H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə233/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   229   230   231   232   233   234   235   236   ...   240

ictimai proseslər reallaşdıqca bu metodun məzmunu təshih olunur, dəqiqləşir. 

Z.Tarixi analogiya metodu, gələcəyi öyrənərkən ictimai prosesləri və hadisələri 

keçmişdə baş verənlərə bənzətməklə tarixi təcrübədən istifadə etməyi əsas götürür. Lakin 

bu metodu mütləqləşdirmək olmaz, çünki keçmişdə baş verən tarixi proses və hadisələr 

heç vaxt olduğu kimi gələcəkdə təkrar oluna bilməz. 

3.

 

Kompyuter  vasitəsilə  modelləşdirmə  metodu,  elektron  hesablama 



maşınlarının  (kompyuterlərin)  köməyilə  gələcəkdə  baş  verəcək  ictimai  proseslər  və 

hadisələrin  riyazi  modelinin  verilməsinə  əsaslanır.  Hər  bir  riyazi  modeldə  sosial 

gerçəkliyin müxtəlif tərəflərini əks etdirən dəyişən kəmiyyətlərin miqdarı əsas götürülür. 

4.

 



Gələcəyin  ssenarisinin  yaradılması  metodu,  digər  metodlardan  da  istifadə 

etmək  yolu  ilə  gələcəkdə  ictimai  həyatın  təşkili  və  müxtəlif  tərəflərinin  mənzərəsini 

göstənnəyi nəzərdə tutulur. 

5.

 



Ekspert qiymətləndirmə metodu sosial proqnozlaşdırmada çox mühüm yer tutur. 

Bu metod real tarixi prosesin perspektivini doğru, adekvat nəzəri tə- səv'/ürlər formasında 

başqa  metodların əldə  etdiyi  nəticələri  düzgün  təhlil etmək  əsasında  raüəy^^ən etməyə 

yönəlir. 

Qeyd  olunmalıdır  ki,  gələcək  haqqında  uzunmüddətli  proqnozlar  işlənib 

hazırlanarkən bu metodlar vəhdət halında götürülür, oıılann hər birinə ayrı-ayrılıqda xas 

olan məhdudluqlar aradan qaldırılır və üstünİüRtərdən istifadə olunur. 

Hansı  metodlar  üzrə  tərtib  olunmasından  asılı  olmayaraq  sosial  proqnozlar 

məzmununa və məqsədinə görə aşağıdaki dörd növə ayrılır; 

1.

 

Axtarış xaraktedi proqnozlar (realist proqnozlar). Bu növ proqnozlarda ictimai 

fəaliyyətin müxiəıif sfera və sahələrində inkişafın bu gün üçün özünü göstəmıəkdə olan 

meyllərini  ümumiləşdurnək  əsasında  gələcəyin  mənzərəsi  müəyyən  olunur.  Onların 

müəllifləri iqtisadi planlaşdırma, müxtəlif sosiaJ proqramlar və islahatlar həyata keçirmək 

təlabatından doğan bilavasitə praktiki məqsəd güdürlər. 



2.

 

Analitik proqnozlar  gələcəyi tədqiq etməyin mü-xtəlif metod və vasitələrinə, 

onlann idraki əhəmiyyətinə arxalanmaqla elmi məqsədlər irəli sürür. Həmin proqnozların 

tərtib edilməsi, sosial uzaqgörənlik elminin malik olduğu ideya cəbbəxanasına əsaslanır. 

Bu  halda  xüsusilə  də  müxtəlif  füturoloji  konsepsiyalann  statistik  və  məntiqi 

dəlilləri, sübutlar (verifıkasiyası) əsas götürülür. 

S.Normativ  proqnozlar  gələcəkdə  müəyyən  məqsədlər  əldə  etməyə  yönələn, 

müvafiq plan və proqramlan yerinə yetirmək üçün müxtəlif praktiki tövsiyələr irəli sürür. 

Onlar əsas etibarilə gələcəyin mənzərəsini arzu olunan istiqamətdə təsvir edir və ya bu 

mənzərənin digər alternativlər ilə müqayisədə üstün olduğunu sübut etməyə yönəlir. 



4.Qoruyucu,  (mühafizəedici)  xarakterli  proqnozlar  insanların  şüur  və 

hərəkətlərinə  bilavasitə  təsir  göstərməklə  onları  gələcəkdə  gözlənilən  arzuolunmaz 

nəticələri aradan qaldırmağa sövq etmək məqsədi güdür. Bu proqnoz- 



larm müəllifləri gələcəyin faciəli və kədərli mənzərəsini irəlicədən başa salmaqla ictimai 

rəyi onun qarşısını almağa səfərbər edirlər. 

Normativ proqnozlar ilə axırıncı növ proqnozlar (qoruyucu, hifzedici proqnozlar) 

bir-birinə çox yaxmdır. Bunların hər ikisinin əsas məqsədi kütlələrin şüur və davranışına 

məqsədyönlü istiqamət verməkdir. 

Sosial proqnozlaşdırmanın yuxarıda verilən təsnifatı xeyli dərəcədə nisbi xarakter 

daşıyır. Belə ki, əksər proqnozlar bir növün hüdudları ilə məhdudlaşmır, digər növlərin 

xassələrini də əhatə edir. 

Gələcək  haqqında  uzumnüddətli  sosial  proqnozlar  elmin  gələcəyi  irəlicədən 

görmə  funksiyası  ilə  bilavasitə  əlaqədardır.  Lakin  bu  proqnozların  məzmununda 

elmi-idraki  tərəflə  yanaşı  həm  də  ideoloji  səpki  özünü  göstərir.  Belə  ki,  gələcəyə  dair 

sosial  proqnozları  hazırlayarkən  bu  və  ya  digər  sosial  qrupun,  millətin  nümayəndələri 

burada öz mənafelərini də əks etdirirlər. 

Müasir  dövrdə  gələcəyin  öyrənilməsi,  sosial  proqnozlaşdırma  bu  və  ya  digər 

konkret elmin hüdudlarından kənara çıxır. Bu təbiidir, çünki yalnız iqtisadi və demoqrafik 

inkişafın,  elmi  texniki  və  mədəni  tərəqqi  göstəricilərinin,  beynəlxalq  münasibətlərin 

perspektivinin təhlili əsasında həqiqi proqnozlar yaratmaq mümkündür. 

Müasir dövrdə baş verən elmlərin inteqrasiyası meyli gələcək haqqında elmlərdə 

de  özünü  göstərir.  Bunun  nəticəsidir  ki,  hazırda  gələcəyin  öyrənilməsi,  bəşəriyyətin 

perspektivlərinin tədqiqi getdikcə daha artıq dərəcədə müxtəlif elmlərin birgə fəaliyyəti 

obyektinə  çevrilir.  Bu  prosesdə  humanitar,  təbii  elmi  və  texniki  elmlərin  əməkdaşlığı, 

elmlərarası kompleks tədqiqatlar aparılması daha çox zəruri olur. 



2.

 

Elmi texniki inqilab və bəşəriyyətin gələcəyi 

Müasir  elmi-texniki  inqilab  XX  əsrin  ikinci  yarısından  etibarən  geniş  fəaliyyət 

göstərməyə başlamışdır. O, müasir dövrün universal hadisəsi olmaqla cəmiy>''ətdə əsaslı 

irəliləyişlər yaradır. Elmi-texniki inqilabın mühüm rolu təkcə ümumdünya tarixinin bu 

günü  ilə  məhdudlaşmır.  O,  həm  də bəşəriyyətin  gələcəyi  ilə  əlaqədar  məsalələrin  həlli 

baxımından artmaqda olan əhəmiyyət kəsb etməkdədir. 

Müasir  elmi  texniki  inqilabın  törətdiyi  əsaslı  texnoloji  çevriliş  _  təkcə 

iqtisadiyyatda deyil, ictimai həyatın bütün sahə və tərəflərində hiss olunur. Bu mənada 

elmi-texniki  inqilab  bəşəriyyətin  ümumi  yüksəlişinin,  gələcək  inkişafınm  çox  mühüm 

amili kimi çıxış edir. Təsadüfi deyildir ki, gələcək cəmiyyətdə humanist idealların həyata 

keçirilməsində sosial və siyasi dəyişikliklərlə yanaşı, elmi-texniki amillərə də böyük yer 

verilir. 

Elmi-texniki  inqilabın  ictimai  həyatdakı  rolu  bu  gün  üçün  xüsusilə  böyükdür. 

Müasir  dövrdə  mikroelektronika,  informatika,  robot  texnikası,  biotexnologiya  və 

elmi-texniki  inqilabın  digər  istiqamətləri  bütün  dünyada  güclü  dəyişdirici  rol  oynayır. 

Elmi-texniki  inqilab  nəticəsində  bəşəriyyət  qısa  müddət  ərzində  təbiət  qüvvələrinin 

sirlərinin dərk olunması və onlardan praktiki istifadə edilməsində 



470 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə