H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə225/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   221   222   223   224   225   226   227   228   ...   240

aləmi anlayışı müxtəlif tərəfləri əhatə edir. Onun məzmununa fərdi emosiyalar ilə yanaşı, 

ətraf  dünyanın  rəngarəng  formalarda  inikas  etdirilməsi  də  daxildir.  Şəxsiyyətin  daxili 

aləmində onun düşdüyü konkret şəraitin təhlili üsulları mühüm yeri tutur. Məhz bu və ya 

digər sosial situasiyanı, burada ona təsir göstərən amilləri araşdırmaqla şəxsiyyət özünün 

real vəziyyətə qovuşması üsulunu və səviyyəsini müəyyənləşdirir. Nəzərdə tutulmalıdır ki, 

onun  emosionallığı,  ətraf  dünyaya  yaradıcı  münasibbti  nə  qədər  yüksəkdirsə,  baş 

verməkdə olan proses və hadisələrə cəlb olunması da bir o qədər tam və dolğun xarakter 

alır. 


Şəxsiyyətin  daxili  aləmi  onun  mənəvi  yetkinliyinin  əsas  göstəricisidir.  O, 

özünün  davranış  və  hərəkətlərini  etik  baxımdan,  xeyirxahlıq,  ədalət,  doğruçuluq 

mövqeyindən qiymətləndirir və müvafiq nəticələr çıxarır. 

Qeyd  olunmalıdır  ki, insanı  şəxsiyyət  kimi  səciyyələndirən  cəhətlər  birdən-  birə 

hazır  şəkildə  yaranmır.  Onlar  insanın  şəxsi  təcrübəsi,  onun  sosial  mühit  ilə 

əlaqələndirilməsinin  nəticəsi  kimi  çıxış  edir.  Həm  də  nəzərdə  tutulmalıdır  ki,  insanın 

həyatında  baş  verən  əsaslı  dəyişikliklər  onun  oynadığı  rolu,  əhatə  dairəsini,  həll  etmək 

istədiyi vəzifələri, onun bütün həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdirir. Bu prosesdə 

insanın "Mən"i ciddi surətdə yeniləşir. Şəxsiyyətin "Mən"i mürəkkəb xarakterə malikdir. 

O,  insanın  intellektual  və  emosional  inkişaf  səviyyəsi  ilə,  psixikanın  ayrı-ayrı  tərəfləri 

arasında  ahəngdarlığın  dərəcəsi  və  şəxsiyyətin  sabitlik  göstəricisi  ilə  müəyyən  olunur. 

Sonuncu cəhət şəxsiyyətin keyfiyyətlərinin qiymətləndirilməsində xüsusilə mühümdür. 

Şəxsiyyətin həyatında dönüş səviyyəli məqamlar baş verdikdə o, elə bir vəziyyətə 

düşə  bilər  ki,  daha  əvvəlki  qaydada  yaşaması  qeyri-mümkün  olar.  Onun  "Mən"inin 

sabitliyinə ətraf mühitin dağıdıcı təsiri öz işini görür. Belə halda 

0

, öz daxilində yaranan 



ziddiyyətləri  aradan  qaldırmağa  çalışır.  Beləliklə  də  öz  "Mən"ini  mövcud  şəraitin 

tələblərini nəzərə almaqla dəyişdirir, yenido« quiur. Bu məqamda onun yaradıcılığı daha 

aydın üzə çıxır. 

şəxsi}^ət yaranmış 

şəraitin təsirilə baş verən ziddiyyətləri basn^^ nisbətən asan yollarla (tezliklə vəziyyətə 

adaptasiya etmək, eü.'stlük sostərmək, tənəzzülə uğramaq) da aradan qaldıra bilər. Lakin 

əsas  yol  onun  şəxsiyyət  kimi,  öz-özünü  saxlaya  bilməsi  naminə  özünü  dəyis'^itmək 

qabiliyyəti ilə bağlıdır. 



Şəvsiyjəti  müxtəlif  meyarlardan  yanaşmaqla  bir  çox  tiplərə  ayırmaq  olar. 

Məsələn,  şəxsiyyətlər  sosial-tarixi,  sosial-sinfi,  sosial-demoqrafik,  sosial-  etik, 

sosial-professional  göstəricilər  və  sosial  rola  görə  bir-birindən  fərqləndirilir.  Qeyd 

olunmalıdır  ki,  həmin  bölgülərin  hər  biri  ayrı-ayrılıqda  birtərəfli  xarakter  daşıyır.  Buna 

görə də şəxsiyyəti təhlil edərkən onları mümkün qədər bir-birilə əlaqədə götürmək lazım 

gəlir. 


Yuxanda  göstərilənlərdən  əlavə  şəxsiyyətin  ümumpsixoloji  planda  təsnifatı  da 

mövcuddur. Bu cür yanaşdıqda insan psixikasının ictimai təbiətindən asılı olan momentlər 

əsas götürülür. Onun məqsədi şəxsiyyətin formalaşması və inkişafının spesifik şəraiti ilə 

şərtlənən fərdi psixiki xassələri aşkar etməkdir. 



Son  dövrlərdə  şəxsiyyətləri  emosional  göstəricilərə  görə  qruplaşdıran 

nöqteyi-nəzər də gemiş yayılmaqdadır. Bu bölgü xeyli dərəcədə özünü doğruldur. Belə 

ki, insanın davranış və hərəkətləri heç də həmişə məntiqi səviyyədə 



453 


əsaslandırılmır. Bir çox hərəkət və qərarlar məhz hisslərin, emosiyaların bilavasitə təsiri 

altında qəbul olunur. Müəyyən hallarda hisslərə arxalanan bilik asanlıqla əqidəyə çevrilir. 

Lakin  hisslərin  rolu  təkcə  bununla  bitmir.  Hisslər  həm  də  insanın  əqidəsindən  onun 

konkret hərəkətlərinə doğru aparan yolda özünəməxsus mühərrik rolunu oynayır. 

Şəxsi}^ətləri  öz  ustanovkalan,  emosiyaları  və  hissləri  baxımından  aşağıdakı 

kateqoriyalara ayırmaq olar; ünsiyyətcil hisslərə malik şəxsiyyətlər; özünü- təsdiqetmə və 

şöhrətlə bağlı hisslərə malik olanlar; öz fəaliyyəti, onun uğur- luluğu və ya nöqsanları, 

həyata keçirməsində çətinliklər üçün daim həyəcan hissi keçirənlər; baş verən təhlükəni 

aradan qaldırmaq tələbatından doğan və sonradan ağır sınaqlara, gərgin mübarizəyə maraq 

yaradan hisslərlə bağlı olanlar; cismani və mənəvi rahatlığa meyilli hisslərə malik olanlar, 

daim  yeni  informasiya  əldə  etməyə,  habelə onu  sistemləşdirməyə  və  ümumiləşdirməyə 

cəhd göstərənlər; dünyanın gözəlliyi və harmoniyasını seyr etməkdən, habelə şəxsiyyətin 

özü  ilə  onun  əhatə  dairəsinin  harmoniyasından sevinc  hissi  keçirənlər; qeyri adi,  sehrli 

xarakter daşıyan şeylərə can atan və taleyinə fövqəladə təsirin arzusu ilə yaşayanlar; başqa 

insanlara əl tutmaq, köməklik göstərmək və himayədarlıq etmək təlabatı ilə bağlı hisslərə 

malik olanlar. 

Yuxarıda  göstərilən  hisslərdən  hansının  şəxsiyyətin  xarakterində  üstün  yer 

tutmasından  asılı  olaraq  şəxsiyyətlər  ünsiyyətcil  və  ya  lovğa,  refleksiv,  qəhrəman, 

hedonist,  intellektual,  estetik  zövqlü,  romantik  və  ya  altruist  (öz  mənafeyini  ictimai 

mənafeyə qurban verən) ola bilirlər.’ 

Şəxsiyyətin  ümumi  emosional  istiqaməti  onun  gündəlik  maraqları  dairəsinə, 

ünsiyyət stilinə, yaradıcılıq prosesinə əhəmiyyətli təsir göstərir. O, digər hisslərin özünü 

göstərməsinə mane olmur, lakin onlara özünəməxsus don geydirir. 

Müasir  dövrün  görkəmli  filosofu  E.From  şəxsiyyətin  keyfiyyətcə  yeni  bir 

tipini-bazar  oriyentasiyalı  şəxsiyyəti  seçib  ayırır.  O,  yazırdı: "Özünə  və  başqa insanlara 

münasibətləri  əmtəəyə  olan  münasibət  kimi  səciyyələnən,  qiyməti  mübadilə  dəyəri  ilə 

müəyyən olunan oriyentasiyam mən bazar oriyentasiyası adlandırıram".^ 

Onun fikrincə bazar münasibətləri şəraitində şəxsiyyətin uğur qazanması üçün ona 

müəyyən  təklifin  olması  lazım  gəlir.  Uğur  əldə  etmək  bir  çox  cəhətdən  şəxsiyyətin  öz 

qabiliyyətini sata bilməsindən asılıdır. Odur ki, insan özünü əmtəə kimi və  yaxud həm 

satıcı,  həm  də  əmtəə  kimi  hiss  edir.  Belə  şəraitdə  insan  nə  öz  şəxsi  həyatı  ilə,  nə  də 

xoşbəxtliyi ilə maraqlanmır. O, yalnız satıla bilən qabiliyyətini itirməməyinin qayğısına 

qalır. From bu vəziyyət üçün şəxsiyyəti günahlandırmır. O göstərir ki, şəxsiyyətə bazar 

xarakteri  verən  situasiyaya  ayrı-  ayrı  fərdlər  nəzarət  etmir.  Fərd  belə  şəraitə  yalnız 

müəyyən  müddətdə  müqavimət  göstərə  bilər.  Əsas  məsələ  cəmiyyətin  bu  şəraitə 

münasibətindədir.  Cəmiyyət  nəticə  etibarilə  insanların  özünehörmət  hissinin  və 

müstəqilliyinin 

Bax: Основы филсофии. Под редакцией Е.Попова . с. 209-210 

'

 

Вах; Фром Е. Психоанализ и этика. М., 1993. с. 66 

454 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə