tərəqqisi gedişində insan süni surətdə yaratdığı vasitələrin köməyi ilə öz təbii yaddaşını
hüdudsuz şəkildə genişləndirir.
Buna görə də guya gələcəkdə insanın psixiki və əqli yüksəlişinin imkanlarının
sonu çatacağı haqqında baxışlar əsassızdır. Təhsil və tərbiyə sisteminin düzgün təşkil
ediləcəyi şəraitdə bir tərəfdən insan beyninin nəhəng miqdarda informasiya tutumu
qabiliyyəti (insan hafizəsi 10 milyard bit informasiyanı əhatə edə bilir) səmərəli istifadə
olunur, digər tərəfdən isə onun əqli fəaliyyətini faktiki olaraq hüdudsuz edən texniki
vasitələr köməyə gəlir.
Bəşəriyyətin inkişaf tarixi sübut edir ki, hər bir dövrdə gələcək özbaşına meydana
gəlmir, insanların şüurlu praktiki fəaliyyəti ilə yaradılır. Hər bir nəsil özündən sonrakı
nəslin yaşaması və inkişafı üçün təməl yaradır. Bu proses asan və rəvan yolla getmir, öz
yolunda bir çox təbii və sosial xarakterli maneələri dəf etməli olur. Eynilə də müasir
şəraitdə sosial tərəqqi bir-birinə əks olan müxtəlif meyllərin, istiqamətlərin mübarizəsi,
qrup və milli mənafelərin toqquşması nəticəsi kimi çıxış edir. Lakin dünya miqyasında
əksliklərin bir-birinə qarşı dunnası səviyyəsi eyni deyildjr. Bu mənada hazırda bir çox
ziddiyyətli meyllər vardır ki, onlar uzun müddət yanaşı mövcud ola bilir, çünki onların
fəaliyyəti biri digərini istisna etmir. Müasir dövrdə geniş şəkildə özünü göstərən milli
münasibətlər sahəsində bir-birinin əksi olan iki meyl, bir tərəfdən xalqlann öz
müqəddəratım təyin etmək, milli müstəqillik və suverenlik uğrunda mübarizəsi, digər
tərəfdən isə milli qapalılığm aradan çıxması, millətlər arasında müxtəlif sahələrdə
ünsiyyətin genişlənməsi və beynəlmilləşmə meyli buna misal ola bilər.
Müasir tarixi prosesin aparıcı meylləri aşağıdakılardır: nüvə təhlükəsindən
azad dinc dünya uğrunda mübarizə aparan qüvvələrin çoxalması; xalq kütlələrinin
getdikcə daha geniş təbəqələrinin rolunun artması; həyatın müxtəlif sahələrində
demokratikləşmənin dərinləşməsi; beynəlxalq münasibətlərin bütün tərəflərinin
beynəlmilləşməsi; insan amilinin rolunun artması; şəxsiyyət azadlığının və humanist
dəyərlərin miqyasının genişlənməsi; sosial ədalətə doğru inkişaf; bəşəriyyətin
elmi-texniki imkanlarının sürətlə genişlənməsi və onlardan humanist məqsədlər üçün
istifadə edilməsinin artması; insan ilə təbiətin qarşılıqlı münasibətlərində ahəngdarlığın
çoxalması.
Bəşəriyyətin gələcəyi məhz bu meyllərin aparıcı rol oynaması şəraitində
yaradılmaqdadır. Tarixi perspektivdə bu meyllər daha dolğun fəaliyyət göstərəcəkdir.
Çünki gələcəkdə bir tərəfdən indi özünü göstərən mütərəqqi meyllərin reallaşması üçün
daha əlverişli şərait yaranacaq, digər tərəfdən isə gələcəkdə indi belli olmayan, bir sıra
yeni imkanlar yaranacaqdır. Əlbəttə, keçmişdə olduğu kimi gələcəkdə də ola bilər ki, real
imkanların ən çox ehtimal olunanları heç də həmişə öz təcəssümünü tapmasın. Çox şey
real şəraitdən, insanların şüurlu və aktiv fəaliyyətindən asılı olacaqdır. Sosial
proqnozlaşdırmada humanist məqsəd gələcəyi elmi surətdə irəlicədən görməktə, baş verə
biləcək arzuolunmaz nəticələri, çətinlik və əyintiləri vaxtında aşkar etmək, beləliklə də
sosial tərəqqini sürətləndirməyə yönələn şüurlu fəaliyyətə düzgün istiqamət vermək
məqsədi güdür.
479