məsini təmin etmək məqsədilə onların üzərində nəzгırətin gücləndirilməsi uğ- runda
alimlərin beynəlxalq hərəkatı genişlənir. Bəşəriyyətin taleyi, sivilizasiyanın gələcəyi
mənafeləri elmi-texniki nailiyyətlərin etik normaları və dəyərlərlə uyğunlaşdırılmasma
diqqəti artırmağı tələb edir. Elmi tədqiqatların humanist ideallarla birləşdirilməsi
zəruriliyinin başqa bir alternativi yoxdur. Elmi idrak ilə humanist, etik prinsiplərin üzvi
şəkildə əlaqələndirilməsi sosial tərəqqinin gələcək inkişafınm rəhnlcfir.
3.
Müasir dövrün qlobal problemləri
Müasir şəraitdə dünya sivilizasiyası cəmiyyət, insan və təbiət arasında qarşılıqlı
münasibətlərin daha da inkişafı ilə səciyyələnir. Bununla yanaşı hazırda ictimai tərəqqi
həm də bir sıra qlobal, ümumbəşəri problemlər doğurur ki, dünya sivilizasiyasının taleyi,
bəşəriyyətin bu günü və gələcəyi onların həllindən çox asılıdır. Bu qlobal problemlər
hansılardır? Göstərmək lazımdır ki, bəzən onların tərkibinə hazırda qarşıda duran bütün
təbii-elmi, elmi-texnixi və sosial problemləri daxil edirlər. Bu cür yanaşdıqda qlobal
problemlər bəşəriyyətin qarşısında duran bütün vəzifələr içərisində əriyir. Əslində qlobal
problemlər bəşəriyyətin həll edəcəyi bütün vəzifələri deyil, onun taleyi ilə bağlı olan ən
əsas vəzifələri əhatə edir. Hər şeydən əwəl, onlar öz mahiyyəti etibarilə bütün bəşəriyyətin
mənafeyini ifadə edən, perspektivdə isə onun gələcəyini müəyyən edəcək ümumbəşəri
xarakterli problemlərdir. Digər tərəfdən, buraya elə problemlər aiddir ki, onlar sözün əsl
mənasında ümumdünya xarakteri daşıyır, yəni dünyanın bütün əsas regionlarında
cəmiyyətin inkişafınm obyektiv amili kimi çıxış edir. Sonra, bunlar elə problemlərdir ki,
onların vaxtında həll olunmaması bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə törədir, odur
ki, cəmiyyətin gələcək tərəqqisi naminə onlar gecikmədən həll olunmalıdır. Nəhayət,
qlobal problemlərə elə təbii, elmi-texniki, sosial-siyasi problemlər daxildir ki, onları bütün
bəşəriyyətin gərgin, ümumi əməyi və birgə səyləri nəticəsində həll etmək mümkündür.
Onlar bir ölkənin və dövlətin gücü ilə, yerli və ya regional miqyasda həll edilə bilməz.
Yuxarıda göstərilən əlamətlərə əsasən müasir dövrün qlöbal problemlərinin
aşağıdakı növlərini göstərmək olar:
-
xalqlar arasında həyati mənafelər üzrə razılıq, qarşılıqlı etimad və ümumbəşəri
həmrəylik əsasında
sosial tərəqqinin dinc, sülh yolu ilə inkişafının təmin
edilməsi;
-
inkişaf etmiş qərb dövlətləri ilə zəif inkişaf etmiş Asiya, Afrika və Latın
Amerikası ölkələri arasında iqtisadi və mədəni inkişaf səvİ
30
'əsindəki artmaqda olan
fərqin aradan qaldırılması;
-
bəşəriyyətin inkişafı üçün zəruri olan təbii ehtiyatlara və xammala (bərpa olunan
və bərpa olunmayan ehtiyatlara), o cümlədən lazımi miqdarda və keyfiyyətli ərzaq
məhsullarına və enerjiyə artmaqda olan tələbatınm ödənilməsi;
-
insanın biosferaya geniş miqyasda müdaxilə etməsinin faciəli nəticəsi olan
ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpağm və su hövzələrinin) sənaye və kənd
təsərrüfatı tullantıları ilə hədsiz dərəcədə çirklənməsinin qarşı
473
sının alınmäsı; inkişaf etməkdə olan ölkələrdə sürətli artımın, demoqrafik partlayışın
məhdudlaşdmiması və inkişaf etmiş ölkələrdə doğumun əhali artımının normal həddindən
aşağı olması nəticəsində yaranan demoqrafik böhranın aradan qaldmlması. Burada
əhalinin sadə təkrar istehsalının təmin edilməsi və əhalinin nisbi qocalmasının qarşısının
alınması; elmi-texniki inqilabın törətdiyi arzuolunmaz nəticələri irəlicədən görmək və
aradan qaldırmaq, onun yaratdığı misilsiz imkanlardan bütövlükdə cəmiyyətin və
şəxsiyyətin mənafeyi naminə istifadə edilməsi;
- əhalinin sağlamlığının qorunması ilə əlaqədar səhiyyənin qarşısında duran
vəzifələrin yerinə yetirilməsi (Spidə, narkomaniya ya və digər dəhşətli xəstəliklərə qarşı
səmərəli mübarizə aparılması), təhsil və ictimai təminatın yaxşı- laşdmlması, keçmişin
mədəni irsinə və əxlaqi dəyərlərə münasibətlə bağlı məsələlərin həll edilməsi.
Əlbəttə, həmin problemlərin xeyli hissəsi əvvəllərdə mövcud olmuşdur. Lakin
indiki şəraitdə onlar kəsgin şəkil almışdır. Qlobal problemlərin həlli yollarını işləyib
hazırlamaq və həyata keçinnək üçün birinci növbədə on- lann mahiyyəti və yaranma
səbəbləri araşdırılmalıdır. Bəzi qlobalist nəzəriyyələr bu problemləri fatalist mövqedən
izah edərək onların labüdlüyünü, qarşısıalın- mazlığını sübut etməyə çalışırlar. Onlarm
fikrincə bu problemlər labüd olaraq və avtomatik surətdə faciəli nəticələrə gətirib
çıxarmalıdır. Bu mövqe doğru deyildir. istər hazırki dövrdə mövcud olan, istərsə də
gələcəkdə yarana biləcək qlobal problemləri mütərəqqi ictim.ai qüvvələrin fəaliyyətini,
baxış və məqsədlərini birləşdirmək əsasında tam həll etmək mümkündür.
Bəşəriyyətin bütün tarixi ərzində tədricən əmələ gəlmiş və müasir dövrdə isə
kəskin şəkildə çıxış edən qlobal problemlərin yaranması aşağıdakı iki yol ilə baş
vermişdir. Onlar bir tərəfdən insan və onun şüurlu fəaliyyətinin inkişafı, insanla təbiət
arasındakı
münasibətlərin
təkmilləşməsi
nəticəsidir.
Bu
əmək
alətlərinin
təkmilləşməsində, cəmiyyətin maddi mədəniyyəti və istehsalın inkişafında ifadə olunur.
Digər tərəfdən, qlobal problemlərin yaranması, dərinləşməsi, bəşəriyyətin gələcəyi üçün
təhlükəyə çevrilməsi xeyli dərəcədə sosial tərəqqinin ziddiyyətli təbiəti ilə izah olunur.
Qlobal problemlər öz mənşəyinə və təbiətinə görə ikitərəfli xarakter daşıyır.
Onlarda təbii və sosial tərəfi bir-birindən ayırmaq olmaz. Doğrudan da insanla təbiət
arasında özünü göstərən qlobal problemləri yalnız müəyyən sosial münasibətlər şəraitində
həll etmək olar. Digər tərəfdən müharibə və sülh problemi, yaxud inkişaf etməkdə olan
ölkələrin geriliyi sosial sferada yaranmasına baxmayaraq təbii tərəfə, yəni "insan-təbiət"
münasibətlərinə güclü təsir göstərir.
Deyilənlərdən aydın olur ki, qlobal problemləri həll etmək üçün iki qrup ilkin
şərtlər yaratmaq tələb olunui'. Bunlardan birincisi, elmi-texniki tərəqqini həyatın irəli
sürdüyü məsələlərə cavab verə biləcək səviyyədə inkişaf etdirmək, ikincisi isə həmin
problemləri faktiki surətdə həll etməyə imkan verən sosial- siyasi şəraitin yaradılmasıdır.
Müasir dövrün bütün qlobal problemləri bir-birilə sıx vəhdətdə çıxış edir və
474