5.1. Texniki xidmət və cari təmir zonalarının
layihələndirilməsi
ANM-in binaları təyinatına görə üç əsas qrupa bölünür:
1) istehsal- anbar binaları;
2) hərəkət tərkibinin saxlanması (duracaqlar) üçün binalar;
3) köməkçi binalar.
İstehsal - anbar binalarına TX və CT zonaları, CT-nin istehsal şöbələri, anbarlar, eləcə də texniki binalar aid edilir.
Texniki binalara energetik, sanitar-texniki xidmət və qurğular (kompressor binası, transformator, nasosxana, havalandırıcı kameralar və s.) daxildir.
Hərəkət tərkibinin saxlanma zonasının sahələrinə açıq və örtülü duracaqların sahələri, eləcə də açıq duracaqlarda qızdırıcıların tutduğu sahələr, çoxmərtəbəli qarajlarda ramplar, mərtəbələr üzrə gediş sahələri və s. aid edilir.
Hərəkət tərkibinin duracaq sahələrinin hesabı baş planın hesabında verilib.
Köməkçi binalara: sanitar-məişət binaları, yeməkxana, tibb məntəqəsi, mədəni xidmət, idarə, tədris və ictimai təşkilatlar üçün sahələr aid edilir.
Dostları ilə paylaş: |