H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə226/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   222   223   224   225   226   227   228   229   ...   240

itirilməsinə razı olmamalıdır. 

Bazar  oriyentasiyalı  şəxsiyyətdə  yaradıcılıq  meyli  azalır.  Bu  isə  cəmiyyətdə 

böhranlı  vəziyyət  yarada  bilir.  Çünki  yalnız  yaradıcılığa  malik  şəxsiyyət  sözün  geniş 

mənasında mədəniyyəti inkişaf etdiraıəyə və zənginləşdirməyə qadirdir. 



3.

 

Cəmiyyət və şəxsiyyətin inkişafı 

Şəxsiyyət konkret tarixi xarakter daşıyır. Hər bir tarixi mərhələ öz xarakterinə 



uyğun şəxsiyyət tipini formalaşdırır.  Bu tamamilə təbiidir, çünki şəxsiyyət real tarixi 

prosesin,  ünsiyyətin,  əmək  və  yaradıcılığın  subyektidir.  Cəmiyyət  inkişaf  edib 

təkmilləşdikcə  şəxsiyyət  qarşismda  bu  istiqamətdə  müəyyən  tələblər  qoyulur.  Başqa 

sözlə,  şəxsiyyət  də  əməkdə,  ünsiyyətdə,  idrak  və  yaradıcılıqda  özünü  reallaşdıraraq 

inkişaf edir. Şəxsİ

3

^ətin inkişafı hər şeydən əvvəl onun qabiliyyətlərinin təkmilləşməsi və 



tələbatlarının yüksəlməsi deməkdir. 

Şəxsiyyətin sosial inkişafı gedişində həm də onun psixiki təkimi lləşməsi özünü 

göstərir. Bu iki tərəf qarşılıqlı təsir edərək biri digərini zənginləşdirir. Həmin prosesdə 

şəxsiyyəti  psixoloji  baxımdan  səciyyələndirən  göstəricilər  sosial-tarixi  məzmunla 

tamamlanır.  Məsələn,  intellektual  cəhətdən  yetkin  şəxsiyyət 

3

diksək  vətəndaşlıq 



keyfiyyətlərinə,  əqidə  sabitliyinə  malik  olur.  O,  özünün  mənafe  və  istəklərini  başqa 

insanlarla, kollektiv və bütövlükdə cəmiyyət ilə əlaqələndirməyə çalışır. Belə şəxsiyyət 

özünün  sosial  əhatəsində  olan  ustanovkalan,  rəyləri  və  baxışları  fərdi  formada  təzahür 

etdirir. Yəni o, bunlara yeni məzmun verir, onları tamamlayır və inkişaf etdirir. 

Eyni sözləri emosional cəhətdən yetkin şəxsiyyət haqqında da demək olar. Əvvəla, 

bu yetkinlik şəxsiyyətin sosial fəallığının həlledici təsiri altında formalaşır. Digər tərəfdən 

o,  fərdin  gerçəkliyə  real  münasibətlərində,  özünənəzarət  qabiliyyətində,  hisslərinin 

sabitliyində,  uğurlar  kimi  uğursuzluqlara  da  dözə  bilmək  bacarığında  təzahür  edir. 

Şəxsi}^ətin  sosial  yetkinliyi  onun  başqa  insanlar  ilə  münasibətlərdə  göstərdiyi 

xeyirxahlıqda, özünün müstəqil davranış xəttini işləyib hazırlamaqda, kollektivin rəyi ilə 

hesablaşmaqda əks olunur. 

Şəxsiyyətin bioloji, psixoloji və sosial inkişafı bir-birilə vəhdətdə çıxış edir. Lakin 

bu vəhdət daxilində sosial inkişaf müəyyən üstünlüyə malikdir. Ümumilikdə bu üç tərəfin 

əldə etdiyi səviyyə ictimai-tarixi prosesin sürəti ilə müəyyən edilir. 

Şəxsiyyətdə  sosial  ilə  biolojinin  vəhdəti  onun  istedadlılıq  keyfiyyətində  daha 

aydın  görünür.  Öz  mahiyyətinə  görə  istedad  insanın  təbii  imkanları  ilə  əməyinin 

birləşməsi  deməkdir.  Alimlərin  hesablamalarma  görə  insanın  əqli  qabiliyyətlərinin 

70-80%-i  genetik  amillərlə  şərtlənir.  Bioloji  əlamətlər  şəxsiyyətin  əsəb  proseslərinə, 

temperamentinə, xarakterinə və digər psixiki xassələrinə əhəmiyyətli təsir göstərir.’ 

Şəxsiyyətin cəmiyyətdə konkret rolu onun burada öz yerini necə başa 

‘ Bax; OHaoco({)Ha. 

M

HHCK



,

 

1999, c. 312 



455 


düşməsi  və  qiymətləndirməsi  ilə  müəyyən  olunur.  Beləliklə,  şəxsiyyətin  sosial 

fəaliyyəti  onun  öz  "Mən"inin  süzgəcindən,  yəni  mənlik  şüurundan  keçərək  baş  verir. 

Şəxsiyyətin  mənlik  şüuru  da  öz  növbəsində  onun  ictimai  əlaqələrindən  və  sosial 

fəaliyyətindən  asılıdır.  Belə  ki,  onların  təsiri  ilə  şəxsiyyətin  daxili  aləmi,  dünyagörüşü, 

əxlaqi prinsipləri, siyasi mövqeyi, bilik və təcrübəsi formalaşır. Şəxsiyyət tarixi inkişafın 

məhsuludur, onun bütün xassə və keyfiyyətləri sosial mühitin təsiri altında yaranır. Lakin 

bu təsiri fatalistcəsinə anlamaq doğru olmazdı. Belə ki, insan fəal təbiətə malikdir və onu 

əhatə edən ətraf mühitə əks təsir göstərir. 

Şəxsiyyət  inkişaf  etdikcə  onun  mentaliteti  (ağlı,  təfəkkürü,  mənəvi  tərzi)  də 

zənginləşir. Hər bir şəxsiyyətin malik olduğu ənənələr, mədəniyyət və sosial mühit onun 

mentalitetini formalaşdırır. 

Şəxsiyyətin  inkişafının  çox  mühüm  göstəricisi  onun  əxlaqi  yetkinlik 

dərəcəsidir. Hələ uşaq ikən insan "yaxşı" və "pisin" nə olduğunu anlamağa baş- laym Bu 

prosesdə  əvvəlcə  şəxsi  faydalılıq  üstün  yer  tutsa  da,  bir  müddət  keçdikdən  sonra  onda 

başqalarının  bəyəndiyi  əməllərə,  təriflənən  hərəkətlərə  meyl  güclənir.  Yetkinləşdikdən 

sonra  şəxsiyyətdə  mənəvi  borç  anlayışı  formalaşır.  Bu,  onun  öz  davranışının  ümumi 

tərəfindən  qəbul  olunmuş  əxlaqi  normalar  və  qaydalar  ilə  uyğunlaşdırraasında  ifadə 

olunur. Borcun başa düşülərəkdən yerinə yetirilməsi şərəf anlayışını, özünə hörmət hissini 

əmələ gətirir. 

Beləliklə, şəxsiyyət inkişaf etdikcə o, öz davranışının və daxili aləminin subyekti 

kimi  çıxış  edir.  Bu  proses  birdən-birə  baş  vermir,  öz  inkişafında  aşağıdala  üç 

mərhələdən keçir: birinci mərhələds insan özünün həqiqi istəyini kifayət qədər adekvat 

anlaya  bilmir.  Mövcud  şəraitin  ona  təsirinin  keyfiyyəti  və  səviyyəsini  heç  də  həmişə 

düzgün nəzərə almır. Beləliklə də bəzən öz hərə- kətlənnin uğurla nəticələnməsinə əngəl 

yaradır.  İkinci  səviyyədə  şəxsiyyət  artıq  sözün  həqiqi  mənasında  özünü  subyekt  kimi 

təsəvvür edir. O, öz hərəkətlərinin məqsəd və motivlərini şüurlu surətdə müəyyənləşdirir

onların törədə  biləcəyi  nəticələri irəlicədən  görə  bilir.  Bu  səviyyədə  o,  özündə  kortəbii 

qərarlaşan  xassələri  dəyişdirir.  Malik  olduğu  imkanları  sosial  vəzifələr  və  tələblər  ilə 

uyğun- laşdınr. Üçüncü səviyyədə artıq şəxsiyyət öz həyat yolunun həqiqi subyekti rolunu 

oynayır.  O,  bu  həyatı  yaşadığı  tarixi  dövrün  miqyasları  və  vəzifələri  ilə  ölçür.  Burada 

şəxsiyyətin fərdiliyi və təkrarolunmazlığı kimi keyfiyyətlər ictimai-tarixi mənada ön plana 

keçir. 

Şəxsiyyətin davranışı və hərəkətləri iradə azadlığı və determinasiya problemləri ilə 



sıx bağlıdır. Bununla əlaqədar göstərilməlidir ki, şəxsiyyətin bütün davranışları müəyyən 

amillərlə  şərtlənir.  Lakin  şəxsiyyət  subyekt  kimi  çıxış  edir.  Bu  o  deməkdir  ki,  o,  öz 

hərəkətləri  ilə  yeni  determinasiya sistemi  yaradır.  Buna  görə  de  şəxsiyyətin  inkişaf  və 

fəallıq dərəcəsi nə qədər yüksəkdirsə o, bir o qədər çox azadlığa malik olur. Bununla 

yanaşı qeyd olunmalıdır ki, şəxsiyyətin inkişaf dərəcəsi təkcə onun azadlıq səviyyəsi ilə 

deyil,  həm  də  həyat  fəaliyyətini  cəmiyyətin  qarşısında  duran  vəzifələrə  necə 

uyğunlaşdırması ilə ölçülür. 

Qeyd edək ki, azadlıq və zərurət anlayışlan bir-birilə ayrılmaz əlaqədə çıxış edir. 

Fəlsəfi fikir tarixində bu iki anlayışın qarşılıqlı münasibətini açmaq 



456 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə