H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


dəyərlərin  sosioloji  konsepsiyası



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə229/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   225   226   227   228   229   230   231   232   ...   240

Nəhayət  dəyərlərin  sosioloji  konsepsiyası  da  qeyd  (M.Veber)  olunmalıdır.  O 

göstərirdi ki, dəyər sosial subyekt üçün müəyyən əhəmiyyət kəsb edən normadır. Dəyərlər 

problemini  sosiologiyaya  ilk  dəfə  Veber  gətirmişdir.  O,  cəmiyyətin  inkişafında  etik  və 

dini dəyərlərin rolunu xüsusi qeyd edirdi. 



Müasir fəlsəfi ədəbiyyatda da dəyərlərin anlaşılması və təbiətinə dair müxtəlif 

tikirlər  vardır.  Bəziləri  belə  hesab  edirlər  ki,  dəyər  müəyyən  fayda  verən,  insanın 

tələbatını ödəyən hər hansı predmetdir. Digərləri dəyərə ideal və norma kimi yanaşırlar. 

Nəhayət, dəyərlərin bütövlükdə insan üçün və yaxud sosial qrup üçün müəyyən əhəmiyyət 

kəsb etdiyini əsas götürənlər də vardtr. Bu nöqteyi-nəzərlərin hər biri deyərlərin müəyyən 

tərəfini ön plana çəkir. Buna görə onlan qarşılıqlı əlaqədə götürdükdə dəyərə aid ümumi 

konsepsiya  yaranır.  Özü-özlüyündə  bu  yanaşmaların  hər  biri  faydalıdır,  çünki  sosial 

həyatda real mövcud olan cəhəti əks etdirir. Bu mənada hətta fövqəltəbii qüvvələrə inamla 

bağlı  dini  dəyərlər  də  real  xarakter  daşıyır.  Çünki  onlar  dindarların  davranış  və 

hərəkətlərinin norma və motivlərini şərtləndirir. 

Dünyanın dəyər baxımından qavranılmasına və dəyərlərin formalaşması prosesinə 

insanın  mövcudluğu  ilə  bağlı  bütün  amillər  (bioloji,  sosial,  psixiki  və  sair)  əhəmiyyətli 

təsir  göstərir.  Onların  fərdi  miqyasda  birləşməsi  isə  insanın  dəyərlərini,  şəxsiyyət 

xarakterli dəyərləri yaradır. Bu hal əlbətto, ümumbəşəri dəj^ərlərin mövcudluğunu inkar 

etmir. Nəzərdə turalmalidır ki, ümumbəşəri dəyərlər fərdi dəyərlər ilə yanaşı mövcuddur. 

Bu  menada  ümumbəşəri  dəyərlər  həm  do  fərdi  və  şəxsi  dəyərlərdir.  Hər  bir  şəxsiyyət 

onlan özünə məxsus şəkildə də qavrayır və mənalandırır. 

Dəyərlər çoxtərəfli və rəngarəngdir, onlan müxtəlif meyarlar üzrə qruplaşdırmaq 

olar:  1) ekzistensial  (cari, gündəlik  mövcudluq  ilə  bağlı)  dəyərlər  və  essensial (insanın 

mahiyyətindən irəli gələn) dəyərlər; 2) mövcud (yəni artıq reallaşmış) 

və 

tikirdə tutulan, 

ideal dəyərlər; 3) arzu olunan (yüksək təhsil almaq) və nonnativ (qanuna hörmət hissi) 

dəyərlər. 

Dəyərlərin digər bir təsnifatı onları aşağıdakı kimi ayırır. Bu bölgüdə birinci növü 

predmet dəyərləri tutur. O, dünyadakı bütün rəngarəng hadisələri öz prednıetliyinə görə 

mənalandırır. Yəni onlar xeyir və ya şər, həqiqət və ya yalan, gözəl və ya eybəcər, ədalətli 

və ya ədalətsiz kimi qiymətləndirilir. Predmet dəyərlərinə aşağıdakılar daxil edilir: sosial 

rifah, mütərəqqi əhəmiyyətli tarixi hadisələr. Keçmişin mədəni irsi, elmi həqiqət, əxlaqi 

xeyirxahlıq,  estetik  keyfiyyətlər.  Dəyərlərin  bu  qrupuna  həm  də  insanların  maddi  və 

mənəvi  fəaliyyəti  predmetləri,  ictimai  münasibətlər,  bu  münasibətlərə  cəlb  olunan  və 

insan üçün müsbət əhəmiyyət kəsb edən təbiət hadisələri daxil edilir. Dəyərlərin ikinci 

növünü subyektiv dəyərlər təşkil edir. Onlar xeyir, şər, ədalət, gözəllik, həyatın mənası, 

ideal  və  sair  haqqında  normalar  formasında  ifadə  olunan  ustanovkalan,  qiymətləri, 

tələbləri  və  qadağalan  əhatə  edir.  Bu  qəbildən  olan  dəyərlər  insanlann  fəaliyyətinin 

oriyentirləri və meyarları rolunu oynayırlar. Dəyərlərin hər iki növündə insanın dünyaya 

dəyər baxımından olan münasibəti əsas yer tutur. 

İnsanlann malik olduğu dəyərləri həm də öz əhəmiyyətinə görə müxtəlif növlərə 

ayırırlar. Bu halda əvvəlcə gündəlik və minimum tələbatlan ödəmək 

461 



üçün nəzərdə tutulan dəyərlər göstərilir. Bunların ardınca daha yüksək səviyyəli dəyərlər 

(həyatın mənası) gəlir. 

Dəyərlərə  ümumi  şəkildə  yanaşdıqda  məqsəd-dəyər  (yüksək  mütləq  dəyər)  və 

vasitə-dəyər  (alət  rolunu  oynayan  dəyər)  bir-birindən  fərqləndirilir.  Bundan  başqa 

dəyərlər öz sosial əhəmiyyətinə və törətdiyi nəticələrə görə müsbət və  mənfi dəyərlərə 

ayrılır, Nəhəyət, dəyərlərin maddi yə mənəvi növlərə bölgüsü də mövcuddur. 



Dəyərlərin  ümumi  təsnifatında  qnoseoloji  dəyərləri  (həqiqət,  elmilik),  etik 

dəyərləri  (müsbət  davranış  normaları),  estetik  dəyərləri  (gözəllik,  ülvilik)  və  dini 

dəyərləri (halallıq, təmizlik) də ayırmaq olar. 

Qeyd edək ki, bu bölgülər bir-birindən tədric olunmamışdır. Onlar sıx qarşılıqlı 

əlaqə və təsirdə çıxış edir. Digər tərəfdən dəyərlərin müxtəlif formalara ayrılması xeyli 

dərəcədə  nisbi  xarakter  daşıyır.  Bununla  yanaşı  nisbi  olmayan,  ən  yüksək  və  mütləq 

dəyərlər də vardır. Bu, insanın özüdür, onun həyatıdır. Həmin dəyərə yalnız məqsəd-dəyər 

kimn baxmaq lazımdır. O, heç vaxt vasitə-dəyər rolunda çıxış etməməlidir. Vaxtilə Kant 

bu  cəhətə  xüsusi  diqqət  yetirərək  göstərirdi  ki,  insan  özdəyərdir,  m.ütləq  dəyərdir.  O, 

dəyərlərin  və  dəyərlər  üzrə  olan  münasibətlərin  subyektidir.  Buna  görə  də  dəyərlər 

məsələsinin  insandan-  kənar  qoyuluşu  mənasızdır.  Eyni  sözləri  sosial  birliklər  və 

bütövlükdə cəmiyyət haqqında da söyləmək olar. Onlar da dəyərlərin subyekti kirni çıxış 

edirlər. 

5.

 

Sosial dəyərlər və şəxsiyyətin sosiallaşması 

Cəmiyyətin hər bir üzvü müəyyən dəyərlər sistemi ilə əhatə olunur. Onlar insanın 

tələbatlarını və mənafelərini ödəyir. Buna görə müəyyən mənada demək olar ki, dəyərlər 

şəxsiyyətin mövcudluq üsuludur. Həm də göstərilməlidir ki, ayrı-ayrı dəyərlər onun üçün 

müxtəlif  dərəcəli  əhəmiyyət  kəsb  edir.  Nəticədə  dəyərlərin  iyerarxiyası  özünü  göstərir. 

Dəyərlərin özü kimi onların iyerarxiyalı çoxpilləliyi strukturu da konkret tarixi və şəxsi 

xarakter daşıyır. Eyni bir predmet və ya hadisə müxtəlif insanlar üçün müxtəlif dəyərə 

malik  olur.  Bundan  əlavə  eyni  bir  insan  üçün  də  bu  dəyərlər  müxtəlif  dövrlərdə 

bir-birindən fərqlənir. Deyilənlər sübut edir ki, dəyərlər və onların iyerarxiyası həm tarixi, 

həm də fərdi baxımdan dinamik və dəyişkəndir. 



Şəxsiyyətin  malik  olduğu  dəyərlər  onun  dəyərlər  oriyentasiyası  sistemini 

əmələ  gətirir.  O,  şəxsiyyətin  daimi  strutkturunda  mövcud  olan  və  onun  üçün  xüsusi 

əhəmiyyət  kəsb  edən  keyfiyyətlərin  məcmusunu  əhatə  edir.  Dəyərlər  oriyentasiyası 

şəxsiyyətin şüuıu və davranışının əsasında durur, onun inkişafına bilavasitə təsir göstərir. 

Dəyərlərin fərdi iyerarxiyası ilə nisbətdə dəyərlər oriyentasiyası müəyyən mənada nisbi 

xarakter daşıyır. Lakin bütün hallarda dəyərlər oriyentasiyasının konkret sistemi və onun 

iyerarxiyası  bu  və  ya  digər  dərəcədə  şəxsiyyətin  inkişafının  tənzimçisi  kimi  çıxış  edir, 

Onlar şəxsiyyətin davranışının normalan və qaydalan meyarı rolunu oynayır. Buna görə 

də  dəyərlər  oriyentasiyası  və  iyerarxiyası  şəxsiyyət  tərəfindən  mənimsənildikcə  onun 

sosiallaşması prosesi baş verir. 

462 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə