq  getdikcə  artmaqda  idi.  Belə  ki,  xakaslara 
məxsus  mənəvi  mədəniyyətin  elmi-tədqiqata  cəlb  edilməsi 
prosesinin  davamı  bu  reqionu  öyrənmənin,  elmi  əlaqələrin  və 
tədqiqatın  II  mərhələsini  -  bütünlüklə  XIX  əsri  əhatə  etdi.  II 
mərhələdə həm sibirşünaslıq, həm şərqşünaslıq, həm də türkologiya 
daha  geniş  inkişaf  pilləsinə  keçdi.  Bu  mərhələ  toplanan  folklor 
mətnləri,etnoqrafik  məlumatlar  dərin  təhlillərdən  keçir,  ümumtürk 
kontekstində elmi-tədqiqata cəlb olunması və yeni alimlər nəslinin 
yetişməsi,  formalaşması  ilə  səciyyəvi  özəllik  kəsb  edirdi.    Belə 
görkəmli  alimlərin  sırasında  fin  linqivist,  etnoqraf,  türkoloqu 
M.A.Kastreni, alman türkoloqu V.V.Radlovu (3), Q.F.Milleri, Rus 
Coğrafiya  Cəmiyyətinin  fəal  üzvü  N.A.Aristovu  (4),  qazax 
Ç.Vəlixanovu,  Q.Potanini  (5),  N.Katanovu,  İ.İ.Karatanovu, 
V.Titovu  və    M.Kazım  bəyi  xüsusi  hörmətlə  yad  etməliyik.  Məhz 
Mirzə  Kazım  bəy    kimi  alimlər  çar  rusiyasında  şərqşünaslıq 
elminin      sağlam  təməllər  üzərində  əsasını  qurdular.Bu  zamandan 
etibarən folklor-etnoqrafik, tarixi-coğrafi, tətbiqi sənət və qayaüstü 
rəsmlər,  folklor  musiqisi,  mərasim-  ayin  və  təqvim  bayramları 
haqqında  əldə  edilən,toplanan  materialların  nümunələri  məhz  o 
zamandan   sistemli öyrənilməsi, intensiv araşdırılması humanitar-


 
93 
filoloji 
elmin 
ayrı-ayrı 
sahələri 
ilə 
elmi-tədqiqatların 
differensiasiyası başlandı.   
 Bu  gün  elmi  dövriyyədə  olan  Türkiyəli  tədqiqatçıların 
əsərləri Azərbaycan alimlərinin bu sahədə apardıqları araşdırmalar, 
eləcə  də  sovet  ittifaqından  qalmış  elmi  irs  ümumiləşdirilərək 
fundamental  biblioqrafik  vəsaitin  əldə  olunması  mümkündür.  O 
zaman  qədim  və  orta  əsr  türk  xalqlarının  yazılı  və  şifahi 
ədəbiyyatının zəngin repertuarı qarşıya çıxardı.     
-Oğuznamə  (Oğuz  Xaqan  Dastanı):  Oğuznamə  bütün 
Türk  xalqlarının,  xüsusilə  Uyğur  türkləri  arasında  çox  qədim 
zamanlardan  bəri  tarixi  bir  dastan  olub,  VIII  əsrdə  Turfanlı 
Uyğurlar  tərəfindən  Uyğur  Əlifbası  ilə  şifahi  şəkildən    yazılı 
qaynaq  şəklinə  gətirilmişdir.  Bugün    həmin  əsərin  tək  bir  nüsxəsi 
vardır  ki,  hal-hazırda  Parisdə  Fransız  Milli  Kitabxamasında 
mühafizə edilməkdədir.  24 vərəqlik dastanın böyüklüyü 13-19 sm 
olub,  cəmi  42  səhifədir.  Kitabın  hər  səhifəsində  9  sətr  yazı  yer 
almışdır. Islamdan əvvəlki  dövrü əhatə edən  əsərin başlıq hissəsi 
əksik  olduğundan  əsərin  tam  adının  nə  olduğu  anlaşılmır.Ancaq 
elm  adamları  əsərə,  mövzusuna  görə  “Oğuznamə”  və  ya  “Oğuz 
Xaqan Dastanı” adını vermişdir. 
Günümüzdə  Uyğur  türkcəsi  ilə  yazılan  bu  tək  nüsxədən 
başqa      müxtəlif  əsərlərdə  islam    motivlərini  özündə  ehtiva  edən 
Oğuznamələr  yer  almaqdadır.  Bunlar  XIV  əsrdəki  Fars    dilində 


 
94 
yazmış  (eyni  zamanda    Elxanilərın  vəziri)  Rəşidəddin  tərəfindən 
qələmə  alınan  Camit  –  Təvarih  adlı  əsər  ilə  XVII  əsrdə  yaşayan 
tarixçi  Əbu  Qazi  Bahadır  Xan  tərəfindən  qələmə  alınan  Şeceri-i 
Terekime adlı əsərlərdə də yer almaqdadır. Ayrıca    Türkiyədə bu 
əsər  Yazıcıoğlu  tərəfindən  öyrənilmiş  və  cap  olunmuşdu.  Əsər 
Azərbaycanda da bir necə dəfə cap olunmuşdu.  
Oğuznamə  öz  mövzusu  ilə  iki  hissəyə  ayrılır.  Birinci 
hissədə  Oğuz  Xaqanın  soyu,  dünyaya  gəlişi,  böyüməsi  və  xaqan 
olmasından  bəhs  edilir.  Ikinci  hissədə  Oğuz  Xaqanın  səfərləri,  
hakimiyyəti  altına  daxil  olan  ölkələr,  qəbilə  və    qövmlər  və 
bunların mərasimlə oğullarına bölgüsündən bəhs edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə