qarşılıqlı surətdə biri digərini şərtləndirir.
Qlobal problemlər sistemində nüvə müharibəsi təhlükəsinin qarşısını almaq, sülhü
qorumaq və təmin etmək başlıca yer tutur. Həm də nəzərdə tutulmalıdır ki, müharibə və
sülh məsələsi digər qlobal problemlərə də öz güclü təsirini göstərir. Birinci növbədə hərbi
xərclərin durmadan artması nəticəsində bəşəriyyətin qarşısında dur^n digər vacib
vəzifələrin həllinə yönələn vəsait azalır. Hazırda hərbi xərclər 1900-cü il ilə müqayisədə
50 dəfə artaraq, ildə bir trilyon dollara gəlib çatmışdır. İndi bəşəriyyət hər dəqiqə ərzində
hərbi məqsədlər üçün 2 milyon dollara qədər vəsait sərf edir. Məsələ burasındadır ki,
sürətlə silahlanma getdikcə daha artıq dərəcədə inkişaf etməkdə olan ölkələri də öz təsir
dairəsinə cəlb edir. Nəticədə həmin ölkələrin zəif inkişaf səviyyəsinin aradan qaldırılması
probleminin həlli daha da çətinləşir. İnkişaf etmiş kapitalist ölkələrində sürətlə
silahlanmanın artması burada sosial-iqtisadi problemlərin həllinə ciddi əngəl yaradır.
Enerji və xammal problemlərilə bağlı çətinlikləri daha da artırır. Hərbi xərclərin
çoxalması bir tərəfdən enerji və xammalın artırılmasına sərf olunan vəsaiti azaldır, digər
tərəfdən isə enerji və xammal ehtiyatlarının getdikcə daha çox hissəsi hərbi məqsədlər
üçün istifadə olunur.
Deyilənlər sübut edir ki, qlobal problemlər bir-birilə sıx qarşılıqlı əlaqə və
asılılıqda çixiş edir, onların hər biri qlobal problemlər kompleksinin digər tərəflərinə
güclü təsir edir. Bunu Daşqa qlobal problemlərin nümunəsində də görmək olar.
‘ Hazırda insanın fəaliyyəti ekoloji baxımdan xeyli dərəcədə təhlükəli vəziyyət yaradır:
atmosferə atılan karbon qazı və digər kimyəvi qazlar və tullantılar çoxalır, nəticədə "turşu
yağışları" havanı zəhərləyir, ozon təbəqəsi tükənməyə başlayır. Təkcə hava yox, həm də
çaylar və okeanlar çirklənir, bir çox ərazilərdə bitki və heyvan növlərinin nəsli kəsilir.
İçməli su ehtiyatları sürətlə azalır. Yer kürəsində 600-700 milyon nəfər adam yaşayan
ərazinin səhraya çevrilmək qorxusu durmadan artır.
Sivilizasiyalı kapitalist ölkələri ilə keçmiş müstəmləkə zülmündən azad olmuş
ölkələrin inkişaf səviyyəsi arasında fərqin dərinləşməsi də hazırda ciddi təhlükə
mənbəyidir. BMT-nin məlumatına görə hazırda inkişaf etmiş ölkələrdə inkişaf etməkdə
olan ölkələr arasında milli məhsula görə fərq 12:1 nisbətindədir. Hesablamalar göstərir ki,
bu nisbət yaxın illərdə demək olar ki, dəyişilməyəcəkdir. Hazırda dünya üzrə təbii
ehtiyatların 60 faizi, kənd təsərrüfatı ü^rə yararlı əkin sahəsinin 70 faizi və əmək
qabiliyyətli əhalinin 2/3 hissəsi «nkişaf etməkdə olan ölkələrin payına düşür. Lakin
onların xüsusi çəkisi düaya sənaye məhsu- lımda cəmi 7 faizi, kənd təsərrüfatı məhsulu
üzrə 1/3-ə qədər və milli gəlir üzrə də 1/3-dən azı təşkil edir. Bu ölkələrdə 1815 milyc'*!
yoxsul vəziyyətdə, o cümlədən 706 milyon nəfər mütləq mənada dilənri vəziyyətində
yaşayır. İnkişaf etmiş kapitalist ökələri ilə müstəmləkə ölələrinin səviyyəsi arasında fərq
çoxaldıqca, milyonlarla adamın aclıq, yo->^ulluq və xəstəlikdən Ölməsi ehtimalı da
çoxalır. Qeyd olunan hal bir çox sos»al münaqişələr, təhlükəli toqquşmalar, yeni
müharibələr törədə bilir. Beləlik/'?, beynəlxalq münasibətlər sisteminə sarsıdıcı zərbə
vurur.
475
indiki şəraitdə əhali artımı ilə əlaqədar olaraq onun lazımi miqdarda ərzaqla təmin
edilməsində çətinliklər qarşıya çıxır. İş burasındadır ki, iqtisadi cəhətdən zəif olan
ökələrdə əhali daha da sürətlə artır. Buna görə də dünya əhalisinin çox hissəsi həmin
ölkələrin payına düşür. Nəticədə onsuz da ərzaqla təchizatı ağır vəziyyətdə olan bu
ölkələrdə çox böyük təhlükə yaranır.
Yuxarıda qeyd olunan qlobal problemlər xüsusiyyətlərinə: məzmunlu və yaratdığı
təhlükəyə görə eyni deyildir. Lakin onların hamısına xas olan ümumi cəhət odur ki, onların
vaxtında həll olunması vacibdir. Əks halda bu problemlər nəinki cəmiyyətin inkişafı
yolunda ciddi maneəyə çevrilir, hətta sivilizasiyanın varlığını və gələcəyini təhlükə altına
alır.
Buna görə də təsadüfi deyildir ki, hazırda qlobal problemlərin təhlilinə ma
raq
durmadan artır. Müxtəlif üıturologiya nəzəriyyələrin nümayəndələri onlara həsr olunmuş
çoxlu əsərlər yazmışlar. Doğrudur onlar çox vaxt bəşəriyyətin qarşısında duran qlobal
problemləri həddən artıq şişirdərək pessimist nəticələrə gəlib çıxır, göstərirlər ki,
bəşəriyyətin gələcəyini fəlakət gözləyir. Yer kürəsində əhalinin sayı sürətlə artır, təbii
sərvətlər, xüsusən də ərzaq ehtiyatları isə tükənmək üzrədir. Lakin nəzərdə tutulmalıdır ki,
müasir sivilizasiya inkişaf etdikcə onun iqtisadi və mənəvi potensialı da artır, qlobal
problemlərin həllinə yönələn fəaliyyət də güclənir. Dünyada qərarlaşmış olan indiki
vəziyyəti düzgün əks etdirən yeni siyasi təfəkkür sivilizasiyanı keyfiyyətcə yeni səviyyəyə
qaldırmağa yönəlir. Bu təfəkkür öyrədir ki, müasir inkişafın dialektikası dünya miqyasında
ölkələrin əməkdaşlığı və qarşılıqlı asılılığı meylinin artmasında ifadə olunur. Belə şəraitdə
ümumbəşəri sərvətlər bu və ya digər dövlətlərin və ya siniflərin mənafeyindən yüksəkdə
durur.
Dünya ölkələrinin artmaqda olan birliyi, vəhdəti ölkələr və xalqlar arasındakı
münasibətlərin ideolojiləşdirilməsinin aradan qaldırılmasını, sinfi mənafe ilə müqayisədə
ümumbəşəri mənafelərin ön plana çəkilməsini zəruri edir. Belə ki, müasir dövrdə ictimai
tərəqqinin başlıca istiqamətini bu və ya digər sinfin, ictimai qrupun, millətin mənafeyi
deyil, məhz ümumbəşəri mənafelər təşkil etdiyi getdikcə daha aydın görünməkdədir.
Qeyd olunmalıdır ki, qlobal problemlər asan həll olunmur. Bu yolda obyektiv
və subyektiv xarakterli çətinlikiər özünü göstərir. Birinci qəbildən olan çətinliklər
aşağıdakılardır: qlobal problemlər təbiətən bütün bəşəriyyətə aiddir, onlan həll etmək üçün
dünya miqyasında birgə fəaliyyət göstərilməsi tələb olunur. Sonra, onların həlli
elmi-texniki və texnoloji cəhətdən çox mürəkkəbdir. Buna görə də cəmiyyətdə
elmi-texniki inkişafın səviyyəsi, bəzən onları həll etmək üçün kifayət etmir. Həm də qlobal
problemlər sürətlə çoxalır, özü də bir sıra çətinliklər (xüsusən də insan-təbiət
münasibətlərinin tənzim edilməsində) yaradır. Göstərilən obyektiv çətinliklərlə yanaşı
subyektiv xarakterli çətinliklər də özünü göstərir. Məsələn, mühüm elmi-texniki və
iqtisadi tədbirlər hazırlanarkən bə2ən onların ətraf mühitə göstərəcəyi mənfi təsirlər
yetərincə nəzərə alınmır. Bir sıra hallarda tullantılardan istifadə olunması, torpağın bərpa
olunması, istifadə olunmuş suyun bioloji təmizlənməsi məsələlərinə lazımi diqqət
yetirilmir. Bu məsələlərdə ətalət, ənənəvi stereotiplərdən ləng əl çəkilməsi, şüu
476