H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə230/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   226   227   228   229   230   231   232   233   ...   240

Bu münasibətdə şəxsiyyətin malik olduğu mütləq dəyərlər həyatın mənası, xeyir, 

ədalət, gözəllik, həqiqət, azadlıq və sair müstəsna əhəmiyyət kəsb edir. 



Dəyərlərin  bu  tipi  şəxsiyyətin  sosiallaşması  prosesində  birinci  dərəcəli  rol 

oynayır. Onların həyata keçməsi öz mahiyyəti etibarilə şəxsiyyətin strukturunu müəyyən 

edən  ən  dərin  qatların  reallaşması  deməkdir.  Bu  dəyərlər  olmadan  şəxsiyyətin  normal 

həyatı  qeyri-mümkündür.  Məsələn,  müəyyən  səbəblər  üzündən  öz  həyatının  mənasını 

görə bilməyən adam tezliklə həyatının uğursuz olduğu qənaətinə gəlir, bəzən də özünü 

intihar  edir.  Eyni  fikri  öz  həyatını  və  başqa  yüksək  dəyərləri  reallaşdırmaq  imkanları 

olmayan şəxsiyyət haqqında da demək olar. 

Qeyd olunmalıdır ki, həyati əhəmiyyətli dəyərlər və həyatın mənası məsələsi heç 

vaxt indiki qədər aktual olmamışdır. Hazırda bu məsələ bütövlükdə bəşəriyyət qarşısında 

və o cümlədən də hər bir insan qarşısında tam kəskinliyi ilə durur. Təsadüfi deyildir ki, 

həyatın mənasını düzgün anlam.aqda çətinlik çəkən adamlarda tez-tez ömrün gərəksizliyi 

hissi  yaranır.  Görkəmli  psixoloq  V.Frankl  belə  vəziyyətin  yaranmasını  aşağıdakı  kimi 

izah  edir;  "Heyvandan  fərqli  olaraq  instinktlər  insana  nə  lazım  olduğunu  diktə  etmir. 

Dünənki insandan fərqli olaraq ənənələr də bugünkü insana ona nə etməli olduğunu diktə 

etmir. Beləliklə, ona nə lazım olduğunu və necə hərəkət etməli olduğunu bilməyən insan 

özünün nə istədiyi haqqında aydın təsəvv^ürə malik olmur. Nəticədə o, ya başqalarının 

istədiyini  istəyir  (konfonnizm),  ya  da  başqalarının  istədiyi  kimi  hərəkət  etməli  olur 

(totalitarizm).' Məşhur Amerikan psixoloqu A.Maslou şəxsiyyətin sosial- laşmasında bu 

cür  ali  dəyərlrərin  çox  böyük  rol  oynadığını  göstərirdi.  Onun  fikrincə  bütün  özünü 

aktuallaşdıran adamlar müəyyən faydalı işə cəlb olunurlar. Onlar bu işi həyatın yüksək 

dəyəri hesab edir və ona sadiq qalırlar. O yazırdı: "Biri həyatını qanuna, digəri ədalətə, 

başqa birisi isə gözəlliyə və ya həqiqətə həsr edir. Onların hamısı bu və ya digər tərzdə öz 

h

əyatım 

ali varlıq xarakteri kəsb edən dəyərlərə həsr edirlər. Başqa sözlə deyilsə, ən yüksək 

və əsl dəyərlərə həsr edirlər. Belə dəyərlərin sayı on dörddür. Əsasları aşağıdakılardır: 

həqiqət, gözəllik, xeyirxahlıq, kamillik, sadəlik, hərtərəflilik və sair.^ 

Varlığın bu dəyərləri ən mühüm tələbatlar kimi çıxış edir. Onlar şəxsiyyət üçün 

müstəsna əhəmiyyətə malikdir. Bunu ondan görmək olar ki, həmin dəyərlərdən hər hansı 

birinin  məhdudlaşdırılması  insanın  ruhunu  patoloji  vəziyyətə  gətirə  bilir.  Buradan 

aydındır ki, həmin dəyərlər əksəriyyət üçün həyatın mənası rolunu oynayır. 



Yuxarıda  qeyd  olunan  ali  dəyərlər  və  birinci  növbədə  həyatın  mənası 

"ekzistensial vakuum" (V.Frankl) adlanan problem ilə sıx bağlıdır. Ek- 

zistensial  vakuum  dedikdə  elə  bir  vəziyyət  başa  düşülür  ki,  insan  çoxsaylı  dəyərlər 

içərisində dolaşıb qalır və yaxud da heç bir dəyər tapa bilmir. Belə vəziyyət müasir dövrdə 

yaşayan insanlar arasında kifayət qədər geniş yayılmışdır. Belə ki, uzun müddət ərzində 

mövcud olmuş ənənəvi və nisbi sabit dəyərlər 

' Bax: Франка В. Человек в носиках смысла. М., 1990, с. 25 ^ Вах: Маслоу А. 

Самоактуализация (Психология личности). М., 1982, с. ПО 

463 



sanki tez bir zamanda yoxa çıxır, yeniləri meydana gəlir. Belə şəraitdə nəinki cavanlar 

arasında,  hətta  kifayət  qədər  həyat  təcrübəsinə  malik  adamlar  arasında  da  nə  üçün 

yaşadığını, nəyə çalışdığını və nə istədiyini aydın təsəvvür etməyən şəxslərin sayı çoxalır. 

Ən  mühüm  həyat  əhəmiyyətli  dəyərlərin  itirilməsi,  həyatın  mənasının  müəyyən 

edilməməsi,  ekzistensial  vakuuma  gətirib  çıxarır  ki,  o  da  şəxsiyyətin  sosiallaşmasma 

mənfi təsir göstərir. Ekzistensial vakuum çox vaxt şəxsiy>'əti nevroz vəziyyətinə salır. 

Bundan  əlavə  o,  həyatın  darıxdıncı  olması  ilə  müşayiət  edilir.  Darıxdırıcılıq  isə  hətta 

ehtiyacdan da təhlükəlidir. Çünki ehtiyac müəyyən mənada insanı fəaliyyətə sövq edir. 

İnsan  ehtiyac  hiss  etdikdə,  onu  aradan  qaldırmağa  cəhd  göstərir.  Bunun  əksinə  olaraq 

darıxdırıcılıq nəinki insanın aktivliyinə mane olur, hətta çox vaxt onun real həyatdan üz 

döndərərək  sərxoşluğa,  narkomanlığa  və  digər  antisosial  davranış  formalanna 

qurşanmasına gətirib çıxarır. Beləliklə, insanın ona zəruri olan dəyərləri itirməsi sözün 



əsl  mənasında  bədbəxtlik  və  faciə  ilə  nəticələnir.  Bu  münasibətdə  müasir  ek- 

zistensializmin  görkəmli  nümayəndəsi  A.Kamyunun  aşağıdaki  fikri  səcij^əvidir.  O 

göstərirdi  ki,  əgər  kim  gerçəklikdən  üz  döndənnək  istəmirsə,  onda  o,  buradakı  insani 

dəyərləri tapmağı bacaiTnalıdır. 

Şəxsiyyətin sosiallaşmasında təkcə ali dəyərlər (məqsəd-dəyərlər) deyil, həm də 

vasitə-dəyərlər iştirak edirlər. Sonuncular bu prosesə aralıq mövqeyində duran dəyərlər 

kimi  təsir  göstərirlər.  Onlar  məqsəd-dəyərlərə  tabe  olub,  onlarla  şərtlənirlər.  Məsələn, 

əgər  insan  ədaləti  bərqərar  etməyə  çalışırsa,  onda  o,  heç  vaxt  bu  məqsəd  üçün 

qeyri-ədalətli vasitələrdən istifadə etmir. Yaxud da xeyirxahlığa can atan adam bu iş üçün 

şər vasitələri hərəkətə gətirmir. Buradan aydın olur ki, vasitə dəyərlərin özü də mühüm rol 

oynayır, onlarsız məqsəd-dəyərləri əldə etmək qeyri-mümkündür. Bununla birlikdə heç 

bir ən xeyirxah məqsədə çatmaq üçün belə axmaq vasitələrdən istifadə olıımnamalıdır. 



Müasir şəraitdə şəxsiyyətin sosiallaşmasında dəyərlərin rolunu izah edərkən 

formalaşmaqda  olan  bazar  münasibətlərinin  bu  prosesə  təsirini  qeyd  etməmək 

olmaz, keçmiş SSRİ-yə daxil olmuş bütün respublikalar kimi Azərbaycan da müstəqillik 

əldə  etdikdən  sonra  totalitar  rejimin  qalıqlarının  ləğv  edilməsi  və  açıq  demokratik 

cəmiyyətə keçid dövrünü yaşayır. Bu, ictimai həyatın bütün sfera və tərəflərində bazar 

münasibətlərinin bərqərar olması ilə səciyyələnir. Yaranmaqda olan bazar münasibətləri 

hər  şeydən  əvvəl  iqtisadi  sahədə  dövlət  mülkiyyətinin  inliisarına  son  qoymağı,  xüsusi 

mülkiyyəti genişləndirməyi, azad sahibkarlığa geniş meydan verməyi nəzərdə tutur. Son 

illərdə  bu  istiqamətlərdə  atılan  əsaslı  addımlann  rolu  təkcə  iqtisadi  həyat  ilə 

məhdudlaşmır,  onlar  həm  də  ictimai  həyatın  digər  sferalarına  da  güclü  təsir  göstərir. 

Həmin sferalarda (sosial, siyasi və mənəvi) ardıcıl surətdə həyata keçirilməkdə olan əsaslı 

və  hərtərəfli  demokratikləşdirmə  xətti  bunun  üçün  əlverişli  imkanlar  açır.  Beləliklə  də 

formalaşmaqda  olan  bazar  qanunları  iqtisadi,  sosial,  siyasi  və  mənəvi  münasibətlər 

sisteminə güclü dəyişdirici təsir göstərir, insanların bütün həyat tərzini yeniləşdirir. 



Bazar münasibətlərinin mahiyyətini təşkil edən iqtisadi liberalizm, rəqabət, 

daha çox gəlir və qazanc əldə etmək cəhdləri şəxsiyyətin dəyərlər 

464 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə