69
və ya oval formalı hiperxrom boyanmış nüvələrə malik, dar eozinofil sitoplazmalı
hüceyrələr şəklində görünür. Plazma hüceyrələrində isə nüvənin quruluşu eyni olub
limfostirlərdən fərqli olaraq ekssentrik yerləşmişdir və bu səbəbdən hüceyrənin bir
tərəfində sitoplazma aydın seçilir. Hər iki hüceyrənin nüvəsində xromatin bərabər
paylanmış və sıx yerləşmiş olur. Tədqiqata alınan nümunələrdə cift stromasında
limfosit və plazma hüceyrə infitrasiyasının tamamilə olmaması və ya qrup təşkil
etməyən, tək-tək limfosit və plazma hüceyrələrinin olması 0; cift stromasında az
sayda qrup əmələ gətirən, lakin seyrək yerləşmiş limfosit və plazma hüceyrələrinin
olması 1; stromada bol miqdarda qrup əmələ gətirən, sıx yerləşmiş limfosit və plazma
hüceyrələrinin olması 2, stromada limfosit və plazma hüceyrələrindən təşkil olunmuş
aqreqatların olması isə 3 bal şəklində qiymətləndirilmişdir.
Neytrofil infiltrasiyası limfosit və plazma hüceyrələrindən fəqrli olaraq əsasən
kəskin iltihablar üçün xarakterik hesab olunur və toxuma zədələnməsindən sonrakı
ilk günlərdə toxumada iltihab hüceyrələri arasında üstünlük təşkil edir. Neytrofillər
hematoksilin və eozin ilə boyalı kəsiklərdə geniş, eozinofil boyanan, danəli sitoplaz-
maya malik, bir neçə seqmentə ayrılmış hiperxrom bazofil nüvəsi olan hüceyrələr
şəklində görünürlər. Bəzən yetişməmiş neytrofillərdə seqmentlərə bölünməyən, çöp-
şəkilli nüvələr də görmək mümkündür. Nümunələrimizdə neytrofil infiltrasiyası
müşahidə edilməyən hadisələr 0; cift stromasında tək-tək neytrofil infiltrasiyası olan
hadisələr 1; cift stromasında bir çox sahədə neytrofillərin infiltrasiyası qeydə alınan
hadisələr 2; neytrofillərin nekroz fonunda aqreqat təşkil edərək abses və ya
mikroabses əmələ gətirdiyi hadisələr isə 3 bal ilə qiymətləndirilmişdir. İltihab zamanı
toxumada neytrofil, limfosit və plazma hüceyrələri ilə müqayisədə daha az rast
gəlinən eozinofil infiltrasiyası əsasən allergik zədələnmələr üçün xarakterik hesab
edilən morfoloji əlamətdir. Bu hüceyrələrin rast gəlindiyi hallarda digər iltihab
hüceyrələri ilə birlikdə qarışıq populasiya təşkil edirlər. Mikroskopik olaraq hema-
toksilin və eozin ilə boyanmış kəsiklərdə neytrofillər kimi geniş və danəli sitoplaz-
maya malik olub daha intensiv eozinofil boyanırlar. Nüvələr əksər hallarda seqmentli
və bazofildir. Nümunələr nəzərdən keçirilən zaman cift stromasında heç bir eozinofil
70
infiltrasiyası olmayan hadisələr 0; cift stromasında 10 iltihab hüceyrəsindən ən biri
eozinofil olan nümunələr 1; cift stromasında 10 iltihab hüceyrəsi arasında 2-4 ədəd
eozinofil olan nümunələr 2; cift stromada 10 iltihab hüceyrəsindən 5 və daha çoxu
eozinofil olan nümunələr isə 3 bal ilə qiymətləndirilmişdir.
CIFTDƏ NEKROTIK DƏYIŞIKLIKLƏR
Kəskin toxuma zədələnməsinin xarakterik əlamətlərindən biri də hüceyrə
ölümünü xarakterizə edən nekrozdur. (Foto 5)
Foto 5. Böyrək patologiyası olan hamilə qadına aid cift toxumasında
mikroskopik olaraq təyin edilən fokal nekroz sahəsi; qan dövranı pozulmasını
xarakterizə edən venoz hiperemiya və yayılmış qansızmalar (boyaq: hematoksilin-
eozin; böyütmə: ×40)
Bu parametr zədələyici amilin gücündən, eləcə də təsir müddətindən asılı
olaraq ayrı-ayrı nümunələrdə müxtəlif intensvilikdə ola bilir. Geniş həcmli nekrotik
dəyişikliklər cift nümunələrinin makroskopik müayinəsi zamanı ağımtıl-qəhvəyi
rəngli, dəqiq sərhədlərə malik sahələr şəklində görünür və asanlıqla təyin edilir.
Mikroskopik olaraq isə hematoksilin və eozin ilə boyanmış kəsiklərdə nekrotik
sahələr homogen, açıq çəhrayı rəngli sahələr şəklində görünür. Bəzi nümunələrdə
nekroz sahələrinin içində qan dövranı pozulmaları ilə əlaqədar yayılmış qansızmalar,
hemosiderin toplantıları və makrofaqlar da müəyyən edilir. Eyni zamanda nekroz
sahəsi əksər vaxtlar iltihab hüceyrələri, xüsusən də neytrofillər ilə infiltrasiya olunur.
71
Tədqiqatımızda cift nümunələrində müşahidə edilən nekroz intensivliyinə görə
aşağıdakı kimi qiymətləndirilmişdir: ciftdə heç nekroz sahəsi rast gəlinməyən hallar 0
bal; ciftin 15%`dən az hissəsində nekroz sahəsinin təyin edilməsi, eyni zamanda
yalnız mikroskop ilə təyin edilə bilən fokal nekroz ocaqları 1 bal; ciftin 15-30%`ni
əhatə edən nekroz prosesi 2 bal; ciftin 30%`dən çox hissəsini təşkil edən nekroz
prosesi isə 3 bal
CIFTDƏ FIBROZ TOXUMASININ INKIŞAFI
Xronik toxuma zədələnmələri, habelə xronik iltihablar zamanı müşahidə edilən
və toxuma proliferasiyasını təmsil edən parametrlərdən biri fibroz toxumanın
yaranması və kollagen liflərin proliferasiyasıdır. Cift nümunələrində bu əsasən özünü
stromanın genişlənməsi və sklerozlaşması şəklində göstərir. Bu tip dəyişikliklər
bəzən qan dövranı pozğunluqları, limfosit və plazma hüceyrə infiltrasiyası, xorion
xovlarında atrofik dəyişikliklər ilə birlikdə müşahidə edilir. (Foto 6).
Fibroz
toxumanın
yaranması
və
kolagen
liflərin
proliferasiyası
qiymətləndirilən zaman bu parametrlərin olmadığı nümunələr 0; cift stromasının
10%-ə qədər hissəsinin kollagen liflərdən ibarət olduğu nümunələr 1; cift stromasının
10-50%-nin kollagen liflərdən ibarət olduğu nümunələr 2 cift stromasının 50%-dən
çox hissəsinin kollagen liflərdən ibarət olduğu nümunələr isə 3 bal şəklində
hesablanmışdır.