H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə238/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   232   233   234   235   236   237   238   239   240

tərəqqisi gedişində insan süni surətdə yaratdığı vasitələrin köməyi ilə öz təbii yaddaşını 

hüdudsuz şəkildə genişləndirir. 

Buna görə də guya gələcəkdə insanın psixiki və əqli yüksəlişinin imkanlarının 

sonu çatacağı haqqında baxışlar əsassızdır. Təhsil və tərbiyə sisteminin düzgün təşkil 

ediləcəyi  şəraitdə  bir  tərəfdən  insan  beyninin  nəhəng  miqdarda  informasiya  tutumu 

qabiliyyəti (insan hafizəsi 10 milyard bit informasiyanı əhatə edə bilir) səmərəli istifadə 

olunur,  digər  tərəfdən  isə  onun  əqli  fəaliyyətini  faktiki  olaraq  hüdudsuz  edən  texniki 

vasitələr köməyə gəlir. 

Bəşəriyyətin inkişaf tarixi sübut edir ki, hər bir dövrdə gələcək özbaşına meydana 

gəlmir,  insanların  şüurlu  praktiki  fəaliyyəti  ilə  yaradılır.  Hər  bir  nəsil  özündən sonrakı 

nəslin yaşaması və inkişafı üçün təməl yaradır. Bu proses asan və rəvan yolla getmir, öz 

yolunda  bir  çox  təbii  və  sosial  xarakterli  maneələri  dəf  etməli  olur.  Eynilə  də  müasir 

şəraitdə sosial tərəqqi bir-birinə əks olan müxtəlif meyllərin, istiqamətlərin mübarizəsi, 

qrup və milli mənafelərin toqquşması nəticəsi kimi  çıxış edir. Lakin dünya miqyasında 

əksliklərin  bir-birinə  qarşı  dunnası  səviyyəsi  eyni  deyildjr.  Bu  mənada  hazırda  bir  çox 

ziddiyyətli meyllər vardır ki, onlar uzun müddət yanaşı mövcud ola bilir, çünki onların 

fəaliyyəti  biri  digərini  istisna  etmir.  Müasir  dövrdə  geniş  şəkildə  özünü  göstərən  milli 

münasibətlər  sahəsində  bir-birinin  əksi  olan  iki  meyl,  bir  tərəfdən  xalqlann  öz 

müqəddəratım  təyin  etmək,  milli  müstəqillik  və  suverenlik  uğrunda  mübarizəsi,  digər 

tərəfdən  isə  milli  qapalılığm  aradan  çıxması,  millətlər  arasında  müxtəlif  sahələrdə 

ünsiyyətin genişlənməsi və beynəlmilləşmə meyli buna misal ola bilər. 



Müasir  tarixi  prosesin  aparıcı  meylləri  aşağıdakılardır:  nüvə  təhlükəsindən 

azad  dinc  dünya  uğrunda  mübarizə  aparan  qüvvələrin  çoxalması;  xalq  kütlələrinin 

getdikcə  daha  geniş  təbəqələrinin  rolunun  artması;  həyatın  müxtəlif  sahələrində 

demokratikləşmənin  dərinləşməsi;  beynəlxalq  münasibətlərin  bütün  tərəflərinin 

beynəlmilləşməsi;  insan  amilinin  rolunun  artması;  şəxsiyyət  azadlığının  və  humanist 

dəyərlərin  miqyasının  genişlənməsi;  sosial  ədalətə  doğru  inkişaf;  bəşəriyyətin 

elmi-texniki  imkanlarının  sürətlə  genişlənməsi  və  onlardan  humanist  məqsədlər  üçün 

istifadə edilməsinin artması; insan ilə təbiətin qarşılıqlı münasibətlərində ahəngdarlığın 

çoxalması. 

Bəşəriyyətin  gələcəyi  məhz  bu  meyllərin  aparıcı  rol  oynaması  şəraitində 

yaradılmaqdadır.  Tarixi  perspektivdə  bu  meyllər  daha  dolğun  fəaliyyət  göstərəcəkdir. 

Çünki gələcəkdə bir tərəfdən indi özünü göstərən mütərəqqi meyllərin reallaşması üçün 

daha əlverişli şərait yaranacaq, digər tərəfdən isə gələcəkdə indi belli olmayan, bir sıra 

yeni imkanlar yaranacaqdır. Əlbəttə, keçmişdə olduğu kimi gələcəkdə də ola bilər ki, real 

imkanların ən çox ehtimal olunanları heç də həmişə öz təcəssümünü tapmasın. Çox şey 

real  şəraitdən,  insanların  şüurlu  və  aktiv  fəaliyyətindən  asılı  olacaqdır.  Sosial 

proqnozlaşdırmada humanist məqsəd gələcəyi elmi surətdə irəlicədən görməktə, baş verə 

biləcək arzuolunmaz nəticələri, çətinlik və əyintiləri vaxtında aşkar etmək, beləliklə də 

sosial  tərəqqini  sürətləndirməyə  yönələn  şüurlu  fəaliyyətə  düzgün  istiqamət  vermək 

məqsədi güdür. 



479 


M Ü N D Ə R I C A T  

Giriş. 

I

 

HİSSƏ 

FƏLSƏFƏNİN PREDMETİ 

VƏ BİLİKLƏR SİSTEMİNDƏ 

YERİ 

I

 

FƏSİL 

FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜDÜR 

1.

 

Fəlsəfəni öyrənməyin əhəmiyyəti ................................................................................................................. 5 

2.

 

Dünyagörüşünün məzmunu, səviyyələri və tarixi formaları ..................................................................... 8 

3.

 

Fəlsəfi dünyagörüşün səciyyəvi cəhətləri .................................................................................................. 13 

II

 

FƏSİL 

FƏLSƏFƏ NƏYİ ÖYRƏNİR 

FƏLSƏFƏNİN FUNKSİYALARI 

1.

 

Fəlsəfənin predmeti ..................................................................................................................................... 16 

2.

 

Fəlsəfənin funksiyaları ............................................................................................................................... 18 

3.

 

Fəlsəfə və digər elmlər ................................................................................................................................ 22 

ü HİSSƏ 

FƏLSƏFƏNİN YARANMASI VƏ 

İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ 

I FƏSİL 

FƏLSƏFƏNİN YARANMAS! ŞƏRAİTİ. 

QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ 

1.

 

Fəlsəfənin yaranmasmm ümumi qanunauyğunluqları və spesifik cəhətləri ........................................ 27 

2.

 

Yaxın Şərq ölkələrində ilkin fəlsəfi təsəvvürlərin yaranması ............................................................... 30 

3.

 

Qədim Hindistanda və Çində fəlsəfə ...................................................................................................... 32 

IIFƏSİL 

ANTİK 

FƏLSƏFƏ 

1.

 

Qədim Yunanıstanda fəlsəfənin yaranması və inkişafının əsas mərhələləri ........................................ 36 

2.

 

Antik dövrün varlıq təlimləri .................................................................................................................. 37 

3.

 

Antik fəlsəfədə insan problemi................................................................................................................ 40 

lUFƏSİL 

ORTA ƏSRLƏRDƏ QƏRBDƏ FƏLSƏFİ FİKİR 

1.

 

Orta əsrlər qərb fəlsəfəsinin yaranması və xüsusiyyetəri. 

„45 

480 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə