65
Foto 1. Böyrək patologiyası olan hamilə qadına aid cift toxumasında amnion
qişanı örtən epiteldə fokal hiperplaziya (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)
Spontan olaraq amnion epitelində eroziv-xoralı dəyişikliklər - mikroskopik
olaraq epitelin olmaması, onun yerində isə qan laxtaları və fibrin liflərinin çöküntüsü;
amnion qişanın altında bu zaman periferik qan elementləri, hemolizə uğramış
eritrositlər və hemosiderin toplantıları aşkar edilmişdir. Bu hadisələrdə epitelin
sitoplaz-masında
hematoksilin-eozinlə boyanmayan qranullar görünmüşdür.
Nümunələrin hamısında amnion qişanın bazal membranının altında sıra ilə kompakt,
fibroblastik və süngərəbənzər təbəqələr aydın seçilir. Bu təbəqələr fibroblastlardan
ibarətdir və hər bir təbəqədə hüceyrələrin sıxlığı fərqlidir. Nümunələrin
əksəriyyətində süngərəbənzər təbəqədə fibroblastlarla yanaşı makrofaqlara da rast
gəlmək mümkündür. Heç bir nümunədə kompakt və fibroblastik təbəqələrdə
dəyişiklik müşahidə edilməmişdir. Amnion epite-lindən başlayaraq bazal membran,
kompakt və fibroblastik təbəqələr, həmçinin sün-gərəbənzər təbəqə daxil olmaqla bu
hissənin qalınlığı nümunələrdə 0.24-8.3 mm (orta hesabla 0.37 mm) arasında
66
tərəddüd edirdi.Nümunələrin hamısında xorion qişa komponentləri aydın şəkildə
təyin edili (Foto2)
Foto 2. Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında
normal trofoblastik X hüceyrələr (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)
Bütün nümunələrdə xorionun xovlu hissəsi (chorion frondosum) və xorionun xovsuz
hissəsi (chorion leave) mövcuddur. Ümumi baxış zamanı xovsuz hissədə kompakt
yerləşmiş bir neçə təbəqə seçilir. Xovlu hissə isə çoxsaylı damarlar və funksional
xovlar görünür. Xovsuz hissəyə baxış zamanı ilk olaraq xorionun səthi təbəqəsi olan
tamamlanmamış hüceyrələr zonası müəyyən edilir. Nümunələrdə bu hissə əsasən lifli
strukturlardan ibarətdir. Bəzi nümunələrdə az miqdarda yetişməmiş, primitiv
quruluşlu, böyük nüvələri olan və lifli strukturlardan fərqlənən hüceyrələr qeydə
alınır. Bu təbəqədən xaricdə nisbətən qalın, retikular təbəqə müəyyən edilir. Retikular
təbəqə çox sayda sıx yerləşmiş fibroblastlardan və makrofaqlardan ibarətdir. Ayrı-
ayrı nümunələrdə makrofaqların miqdarı fərqlidir. Bu təbəqədən xaricdə yalançı
bazal membran görünür və bu hissə kompakt yerləşmiş lifli strukturlardan ibarətdir.
Habelə nümunələrin hamısında bu hissənin sərhəddində trofoblastik x hüceyrələr
(aralıq trofoblastlar) təbəqəsi görünür. Trofoblastik x hüceyrələrin sitoplazması
eozinofilik və danəlidir. Nüvələri nisbətən solğundur. Hüceyrə membranları və
ümumilikdə hüceyrələrin sərhədi çətin ayırd edilir. (Foto 3).
67
Foto 3. Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında
trofoblastik X hüceyrələr zonasında kiçik kistoz boşluq (boyaq: hematoksilin-
eozin; böyütmə: ×100)
Nümunələrdə xorionun xovlu hissəsində xovların təşkil olunduğu qan
damarları, onları əhatə edən fibroblastlar, onun səthini örtən sitotorfoblastlar və
sinsitotrofoblastlar aydın şəkildə seçilir (Foto 4). Əsas (lövbər) xovlar kiçik
xovlardan daha qalın və geniş olmaları ilə fərqlənirlər. Əsas xovlardan ayrılan kiçik
(ikincili) xovlarların miqdarı ayrı-ayrı nümunələrdə dəyişkəndir. Kiçik xovların
özəyində kövşək lifli birləşdirici toxuma və qan damarları müəyyən edilir. Bəzi
nümunələrdə kövşəklifli birləşdirici toxuma lifləri arasında az sayda saya əzələ lifləri
və faqosit qabiliyyətinə malik böyük girdə nüvəli, iri ölçülü Hofbauer hüceyrələrinə
də rast gəlinir. Buradakı qan damarları çox incə divara malikdir və incə endotel qatı
ilə örtülüdür. Nümunələrdə həmin damarların mənfəzində az sayda dölə aid nüvəli
eritrositlər tapmaq mümkündür. Kiçik xovlar xaricdən təkqatlı, eyni quruluşa malik,
hiperxrom nüvəli, sıx yerləşmiş hüceyrələrdən ibarət sinsitotrofoblast təbəqəsi ilə
örtülüdür. Sinsitotrofoblastik hüceyrələr bəzi nümunələrdə bir yerə toplanıb kiçik
düyünlər əmələ gətirir. Eyni zamanda bu tip düyünlərə xovlararası sahələrdə sərbəst
şəkildə də rast gəlinir.
68
Foto 4. Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında normal cift
xovları (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)
Az sayda kiçik xovda sinsitotrofoblast təbəqəsinin altında sitotrofoblast
(Lanqans) təbəqəsi də müəyyən edilir. Həmin təbəqə aydın görünən bazal membran
üzərində yerləşmiş iri nüvəli, zəif boyanan hüceyrələrdən ibarətdir. Hüceyrələrin
sitoplazmasında çoxsaylı vakuollar və əlavələr qeyd edilir. Qeyd edilən dəyişiklik
yalnız spontan olaraq tək-tək xovlarda görünür və hadisələrin heç birində generalizə
olunmuş formada rast gəlinmir.Tədqiqata cəlb edilən cift nümunələrində qeydə alınan
struktur variasiyaları ilə yanaşı bir sıra patoloji dəyişikliklər də qeydə alınmışdır.
Patoloji dəyişikliklərin ümumi profilini müəyyən etmək məqsədi ilə nümunələr bəzi
parametrlərə görə nəzərdən keçirilmişdir.
CIFT TOXUMASINDA ILTIHAB
İltihab parametrində xronik iltihabları xarakterizə edən morfoloji əlamət olaraq
limfosit və plazma hüceyrə infiltrasiyası nəzərdən keçirilmişdir. Mikroskopik olaraq
hematoksilin və eozin ilə boyanmış kəsiklərdə limfositlər hamar sərhədləri olan, girdə
Dostları ilə paylaş: |