H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə228/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   224   225   226   227   228   229   230   231   ...   240

ləri  seçib  götürmək  insanın  etdiyi  zəruri  hərəkətdir.  Bunsuz  müxtəlif  tələbatlara, 

mənafelərə  və  məqsədə  malik  olan  insanın  nə  fəaliyyəti,  nə  də  həyatının  özü 

qeyri-mümkündür. Qiymətverici yanaşma olmadan heç cəmiyyət də yaşaya bilməz.' 

İnsanların ətraf  dünya  obyektləri  ilə  qarşılıqlı təsiri  prosesində  onların  dəyərləri 

formalaşır. Bu prosesdə insan onun üçün faydalı olan predmet və hadisələri faydasız və 

zərərli olanlardan fərqləndirir. Lakin bu birdən-birə baş vermir, uzun bir dövrü əhatə edir. 

Bu  müddət  ərzində  insanlann  əşya  və  proseslərə  dəyərləndirici  münasibəti  daha  da 

dəqiqləşir  və  dərinləşir.  Digər  tərəfdən  predmetin  dəyəri  haqqında  əvvəl  təsəvvürlər 

dəyişə bilir. Nəticədə predmetlərin dəyərləri haqqında ümumi tərəfindən qəbul olunmuş 

təsəvvürlər yaranır. 

Qeyd  edək  ki,  insanın  sosial  həyatda  düzgün  və  ağıllı  səmtləşməsində  onun 

zövqü  va  qiymətverici  mülahizələri  böyük  rol  oynayır.  Lakin  onların  müəyyən 

edilməsi o qədər də asan deyildir. Hər bir şəxs məhz onun zövqünün dəqiq və obyektiv 

olduğunu sübut etməyə çalışır. Bu münasibətdə D.Kantm aşağıdakı fikri səciyyəvidir: hər 

adam ona həzz verən şeyi xoşagələn hesab edir, bəyəndiyi hər şeyi gözəl, qiymətləndirdiyi 

şeylərin, yəni obyektiv dəyərli hesab etdiyi şeylərin yaxşı olduğunu söyləyir * 

Dəyərə malik olmaq o deməkdir ki, insanlann yaratdığı hər bir əşya ictimai məna 

kəsb edir. O, insanın onun üçün nəzərdə tutduğu sosial funksiyanı yerinə yetirir və deməli, 

ictimai dəyərə malikdir. Beləliklə, dəyər anlayışı istənilən maddi və mənəvi mədəniyyət 

nümunəsinin  ictimai  mahiyyətini  ifadə  edir.  Buna  görə  də  dəyər  statusu  alan  hər  şey 

şəxsiyyətin ictimai həyatına cəlb edilmiş olur, onun təbiətlə və sosial mühitlə qarşılıqlı 

münasibətlərində  müəyyən  vəzifə  yerinə  yetirir.  Lakin  insanın  dünyaya  qiymətverici 

münasibəti öz xarakterinə görə müxtəlif (obyektiv, düzgün, mütərəqqi, yalan, subyektiv, 

mühafizəkar)  ola  bilir.  Onun  dünyagörüşündə  dünyanın  elmu  dərk  olunması  və  ona 

dəyərləndirici münasibət bəslənilməsi ayrılmaz vəhdətdə çixiş edir. 

Hələ  qədim  dövrdə  mütəfəkkirlər  dəyərlərə  (sərvətlərə)  böyük  əhəmiyyət  verir, 

onları varlıq ilə birgə götürürdülər. Yıman fəlsəfəsinin görkəmli nümayəndələri Sokrat və 

Platon xeyirxahlıq, ədalət, gözəllik kimi dəyərləri həqiqi varlığın başlıca meyarları hesab 

edirdilər. Lakin antik fəlsəfənin özündə də dəyərlərin mütləq və ya nisbi olması ilə bağlı 

mübahisələr  gedirdi.  Məsələn,  Platon  göstərirdi  ki,  yüksək  dəyərlər  mütləq  xarakterə 

malikdir.  Ondan  fərqli  olaraq  sofistlər  isə  iddia  edirdilər  ki,  bütün  dəyərlər  fərdi  və 

nisbidir. 

Sonrakı  dövrlərin  fəlsəfi  fikrində  dəyərlər  birmənalı  izah  edilməmişdir.  Orta 

əsrlərdə onlara ilahi don geyindirilmişdi, dəyərlər dini mahiyyət kəsb edirdi. İntibah dövrü 

fəlsəfəsində insan ilə bağlı problemlər sırasında dəyərlərə də yüksək qiymət verilirdi. Bu 

dövrdə  xüsusən  də  humanizm  dəyəri  ön  plana  keçmişdi.  Yeni  dövrün  fəlsəfəsində 

dəyərlərə  münasibət  də  ciddi  dəyişilir.  Onlan  daha  çox  praktiki  fayda  mövqeyindən 

qiymətləndirməyə başladılar. 

‘ Bax: Тугаринов В.Н. Теория ценностей в марксизме. Л., 1968, с. 3 ■ 

Вах: Кант И. Сочинения. Т.С. М., 1966. с. 211 

4S0 



Dəyərlər anlayışının izahında Kantın xidməti bö)mkdür. Onun aksioloji təlimində 

real mövcud olan ilə olmalı olan, reallıq ilə ideal olan bir-birindən fərqləndirilirdi. Kanta 

görə dəyərlər iradəyə yönələn tələblərdir ki, o insanın qarşısında duran məqsədi ifadə edir. 

Onun fikrincə dəyər bu və ya digər amillərin şəxsiyyət üçün əhəmiyyətini ifadə edir. 

Klassik  alman  fəlsəfəsinin  digər  görkəmli  nümayəndəsi  olan  Hegel  dəyərlərin 

təsnifatmı işləyib hazırlamışdır. O göstərirdi ki, dəyərlər müxtəlif növlərə ayrılır. Hegel 

iqtisadi  (utilitar)  və  mənəvi  dəyərləri  bir-birindən  fərqləndirirdi.  Birincilər  əmtəə  kimi 

çıxış edir və əşyaları kəmiyyət baxımından səciyyələndirir. O yazırdı ki, əşyaların dəyəri 

olduğu üçün biz onlara əmtəə kimi baxırıq.' 

Hegelə görə dəyərlər nisbidir, tələbatdan, satışdan və kütlənin zövqündən asılıdır. 

Lakin o, dəyərləri mhun azadlığı ilə əlaqələndirirdi. Göstərirdi ki, dəyərə və əhəmiyyətə 

malik  olan  bütün  şeylər  öz  təbiətinə  görə  mənəvi-ruhi  xarakter  daşıyu-.  XIX  əsrin  II 

yarısında,  aksiologiyanm  (dəyərlər  təlimi)  fəlsəfənin  xüsusi  sahəsi  kimi  inkişaf  etdiyi 

dövrdə  dəyərlərin  təbiətini  izah  edən  müxtəlif  baxışlar  meydana  gəldi.  Onlardan  biri 

naturalist  psixologizm  (C.D>oıi)  adiarur.  Bu  təlim  dəyərləri  obyektiv  realhq  amilləri 

hesab edirdi. Onlar empirik müşahidə olunur. Dəyərlərin yaranma mənbələri insanların 

bioloji  və  psixoloji  tələbatları  ilə  əlaqəlidir.  Bu  nöqteyi-nəzərdən  insanlann  tələbatını 

ödəyən hər bir predmet dəyər hesab olunurdu. 

Dəyərləri  izah  edən  digər  təlim  aksioloji  transendeutaüzm  (V.Vindelband  və 

H.Rikkert) hesab olunur. O, dəyəri obyektiv reallıq deyil, ideal varlıq hesab edirdi. Bu 

təlimin  nümayəndələri  göstərirdilər  ki,  dəyərlər  insanların  arzusundan  asılı  deyildir. 

Məsələn, xeyirxahlıq, həqiqət, gözəllik özü-özlüyündə məqsədi ifadə edir. Buna görə də 

onlar  başqa  məqsədlərə  nail  olmaq  üçün  vasitə  kimi  istifadə  oluna  bilməz.  Onların 

fikrincə  dəyərlərin  daşıyıcısı  "ümumilikdə  şüurdur",  yəni  transendental  (hissidən 

yüksəkdə  duran,  əlçatmaz)  subyektdir.  Bu  təlim  dəyərləri  insandan  asılı  olmayan 

normalar kimi təsəvvür edirdi və göstərirdi ki, onlar konkret dəyərlərin və mədəniyyətin 

ümumi əsasını təşkil edir. 

Dəyərlərə  personalist  ontologizm  (M.Şeler  və  başqaları)  mövqeyindən  yanaşma 

onların obyektiv olduğunu qəbul edir. Onun fikrincə dəyərlər şəxsiyyətin ontoloji əsasıdır. 

Lakin predmetlərin özündə olan dəyərləri, onların empirik təbiəti ilə qarışdırmaq olmaz. 

Məsələn, rəng onun məxsus olduğu predmetlərdən asılı olmayaraq mövcud olduğu kimi, 

dəyərlər (xoş, ülvi, xeyirxah və s.) de onların aid edildiyi predmetlərdən asılı olmadan 

müşahidə oluna bilir. Həmin təlimə görə dəyərlərin anlaşılması və seyr edilməsi, nəticə 

etibarilə  sevgi  və  ya  nifrət  hissinə  əsaslanır.  Dəyərlərin  keyfi)

0

'əti,  onların 



uzunömürlülüyü və onlardan alınan ləzzət (həzz) ilə ölçülür. Bu mənada hissi arzular və 

maddi nemətlərlə bağlı dəyərlər qısamüddətlidirlər. Onlardan yüksəkdə gözəllik və idrak 

ilə əlaqəli dəyərlər durur. Ən yüksək dəyər isə Allahın müqəddəsliyi ideyasıdır. Sevginin 

ən  yüksək  səviyyəsi  Allaha  olan  sevgidir.  Buna  görə  bütün  dəyərlərin  əsasında  ilahi 

şəxsiyyət dəyəri durur. 

■ Bax: Гегель Г. Философия права. M., 1990., с. 404 

460 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə